Siyasi fərari, yaxud nə istədiyini bilməyən adam!
Ekskluziv
2964
20 Jul 2024 | 19:06

Siyasi fərari, yaxud nə istədiyini bilməyən adam!

Prezident İlham Əliyev “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumunda Ermənistanın baş naziri Nikol Paşinyanın  Böyük Britaniyada onunla görüşdən imtinasına toxunub, bununla bağlı maraqlı fikirlər səsləndirib.

 

Dövlət başçısı qeyd edib ki, Paşinyan Böyük Britaniyanın baş naziri ilə də görüşdən itmina edib. İlham Əliyev hər iki fakta diqqət çəkərək bildirib: “Britaniya hökuməti eyni təklifi verdi ki, Britaniyanın Baş naziri iştirak edəcək, sonra görüşdən çıxacaq. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni, o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər? O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi? Yəni, bir çox məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq”.

 

Hər şeydən öncə qeyd edək ki, Paşinyanın siyasi dialoq və diplomatik danışıqlar üçün gəldiyi Britaniyada Prezident İlham Əliyevlə görüşdən imtina etməsi Ermənistan baş nazirinin siyasi fərariliyi kimi qiymətləndirilməlidir. Bu fakt bir daha sübut edir ki, Paşinyan 44 günlük Vətən müharibəsində döyüş mövqeyini atıb gedən,  12 mindən çox fərarisi olan Ermənistan ordusuna layiqli liderdir və onun “uğurlarını” siyasi meydanda təkrarlayır.   

 

Paşinyanın Britaniyaya səfər etdiyi halda bu ölkənin baş naziri ilə görüşmək istəməməsi isə göstərir ki, Ermənistan lideri ümumiyyətlə nə istədiyini özü də bilmir. Eyniylə İlham Əliyevin dediyi kimi, “o, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, o, Londona və Oksfordşirə niyə səfər edirdi?”

 

Paşinyanın Londondakı davranışı Ermənistan liderinin siyasi qərarsızlıqdan əziyyət çəkdiyini göstərir. Bu isə o deməkdir ki, Ermənistan baş naziri nə etmək və necə etməklə bağlı bir qərara gəlmədiyi müddətdə daha nala, gah da mıxa döyməkdə davam edəcək.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər