![“Şəhidlərimizin tanıdılması, onların qəhrəmanlığının təbliği əbədi vəzifəmizdir”](https://moderator.az/cphoto/670x420/2024/07/29/1722259724_1614939367_elman-memmedov.jpg)
Elman Məmmədov: “Qərbi Azərbaycan Şəhidləri” kitabının nəşrini alqışlayıram”
Məlum olduğu kimi, 26 iyul 2024-cü il tarixdə Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan Şəhidləri” kitabının təqdimatı keçirilib. Kitabda həm Birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsi, həm də 2023-cü ilin 19-20 sentyabr tarixində gerçəkləşən antiterror əməliyyatında şəhid olan qərbi azərbaycanlılarla bağlı məlumatlar yer alıb.
Moderator.az-a açıqlama verən VI çağırış Milli Məclisin deputatı Elman Məmmədov “Qərbi Azərbaycan Şəhidləri” kitabının nəşrini, habelə Qərbi Azərbaycan İcmasının bu istiqamətdəki fəaliyyətini təqdir edib:
“Şəhidlərimizin tanıdılması, onların qəhrəmanlığının təbliği əbədi vəzifəmizdir. Biz şəhidlərimizi cəmiyyətimizə tanıtmalı, onların qəhrəmanlığı haqqında gənclərimizə, yeniyetmələrimizə daim ətraflı məlumat verməliyik. Bu mənada “Qərbi Azərbaycan Şəhidləri” kitabının nəşrini alqışlayır, Qərbi Azərbaycan İcmasının fəaliyyətini təqdir edirəm. İnanıram ki, bu kitab qəhrəmanlıq tariximizin təbliğinə, milli-mənəvi dəyərlərə bağlı gəncliyin formalaşmasına töhfə verəcək.
Qərbi Azərbaycandan olan insanlarımız erməni faşizminə qarşı hər zaman qəhrəmanlıqla mübarizə aparıb, düşmənlə savaşda böyük igidliklər göstəriblər. Onların bir qismi bu mübarizədə qəhrəmancasına şəhid olub, əbədiyyətə qovuşub. Biz bütün digər şəhidlərimiz kimi Qərbi Azərnbaycandan olan şəhidlərimizi də hər zaman sevgi və ehtiramla yad edəcək, onların qəhrəmanlığından daim iftixarla bəhs edəcəyik”.
Seymur ƏLİYEV
![Şəhid ailələri və müharibə əlillərinə daha 200 mənzil verildi - FOTO](https://moderator.az/photo/213x120/2024/07/29/1722270178_27.jpg)
![Kapital bank niyə susur?](https://moderator.az/photo/213x120/2024/07/29/1722269944_narimanovfiliali1621576877-1.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/29/1722269538_26.jpg)
![Hidayətin finaldakı rəqibi fransızdır](https://moderator.az/photo/213x120/2024/07/29/1722269326_25.jpeg)
![Yay Olimpiya Oyunlarının açılışından Paris mesajı](https://moderator.az/photo/213x120/2024/07/29/1722268991_media-media-1-c7tx8g54j09ly3hzuawf-620x326-trafn4om1jgxc65e0pzl.jpg)
![Azərbaycan Quql ilə COP29-u müzakirə etdi](https://moderator.az/photo/213x120/2024/07/29/1722268979_24.jpg)
![İbn Sinanın “can dərmanı” adlandırdığı qarpızın 1001 faydası](https://moderator.az/photo/213x120/2024/07/29/1722268618_23.jpg)
![ƏHD Partiyasının 4 namizədi qeydə alınıb](https://moderator.az/photo/213x120/2024/07/29/1722268229_ehd.png)
![Sənədsiz evlərlə bağlı MÜHÜM XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/29/1722268259_22.jpg)
![Paris-2024: Hidayət Heydərov FİNALDA](https://moderator.az/photo/213x120/2024/07/29/1722267501_hidayet.jpeg)
![Məzahir Pənahov vəzifədən gedir](https://moderator.az/photo/213x120/2024/07/29/1722267888_21.jpg)
![Azərbaycan - Slovakiya görüşünün keçiriləcəyi stadion bəlli oldu](https://moderator.az/photo/213x120/2024/07/29/1722267671_20.jpg)
![Aynur Dadaşovanın xəstəxanadan VİDEOsu yayıldı](https://moderator.az/photo/213x120/2024/07/29/1722266809_19.jpg)
![Gələcəyimizi Rusiya ilə ittifaqda görən bu yüksək vəzifəli xanım sonda daxili işlər naziri tərəfindən hansı işgəncələrə məruz qaldı?..](https://moderator.az/photo/213x120/2024/07/29/1722266819_qadin-isgence.jpg)
![Mirzoyan: “Ermənistan münaqişə səhifəsini bağlamaq istəyir”](https://moderator.az/photo/213x120/2024/07/29/1722266399_mirzoyan.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/29/1722266608_18.jpg)
![Hadisədən sonra Ağadadaş Ağayevin xalqa ilk müraciəti – VİDEO](https://moderator.az/photo/213x120/2024/07/29/1722266144_aadadas.jpg)
![Dövlət Sərhəd Xidməti yayılmış videogörüntü ilə bağlı MƏLUMAT YAYDI](https://moderator.az/photo/213x120/2024/07/29/1722266121_17.jpg)
![Türk turistlər Yunanıstana axın edir](https://moderator.az/photo/213x120/2024/07/29/1722265644_yunanistana-axin.jpg)
![11 avtobus marşrutu müsabiqəyə çıxarılır](https://moderator.az/photo/213x120/2024/07/29/1722265538_16.jpg)
![Blinken Rusiyanın müdafiə sənayesi kompleksinə dəstəklə bağlı Çinə xəbərdarlıq edib](https://moderator.az/photo/213x120/2024/07/29/1722265234_15.jpg)
![Beyninizin yaxşı işləməsi üçün bu meyvədən yeyin](https://moderator.az/photo/213x120/2024/07/29/1722264986_yorqun-beyin-bas.jpg)
![Elxan Şahinoğlunun namizədliyi qeydə alınmadı](https://moderator.az/photo/213x120/2024/07/29/1722265097_14.jpg)
![Azərbaycanlı tələbənin ABŞ universitetinə 420 min dollarlıq təqaüdlə qəbulu](https://moderator.az/photo/213x120/2024/07/29/1722264801_roma.jpg)
![“Evimi satdım, kirayəni çətinliklə ödəyirəm” - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/29/1722264787_13.jpg)
![Flora Kərimovanın səbr kasası daşdı:](https://moderator.az/photo/213x120/2024/07/29/1722264386_12.jpg)
![Məşhur aktrisa hamilə olduğunu açıqladı - FOTO](https://moderator.az/photo/213x120/2024/07/29/1722264350_neslihan-ata-212535lp.jpg)
![BDU-nun 966 tələbəsi yay semestri dərslərində iştirak edir](https://moderator.az/photo/213x120/2024/07/29/1722264187_11.jpg)
![Yatanda kabus görüb özünü güllələdi](https://moderator.az/photo/213x120/2024/07/29/1722263275_kabus.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/29/1722263835_10.jpg)