Quranda dialektika qanunları ilə izah oluna bilməyən “Allahın Ol qanunu” - Görəsən Hegelin xəbəri olubmu?
Ekskluziv
3006
18 Jul 2024 | 10:57

Quranda dialektika qanunları ilə izah oluna bilməyən “Allahın Ol qanunu” - Görəsən Hegelin xəbəri olubmu?

Ukrayna və Azərbaycanın kimya elmləri doktoru, “Kolloid Kimyası” ixtisası üzrə Azərbaycanda yeganə kimya elmləri doktoru, Rusiya Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü, Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) professor və akademiki, ikisi Quran ayələri ilə əlaqəli çoxsaylı elmi kəşfləri ilə ixtisası üzrə dünyada rekord göstəricilərlə uğur qazanan Rahim Abas oğlu Daşdiyevin son 12 il müddətində Quran ayələrinin Allahın qeyd etməklə bitməyən Özünəməxsus sifətləri, peyğəmbərlərin həyatı ilə bağlı xatırlamaları, Muhəmməd peyğəmbərə tapşırıqları, məsləhətləri, tövsüyələri, düşünən insanlar üçün diqqətə gətirdiyi məsələlərlə bağlı olan mindən çox ad altında sistemləşdirilməsi nəticəsində aşkar etdiyi “Quranda dialektika qanunları ilə izah oluna bilməyən Allahın Ol qanunu -  Görəsən Hegelin xəbəri olubmu?” adlı aktual silsilədən olan növbəti yazısını Moderator.az oxucularına təqdim edirik.
 
2.Əl-Bəqərə surəsi
 
2.117. Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: "Ol !" -deyər, o da (fövrən) olar.
 
3.Ali-İmran surəsi
 
3.38.(O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!" 
 
3.39.(Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: "Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir". 
 
3.40.(Zəkəriyya: ) "Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan) olduğu halda, mənim necə oğlum ola bilər? " – söylədi. (Allah isə: ) " (Bəli) dediyin kimidir, (lakin) Allah nə istəsə, onu da edər", – deyə buyurdu. 
 
3.47.(Məryəm: ) "Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?" – dedikdə, (Allah) buyurdu: "(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq "Ol!" deyər, o da (dərhal) olar. 
 
3.48.(Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. 
 
3.59.Allah yanında İsa da (İsanın atasız dünyaya gəlmiş də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(Bəşər) ol!" – dedi, o da oldu.
 
6.Əl-Ənam surəsi
 
6.73. Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: "Ol!" deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun (İsrafilin surunun) çalınacağı gün hökm Onundur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
 
16.Ən-Nəhl surəsi
 
16.38. Onlar: "Allah, ölən bir kimsəni diriltməyəcəkdir!" - deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allah qiyamət günü ölüləri qəbirlərindən çıxarıb dirildəcəyi haqda) doğru və’d etmişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz! 
 
16.39. (Allah hər bir mö’mini və kafiri öləndən sonra dirildəcəkdir ki) ixtilafda olduqları məsələləri izah etsin və (qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər. 
 
16.40. Biz hər hansı bir şeyi (yaratmaq) istədikdə ona sözümüz: "Ol!" deməkdir. O da dərhal olar. 
 
19.Məryəm surəsi
 
19.34. Bu, (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu) haqq sözdür! [Yaxud (yəhudilərin və xaçpərəstlərin) barəsində şəkk-şübhə etdikləri Məryəm oğlu İsa haqq söz olaraq budur]. 
 
19.35. Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: "Ol!" deyər, o da dərhal olar. 
 
19.36. (İsa sonra belə dedi: ) "Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!" 
 
36.Yasin surəsi
 
36.79. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır! 
 
36.81. Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur! 
 
36.82. Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar. 
 
40.Əl-Mumin surəsi
 
40.67. Sizi (atanız Adəmi) torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra (analarınızın bətnindən) uşaq olaraq çıxardan, sonra kamillik çağına çatasınız, daha sonra qocalasınız deyə yaşadan Odur. İçərinizdə daha əvvəl (gənclik, ahıllıq, qocalıq çağlarına yetişmədən) öldürülənlər də var. (Bütün bunlar) müəyyən bir vaxta (ömrünüzün sonuna) yetişəsiniz və bəlkə, (Allahın vəhdaniyyətini) düşünüb anlayasınız deyə edilir. 
 
40.68. Dirildən də, öldürən də Odur. O, bir işi qərara aldıqda (bir şeyi yaratmaq istədikdə) ona ancaq: "Ol!" - deyər, o da dərhal olar. 
 
54.Əl-Qəmər surəsi
 
54.50. Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: "Ol !" - deyərik, o da dərhal olar!)
 
NƏTİCƏ
 
Quranda dialektika qanunları ilə izah oluna bilməyən “Allahın Ol qanunu”nu birmənalı olaraq təsdiq edən ayələr diqqətə gətirilmişdir. “Allahın Ol qanunu”nun  sirrləri yalnız və yalnız Allahın Qeyb Elmindən bəhrələnir. Sual olunur: Bəs görəsən dialektika qanunlarının kəşf edilməsində xüsusi rolu olan dünya şöhrətli alman alimi və filosofu Hegelin “Allahın Ol qanunu”nundan xəbəri olubmu? Müvafiq ədəbiyyat araşdırmalarından bu sualla bağlı məlumat aşkar edilməmişdir. Zənnə qapılmağın özü də günah olduğundan (49.12), “Doğrusunu Allah bilir” cavabı ilə qənaətlənmək olar. 
 
Əsas mənbə: Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)
 
Növbəti silsilə məlumatında professor R.A.Daşdiyevin Quranda düşünən insanlar üçün “Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişməsinə keçməsi qanunu” ilə bağlı işarələrdən (eyhamlardan) bəhs ediləcək.
 
Qeyd edək ki, professor R.A.Daşdiyevin Quranda “Əksliklərin vəhdəti və mübarizəsi qanunu” ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu? adlı analoji araşdırmaların nəticəsi 16.06.2024 tarixində (10:47) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/ekskluziv/779607/quranda-eksliklerin-vehdeti-ve-mubarizesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/
 
“Quranda İnkarçıların Allah tərəfindən inkar edilməsi qanunu ilə bağlı düşünən insanlar üçün işarələr (eyhamlar) - Görəsən Hegelin xəbəri olubmu?” adlı analoji araşdırmaların nəticəsi isə 05.07.2024 tarixində (10:45) Moderator.az saytinda dərc edilmişdir: //moderator.az/az/cemiyyet/785065/quranda-inkarcilarin-allah-terefinden-inkar-edilmesi-qanunu-ile-bali-dusunen-insanlar-ucun-isareler-eyhamlar-gresen-hegelin-xeberi-olubmu/
 
Link kopyalandı!
Son xəbərlər