Bizi sosial şəbəkələrdən izləyin:
“İranın siyasi qazanı qaynayırdı, Təbriz və başqa şəhərlər, Qarabağ azad olandan sonra milli zəmində daha da aktivləşmişdilər... Bu qaynar qazanın qapağını qaldırıb, buxarı buraxmağı Pezeşkianın üstünə atdılar. O, prezident seçilən kimi, İran sakitləşdi...”
“İlk növbədə İranın Prezidentinin ölkənin siyasətində nəyisə ciddi şəkildə dəyişəcəyi ilə bağlı illüziyalara uymaq lazım deyil. Onun seçilməsi İran rəhbərliyinin gələcək üçün hazırladığı siyasəti həyata keçirməsi üçün atdığı strateji addımdır…
Bilirsiz, İranın siyasi qazanı qaynayırdı, Təbriz və başqa şəhərlər, Qarabağ azad olandan sonra milli zəmində daha da aktivləşmişdilər. Onlara kənar qüvvələr də təsir edirdi. Bu qaynar qazanın qapağını qaldırıb, buxarı buraxmağı Pezeşkianın üstünə atdılar. O, prezident seçilən kimi, İran sakitləşdi”.
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli “İranın yenicə prezidenti seçilmiş Azərbaycan türkü sayılan Məsud Pezeşkianın daxili və xarici siyasətində hansı yenilikləri gözləyirsiz?” sualını cavablandırarkən ifadə edib.
“İranda bu günə qədər bir Prezident Dini rəhbərinin göstərdiyi yoldan dönməyib və dönə bilməz də... Azərbaycanlılığından, farslığından, kürdlüyündən asılı olmayaraq Prezident ölkəni İranın vətəndaşlıq prinsipi olan “Bütün müsəlmanlar qardaşdır!” devizi əsasında idarə etməlidir. Azərbaycanlı olmasının, bu dildə danışmasının heç bir əhəmiyyəti yoxdur. İranda ən böyük azərbaycanlı elə Ali Dini lider Ayatolla Xameneidir, dərinə getsək, Mirzə Fətəli Axundovun nəslindəndir. 35 ildir İran onun əlindədir. Farslar demişkən “Çi fayda?”..”,- deyə davamında analitik sual edib.
Sultan Laçın