Ekskluziv
1546
03 Aug 2024 | 16:45

"Rusiya ilə Qərb arasında böyük mübadilə: Kreml Ukraynada müharibəni dayandırmayacağına əmin edib" 

 
"Kreml əsirlər mübadiləsinə Rusiyanın qısamüddətli maraqları naminə praqmatik sövdələşmə kimi baxır...:
 
Kreml özünün qısamüddətli vəzifəsini gerçəkləşdirib, Ukraynanı məhv etmək cəhdlərindən əl çəkməyi planlaşdırmır.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.
 
Kreml amerikalı girovlara və öz dissidentlərinə dəyişdiyi casuslar və killerin qaytarılmasına sevinir. Lakin bu, heç vəchlə Ukraynada sülhün yaxın olması demək deyil, nəşr yazıb.
 
Belə ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu mübadilənin Qərblə münasibətlərin dondurulması, bununla da Ukraynaya qarşı müharibədə danışıqlara yolun açılması barədə istənilən gümanları tez bir zamanda təkzib edib.
 
"Əgər biz Ukrayna və daha mürəkkəb beynəlxalq problemlərdən danışırıqsa, bu, tamamilə başqa məsələdir. Orada prinsiplər başqadır. Bu, ölkəmizin milli maraqları, milli təhlükəsizliyi prinsipləridir və orada işlər başqa rejimdə və başqa prinsiplər üzrə aparılır".
 
Bunu Peskov baş verən mübadilənin Rusiyanın güzəştə hazır olması və öz qonşusuna hərbi müdaxiləsinə son qoymasının əlaməti olub-olmaması anlamına gəlməsi barədə nəşrin sualına cavabında deyib.
 
Hazırda Fransada olan "R.Politik" şirkətinin siyasi məsləhətləşmələr üzrə təsisşisi, rusiyalı analitik Tatyana Stanovaya deyib ki, heç kim Rusiyanın 16 məhbusu, o cümlədən bəzi tanınmış rusiyalı müxalifətçilərini azad etdiyi mübadilədən sonra Amerika-Rusiya münasibətlərində sıçrayışı gözləməməlidir.
 
"Hazırkı mübadilənin Ukrayna üzrə sülh danışıqlarına kömək edəcəyinin heç bir əlaməti yoxdur", - Stanovaya deyib. "Amma bu, hər bir tərəfin qarşılıqlı barışmazlıq şəraitində yaşamağı öyrəndiyi vəziyyəti əks etdirir".
 
Nəşr qeyd edir ki, Moskva ilə Qərb arasında saxlanılan şəxslərin sonuncu belə mübadiləsi 1985-ci ildə baş verib. O zaman Sovet İttifaqı 25 Qərb casusunu Qərbi Berlinlə Potsdam arasında körpüdə Varşava Müqaviləsinin dörd agentinə dəyişib.
 
Lakin o zamankı ovqat başqa cür olub. Sovet islahatçı lideri Mixail Qorbaçov yenicə hakimiyyətə gələrək, daha açıq münasibətlərə hazır olması barədə siqnallar göndərib, bununla da sonradan elə həmin ildə Cenevrədə prezident Ronald Reyqanla görüşə yol açıb.
 
"Lakin indi Amerika-Rusiya münasibətlərində heç bir istiləşmə əlamətləri yoxdur, çünki Kreml əsirlər mübadiləsinə Rusiyanın qısamüddətli maraqları naminə praqmatik sövdələşmə kimi baxır", - nəşr qeyd edib.
 
Rusiya ilə Qərb arasında böyük mübadilə
 
Avqustun 1-də Ankara hava limanında Rusiya ilə Qərb arasında 26 məhbus mübadiləsi baş tutub. 
 
Rusiyaya o cümlədən Almaniyada məhkum edilmiş killer Vadim Krasikov, habelə Avropa İttifaqında ikili həyat sürərək özlərini argentinalı kimi qələmə verən iki rusiyalı casus geri qaytarılıb.
 
Вадим Красиков и Владимир Путин
 
Bunun əvəzində Rusiya amerikalı jurnalist Evan Qerşkoviç və Alsu Kurmaşovanı təhvil verib. Həmçinin müxalifətçilər Vladimir Kara-Murza, İlya Yaşin və başqaları Rusiya həbsxanasından azad edilib.
Link kopyalandı!
Son xəbərlər