“Qarabağ və Şərqi Zəngəzur yaxın zamanda böyük turizm mərkəzinə çevriləcək”
2746
10 Jul 2024 | 21:16

“Qarabağ və Şərqi Zəngəzur yaxın zamanda böyük turizm mərkəzinə çevriləcək”

Prezident İlham Əliyev Şuşaya son səfəri əsnasında mədəniyyət paytaxtındakı bir sıra obyektlərin, eləcə də “İsa bulağı” istirahət kompleksinin, Aşağı Gövhər Ağa məscidinin açılışında iştirak edib, davam edən quruculuq işləri ilə tanış olub.

 

Maraqlıdır, işğaldan azad edilən ərazilərimizdə qısa zamanda çoxlu sayda istirahət mərkəzlərinin açılması, tarixi-mədəni və dini abidələrin bərpası bu bölgələrdə turizmin gələcəyinə nə vəd edir?

 

Moderator.az-a açıqlama verən iqtisadçı-alim, millət vəkili Vüqar Bayramov işğaldan azad edilən ərazilərin böyük turizm potensialına malik olduğunu bildirib:

 

“Qarabağ turizm potensialı baxımından vacib bölgələrimizdən biridir. Qarabağ və Şərqi Zəngəzurun turizm potensialını inkişaf etdirməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

 

Yalnız Şuşa deyil, eyni zamanda bərpa olunan digər şəhərlərimizdə turizm üçün yeni imkanların yarandığını müşahidə edirik. Nəzərə alaq ki, Xankəndinin, Xocavəndin də böyük turizm potensialı var. Kəlbəcərin turizm potensialı da olduqca böyükdür.

 

İşğaldan azad edilən rayonlarımızda hər şeydən öncə tarixi turizm potensialı var. Sağlamlıq və mədəni turizm, yay-qış turizmi potensialı da genişdir. Əminliklə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur yaxın zamanlarda Azərbaycanın turizm mərkəzlərindən birinə çevriləcək.Qarabağ və Şərqi Zəngəzurda turzimin inkişafı isə Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfə verəcək”.

 

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər