Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
5834
19 Jul 2024 | 07:55

“Dünyanın hansı ölkəsində deputatlıq da irsən ötürülür?..”- OXUCU SUALI

-3 CÜMLƏ İLƏ BİR SUAL-CAVAB...-
 
“Qadan alım, bu bizim qalxozun keçmiş briqadiri Qədimalı kişi neçə gündür, mənnən mərc çəkişib ki, yer üzündə belə bir ölkə yoxdur; əgər tapsan, sənə minimum əmək haqqı qədər hesab verəcəm. Yox, tapa bilməsən, sən həmin hesabı mənə verəcəksən. Gör, neynirsən...”
 
Dünən keçmiş  “Lenin” qalxozunun sabiq ferma müdiri Sevdimalı kişi zəng edib həyəcanla soruşdu ki,  başına dönüm, bəlkə sən biləsən, dünyanın hansı ölkəsində deputatlıq da irsən, yəni atadan oğula, yaxud qıza və ya anadan oğula-qıza, bəzən də ərdən arvada və s. ötürülür...
 
Köhnə qalxozçu onu da əlavə etdi: “Qadan alım, bu bizim qalxozun keçmiş briqadiri Qədimalı kişi neçə gündür, mənnən mərc çəkişib ki, yer üzündə belə bir ölkə yoxdur; əgər tapsan, sənə minimum əmək haqqı qədər hesab verəcəm. Yox, tapa bilməsən, sən həmin hesabı mənə verəcəksən.  Gör neynirsən, belə bir ölkəni tapsan, Sevdimalıdan nə alsam(düzü, heç bilmirəm minimum əmək haqqı nə qədərdir), yarı bölərik...”
 
Xülasə, fəal oxucumuzun xahişini nəzərə alaraq iki gündür internetin bütün axtarış sistemlərini bir-birinə vurub, bütün dost-tanışdan soruşduqdan sonra belə bir ölkə tapa bilmədiyimdən Sevdimalı kişiyə cavab verdim ki, sən canın, incimə, ha axtarsam da, belə bir ölkə tapa bilmədim; deyirlər, bu ərəb ölkələrində-filanda krallıq, sultanlıq nəsillə atadan oğula, ya da qardaşdan qardaşa keçir, amma deputatlığın irsən keçdiyi ölkə yoxdur, bəlkə də keçmişdə, orta əsirlərdə, feodalizm quruluşunda-zadda olub, nə bilim...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər