Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
5233
06 Jul 2024 | 11:10

"İstanbulun fəthində atılmış topların macar ustası Orbanın adaşından bizə nə fayda?.."

“Tarixən Rusiya tipli imperiya dövlətlərindən və onların dostlarından, vassallarından  keçmiş müstəmləkələrinə müəyyən zaman çərçivəsində real fayda dəysə də, sonradan bu fayda həmin dövlət və xalqlara daha çox zərbə və zərərlə ödənib...”
 
- 3 cümlə ilə bir şərh...-
 
Avropa Birliyində Ukraynanı işğal edən Rusiya avtoritar rəhbəri V.Putinin dostu kimi tanınan, elə Moskvaya guya Ukrayna ilə "sülh yaratmaq" missiyasıyla dostunun yanına gedib oradan da Azərbaycana- Şuşaya Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinə gələn Macarıstan baş naziri Viktor Orban 1453-cü ildə Osmanlı hökmdarı Sultan Mehmetə öz düzəltdiyi uzaqvuran toplarla yardım etmiş macar usta Orbanın(Türkiyə mənbələrində Urban adlansa da, macarca adı elə Urbandır) adaşıdır...
 
Bəs türk mənşəli olduqları deyilən macarların hazırkı hökmdarı Orban bu gün osmanlının xələfi Türkiyəyə və bizə- Azərbaycana nə fayda verəcək?..
 
Macarıstan baş nazirinin Azərbaycana Rusiya imperiyasını SSRİ, yaxud çar dövrünün sərhədlərində bərpa etməyə çalışan böyük dostu Putinin verdiyi siyasi faydanın çox kiçik bir faizini verə biləcəyini düşünsək də, hərçənd, bir sıra Türkiyə tarixçilərinin araşdırmalarına görə macar usta Orbanın düzəltdiyi toplar bir neçə atışdan sonra əriyib və ardınca İstanbulun fəthi Orbanın deyil, türk memarlar Müslihiddin və Saruca Sekbanın düzəltdiyi toplarla fəth edilib... 
 
P.S. Tarixən Rusiya tipli imperiya dövlətlərindən və onların dostlarından, vassallarından  keçmiş müstəmləkələrinə və ya düşmənlərinə müəyyən zaman çərçivəsində real fayda dəysə də, sonradan bu fayda həmin dövlət və xalqlara daha çox zərbə və zərərlə ödənib... Çünki xüsusən də imperiya dövləti üçün dostlar yox, maraqlar var və sabah maraqları ödənməyəndə və ya ayağını cızıqdan azcaca qırağa atan kimi səni dərhal məhv edərlər...
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər