Naxçıvanbank bu SƏBƏBDƏN BAĞLANDI - DETALLAR
Ekskluziv
3368
25 Jul 2024 | 17:10

Naxçıvanbank bu SƏBƏBDƏN BAĞLANDI - DETALLAR

“Naxçıvanbankın bağlanmasının səbəbi kimi onun səhmdarlarının qərarı göstərilir. Belə ki, bu bankın maliyyə göstəriciləri qənaətbəxş olsa da, yəni likvid aktivləri kreditor öhdəliklərini üstələsə də səhmdarlar onun bağlanmasına və BOKT-a (Bank Olmayan Kredit Təşkilatı) çevrilməsinə qərar verib”.
 
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bildirib. 
 
İqtisadçı ekspert: Türk dünyasının vahid iqtisadi sisteminin qurulması prosesi aparılır
 
“Əslində maraqlı məqamdır. BOKT-ların Bank olmaq arzusu ilə çarpışdığı bir dünyada Naxçıvanbankın səhmdarları niyə BOKT olmağı arzulayıb? 
 
Ümumiyyətlə, Bankların sayının azalması Bank sektorunda rəqabət mühiti üçün yaxşı heç nə vəd etmir. Düzdür, son bir neçə ildə bağlanan bankların maliyyə vəziyyəti elə idi ki, onsuz da bu bankların rəqabət mühiti üçün bir faydası yox idi. Amma yenə də hər hansı bankın bağlanması bu sektor üçün uğur deyil.
 
İnsan ayağında problemli (xəstə) barmaq olanda o insanın rahat yeriməsinə mane olur. Bu xəstə barmaqdan xilas olmaq üçün onu amputasiya etmək olar. Amma bu ən yaxşı yol deyil. Çünki, hər xəstə barmaq amputaiya olunarsa, bir gün insan 2-3 barmağın umuduna qalar və  yerimək qabiliyyətini itirər. Ona görə də yaxşı olardı ki, maksimum dərəcədə problemli barmaqlar müalicə olunsun. Axı müalicənin yüz üsulu var, amputasiyanın isə bir”.
Link kopyalandı!
Son xəbərlər