![Azərbaycandan yeni siyasi-ekoloji mədəniyyət nümunəsi...](https://moderator.az/cphoto/670x420/2024/07/22/1721670613_cop29.jpg)
Ermənistanın COP29-a dəvət edilməsi rəsmi Bakının yaşıl dünya naminə həmrəylik cəhdidir...
Azərbaycan Ermənistanı 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-a dəvət edib. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən II Qlobal Media Forumunda məlumat verib: “Biz Ermənistanı rəsmən COP29-a dəvət etmişik. İki ölkə arasında diplomatik münasibətlərin olmadığı halda bu dəvət Azərbaycanın xoş iradəsini və inklüziv yanaşmasını göstərir. İndi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb”.
Hər şeydən öncə qeyd edək ki, Ermənistanın COP29-a dəvət edilməsi Azərbaycan tərəfindən təqdim edilən yeni siyasi-ekoloji mədəniyyət nümunəsidir. Rəsmi Bakı bununla bütün dünyaya sübut etdi ki, o, təbiətin qorunması, ekologiyanın yaxşılaşması - bir sözlə planetin gələcəyi üçün sülh müqaviləsi imzalamadığı keçmiş düşməni ilə də eyni masa arxasında əyləşməyə, onunla əməkdaşlıq etməyə hazırdır. Bu, Azərbaycanın ümumbəşəri maraqlara olan hörmət və ehtiramının, dünyamızın gələcəyi qarşısında duyduğu məsuliyyət hissinin bariz nümunəsidir.
Rəsmi Bakının bu addımı həm də hərbi qarşıdurma və siyasi gərginik içərisində olan dövlətlərə təbiətin xilası naminə əməkdaşlıq çağırışı, tarixi bir mesajdır.
Ermənistanın COP29-a dəvət edilməsi həm də ölkəmizin sülh istəyinin növbəti təsdiqidir. Bu fakt bir daha göstərir ki, Azərbaycan Ermənistandan fərqli olaraq, sülh üçün bütün imkan və vasitələrdən istifadə etməkdə israrlıdır və bu məsələdə hər bir fürsəti qiymətləndirməyi lazım bilir.
Ölkəmiz bugünə qədər sülhə nail olmaq üçün edə biləcəyi hər şeyi edib və Hikmət Hacıyevin dediyi kimi, “indi Ermənistan hakimiyyətinin qərar qəbul etməsi zamanı çatıb”. Əgər Ermənistan London görüşündə olduğu kimi, bu dəfə də Azərbaycanla əməkdaşlıq imtina edəcəksə, bu, rəsmi İrəvanın sadəcə sülh prosesinə deyil, həm də ümumbəşəri mənafeylərə xəyanəti demək olacaq.
Seymur ƏLİYEV
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722070326_16.jpg)