Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-
3318
26 Jul 2024 | 07:47

Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"

Macarıstan Çinin müxtəlif banklarından ölkə üçün rekord məbləğdə - bir milyard avro kredit alıb.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
 
Yazda üç Çin bankından aldığı  bu məbləğ ölkə üçün rekord kreditdir.
 
Kredit Çin İnkişaf Bankı, Çin İxrac-İdxal Bankı və "Bank of China"-nın Macarıstan filialı tərəfindən verilib. Məbləğ artıq tam istifadə olunub və üç il ərzində geri qaytarılmalıdır.
 
Rəsmi Budapeşt indiyədək razılaşma barədə susurdu. Lakin Macarıstanın işgüzar nəşri "Portfolio" cümə axşamı bu haqda xəbər verib və sonradan dövlət agentliyi bunu təsdiqləyib.
 
Macarıstanın rekord məbləğdə xarici borcu var və infrastruktur və enerji sektoruna investisiyaların maliyyələşdirilməsi üçün yeni borclardan istifadə edib. Saziş dövlət borcunun ÜDM-ə nisbətini 28,9 faiz səviyyəsində saxlayır
 
Xatırladılır ki, daha əvvəl Zelenskinin Macarıstanın Rusiya nefti vasitəsilə yardımı əngəlləməsinə münasibət bildirdiyi haqda məlumat verilib.
 
Bundan əlavə, əvvəllər məlumat verilmişdi ki, Macarıstan AB-nin  Ukraynaya silah almaq üçün pul ayırmasını bloklayıb.
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər