Bu gün Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 105-ci ildönümüdür. Bununla bağlı Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bir qərinədir müstəqil olan dövlətin bu qədər peşəkar diplomat yetirməsi çox sevindiricidir.
Sovet dönəmində azərbaycanlı diplomatlar barmaqla sayılırdı. Müsəlman ölkələrində Azərbaycan-türk kökənli diplomatları başqa ölkələrə o qədər də çox göndərmirdilər. Göndərəndə də həmin şəxslər orada birinci adam olmurdu.
Son 20 ildə ölkəmizdə çox peşəkar diplomatlar yetişib. Ikinci Qarabağ müharibəsi göstərdi ki, həqiqətən də Azərbaycadna yetişən diplomatlar çox peşəkardılar. Həm verilən intervülər, həm aparılan siaysət bunu göstərdi.
Həm mərhum Heydər Əliyev, həm də cənab Prezident diplomatiya nümunələri ortaya qoydu. Hər iki siyasətçi diplomatiya sahəsində böyük peşəkarlıq sərgilədi. İlham Əliyev dönəmində Azərbaycanın hücum diplomatiyası böyük zəfərlər əldə etdi.
Mən diplomatiyamızın 103-cü ildönümü münasibətilə bütün diplomatlarımızı təbrik edirəm.
Diplomatlarımızın arasında öz istedadı ilə seçilən kifayət qədər şəxslər var. Gənc olmasına baxmayaraq Hikmət Hacıyev çox peşəkar diplomatdır. Uzun müddət başqa sahə ilə məşğul olsa da, qısa müddət ərzində peşəkar diplomat kimi özünü göstərən Ceyhun Bayramov, Ayxan Hacızadə, Leyla Abdullayeva, Elin Süleymanov, Daşqın Şikarov bunlara nümunədir.
Diplomatlarımız istər Avropada, istərsə də müxtəlif beynəlxalq təşkilatlada ölkəmizi uğurla təmsil edirlər.
Inanıram ki, Azərbaycan diplomatiyası qısa zamanda bu qədər uğur qaznıbsa, deməli, yaxım gələcəkdə daha böyük uğurlara imza ata biləcək”.
Seymur ƏLİYEV