![Bunu edən də, buna susan da potensial qatildir!](https://moderator.az/cphoto/670x420/2024/07/24/1721803550_1708173575_demirr.jpg)
Xəbər verdiyimiz kimi, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) dəmir yolu xətlərinin üzərinə kənar əşyaların qoyulması ilə bağlı müraciət yayıb. Müraciətdə təkcə cari il ərzində ADY-ə məxsus dəmir yolu xətlərinin üzərinə 22 kənar əşya qoyulduğu, bu cür halların həm sərnişinlərin, həm də qatar heyətinin həyatı üçün risk təşkil etdiyini bildirib. Müraciətdə dəmir yolu xətti üzərində kənar əşya görənlərin yaxınlıqdakı stansiyaya və yaxud ADY-nin 1822 Əlaqə Mərkəzinə məlumat verməsi xahiş olunur.
Hər şeydən öncə qeyd edək ki, dəmir yolu xəttinin üzərinə hansısa əşya qoymaq sadəcə şüursuzluq və ya məsuliyyətsizlik deyil, bu, bədxahlıq, daha dəqiq desək məqsədli şəkildə həyata keçirilən qanun pozuntusudur. İstənilən halda bu addımın atılmasında məqsəd qatarın hərəkətinə mane olmaq, onu dayandırmaq və ya relsdən çıxmasına nail olmaqdır. Bu isə bilavasitə insan həyatı üçün ciddi təhlükə, açıq qəsddir. Bu cür məkirli addım qatarın xətdən çıxımasına və çoxsaylı insan ölümünə səbəb ola bilər ki, bu da mahiyyətcə terror aktı deməkdir. Odur ki, yaşından, kimliyindən asılı olmayaraq, bunu edən hər bir şəxs bu cür əməllərədn çəkinməli, belə təhlükəli əməllərə şahid olan insanlar bu barədə əlaqədar qurumları dərhal məlumatlandırmalıdır.
Unutmaq olmaz ki, dəmir yolu xətlərinin üzərinə kənar əşya qoyan, bu cür halları gördüyü halda susan, bu barədə yetkililərə məlumat verməyən hər bir şəxs potensial qatildir. Bunu edənlə bu qanun pozuntusunu gördüyü halda əlaqədar qurumlara məlumat verməyə hər bir şəxs, hüquqi baxımdan olmasa da, mənəvi baxımdan eyni məsuliyyət daşıyır.
Gəlin öz laqeydliyimiz, biganəliyimizlə qatilə çevrilməyək. Bu cür hallara qarşı həssaslıq sərgiləyərək həyat qurtaraq və bir ömür boyu vicdanımızın ağrısı ilə deyil, təqdiri ilə yaşayaq.
Seymur ƏLİYEV
![Emosional intellekti aşağı olan insanı necə tanımaq olar? - 10 əsas əlamət](https://moderator.az/photo/213x120/2024/08/05/1722801969_whatsapp-image-2024-08-05-at-00.04.46.jpeg)
![Bakıda ağır QƏZA: Sürücü sükan arxasında sıxılı vəziyyətdə qaldı](https://moderator.az/photo/213x120/2024/08/04/1722801614_zsqufgzwptlssj1jzuwpu9txqrdm7entefinmjci_1200.webp)
![Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın öldü](https://moderator.az/photo/213x120/2024/08/04/1722799505_slavwjmbxjqpx5du7iq0qdntmqgympmvlbiqmxrz_1200.webp)
![Dürdanə Ağayeva VƏFAT ETDİ](https://moderator.az/photo/213x120/2024/08/04/1722798310_3b7da4d377b0f4ff2a6e29e84438af86.jpg)
![Cəlilabadda 90 yaşlı kişini əqrəb sancıb](https://moderator.az/photo/213x120/2024/08/04/1722797376_ykytkuj5k2nia6zyv1otfm51gwj4wprtmbi4amph_1200.webp)
![Tovuzda ilanın sancdığı qadın ölüb](https://moderator.az/photo/213x120/2024/08/04/1722797385_isusem3yyscggcube8mhebtii25an5ychmuf6xt2_1200.webp)
![Tələbələr üçün müxtəlif sxemlər: Artım qərarının yaratdığı suallar](https://moderator.az/photo/213x120/2024/08/04/1722797077_sdxk3lffwcbnyqk8aqtheyavaimxcib6lb6vcar0_1200.webp)
![Uorren Baffet Apple-dəki payının yarısını satdı](https://moderator.az/photo/213x120/2024/08/04/1722796918_27564348248c47793be8618e9b369375.jpg)
![İsrail-dən İrana daha bir XƏBƏRDARLIQ -](https://moderator.az/photo/213x120/2024/08/04/1722794951_60f766b87350f958f3ecb30f6f7b53be.jpg)
