“Bizim ölkədə hakimiyyətdə qatillər rejimidir...”- Keçmiş rus siyasi məhbus
Ekskluziv
1741
03 Aug 2024 | 07:07

“Bizim ölkədə hakimiyyətdə qatillər rejimidir...”- Keçmiş rus siyasi məhbus

“Vladimir Putin siyasətçilər Aleksey Navalnı və Boris Nemtsovun qətlinə görə şəxsən məsuliyyət daşıyır”.
 
Moderator.az “Meduza”ya istinadla xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murza Rusiya Federasiyası ilə Qərb arasında əsirlərin mübadiləsindən sonra Almaniyanın "Deutsche Welle" nəşrinin Bonn şəhərindəki redaksiyasında keçirilən mətbuat konfransında bildirib.
 
"Aleksey Navalnı ilə bağlı baş verənlər çox aydın və dəhşətli şəkildə göstərir ki, məhbus mübadiləsi deyilən şey insan həyatını xilas edir. Düşünməmək mənim üçün çətindir, bəlkə də bəzi proseslər daha sürətli getsəydi, Aleksey sağ və azad olardı. <…>
 
Vladimir Putin Aleksey Navalnı və Boris Nemtsovun qətlinə görə şəxsən məsuliyyət daşıyır. Bu gün Rusiyada hakimiyyətdə yalnız avtoritar rejim yoxdur, bizim ölkədə hakimiyyətdə qatillər rejimi var...
 
Bir xristian olaraq bilirəm ki, Putin ən vacib məhkəmə prosesində etdiklərinə görə mütləq cavab verəcək. Amma onun törətdiyi cinayətlərə görə adi məhkəmə qarşısında cavab verəcəyi anı görmək üçün çox yaşamaq istəyirəm", -deyə siyasi məhbus vurğulayıb.
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər