Bu sahə üzrə Azərbaycan dünyada  BİRİNCİ YERDƏDİR
Ekskluziv
3012
20 Jul 2024 | 09:40

Bu sahə üzrə Azərbaycan dünyada  BİRİNCİ YERDƏDİR

“Son 2 ilə yaxındır ki dəfələrlə publik olaraq dediyimizi bu dəfə Doing Business də dedi. Azərbaycan kredit əlçatanlığına görə 190 ölkə arasında  1-ci yerdədir. Yəni iqtisadiyyat tələb edərsə, onun tələbini qarşılayacaq pul var”
 
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Vəliyev bildirib.
 
“Buna görə də Azərbaycan iqtisadiyyatın problemi haqda danışarkən maliyyə (kredit) əlçatanlığını ciddi problem kimi göstərmək doğru deyil. Təbii ki, bu nəticəyə nail olunmasında ölkədə müvafiq tədbirlərin həyata keçirilməsinin önəmli rolu vardır. Lakin bu nəticəyə səbəb olan digər əsas bir faktor iqtisadiyyatın pula olan tələbinin aşağı olmasıdır. Yəni iqtisadiyyatın pula olan tələbinin aşağı olması "Doing Business" hesabatında Azərbaycanı birinci yerə çıxaran əsas səbəblərdən biridir.  
Bu iqtisadi aksiomadır: Tələbin yüksək olmaması əlçatanlığı yüksək edir. Əgər bu günki əlçatanlıq yüksək səviyyədə saxlanılmaqla, iqtisadiyyatın kredit tələbi artırılarsa, bu ölkə iqtisadiyyatı üçün, ələxsus da qeyri-neft sektoru çox böyük uğur olardı”.
 
 
Link kopyalandı!
Son xəbərlər