![İsrail Qəzzada məktəbləri BOMBALADI - ÇOXLU ÖLÜ VƏ YARALI VAR (FOTOLAR)](https://moderator.az/photo/213x120/2024/08/04/1722794438_whatsapp-image-2024-08-04-at-21.58.20.jpeg)
![“Şöşü” ləqəbli məşhur aktyorun həyat yoldaşı gözəlliyi ilə heyran etdi – FOTOLAR](https://moderator.az/photo/213x120/2024/08/04/1722794207_6f0ac5403261874c19e4cce1f84553ec.png)
![Şəhid Elçin Kərimbəyli doğum günündə məzarı başında xatırlanıb](https://moderator.az/photo/213x120/2024/08/04/1722793921_whatsapp-image-2024-08-04-at-21.39.22.jpeg)
![Hakan Fidan Misirə GETDİ - “Rəfah”dan AÇIQLAMALAR VERDİ](https://moderator.az/photo/213x120/2024/08/04/1722793032_9dbbbf8cca5bba08aa996f8916d44632.jpg)
![Şahruddinə SƏRT MESAJ:](https://moderator.az/photo/213x120/2024/08/04/1722792751_4fe03c4d5b1c338d8086af312be43350.jpg)
![Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ](https://moderator.az/photo/213x120/2024/08/04/1722792354_a9d55c15394de669a603b6a11c5ee8b4.jpg)
![Hava Qüvvələri Günündə F-16 qırıcıları Ukrayna səmasında görünüb - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/08/04/1722792055_1722780666-4046-large.webp)
![Türkiyə Ordusu İraq və Suriyada 8 terrorçu zərərsizləşdirib](https://moderator.az/photo/213x120/2024/08/04/1722790575_66afa1f1f390966afa1f1f390a172278628966afa1f1f390766afa1f1f3908-1.jpg)
![Tehran nüvə silahı əldə edib?](https://moderator.az/photo/213x120/2024/08/04/1722787116_iglywln0cqslxqem4ovcadc1djtesndomev0aaji_1200.webp)
![](https://moderator.az/photo/213x120/2024/08/04/1722784686_245604376_0_25_2501_1276_1280x0_80_0_0_80eb15ea26f784318e32e13902db7fef.jpg.webp)
![Zelenski Kiyevin “F-16” qırıcıları aldığını təsdiqləyib - YENİLƏNİB-VİDEO](https://moderator.az/photo/213x120/2024/08/04/1722785302_whatsapp-image-2024-08-04-at-19.25.30.jpeg)
![Britaniyada iğtişaşlar zamanı 90-dan çox insan həbs edilib](https://moderator.az/photo/213x120/2024/08/04/1722783581_86f2282f-3977-3353-87b6-e25402db1e15_850-1.jpg)
![SSRİ-dən qalma bu şeylərə çoxlu pul verirlər: 1 000 000](https://moderator.az/photo/213x120/2024/08/04/1722774874_image-1722698057_269.png.webp)
![İrana uçan Rusiya hərbi təyyarəsi ilə bağlı ŞOK İDDİA - GPS-i bilərəkdən...](https://moderator.az/photo/213x120/2024/08/04/1722780721_af083bdcb7faa62d8e506975b5ea52de.jpg)
![KİV: Ukrayna vəd edilmiş 79 ədəd F-16 qırıcısından yalnız 10-unu alıb](https://moderator.az/photo/213x120/2024/08/04/1722779627_59c89687-abc8-3663-a163-fc800e5f3b8a_850.jpg)
![Yay tətili daha bir ay uzadıldı? - Oktyabrdan...](https://moderator.az/photo/213x120/2024/08/04/1722774489_element5-digital-oycl7y4y0bk-unsplash.jpg)
![İdmançımız çəkicatma yarışlarında finala yüksəlib - Paris-2024](https://moderator.az/photo/213x120/2024/08/04/1722778098_205eb3abbfff2db34c0e0ae3c3e8cb2b.jpg)
![Avropanın ən hündür aktiv vulkanı püskürdü](https://moderator.az/photo/213x120/2024/08/04/1722775807_jiz5woyfxh8eq4y0cy12oacccs5lvjkj7beacxnd_1200.webp)
![Hər avtomobildə BUNLAR OLMALIDILR: AĞ DƏSMAL](https://moderator.az/photo/213x120/2024/08/04/1722774001_photo_210755.jpg)
![Fermerin sahəsində yemiş 15-20 qəpikdir: Bəs bu məhsulu Çindən niyə gətiririk?](https://moderator.az/photo/213x120/2024/08/04/1722774673_363484666_252047231036970_454948142841790714_n_1200.webp)
![](https://moderator.az/photo/213x120/2024/08/04/1722774023_bf814884182432aff26663696666eea7.jpg)