Övladlığa götürmə hansı qaydada həyata keçirilir? – Hakimdən açıqlama  
Ekskluziv
Oxunub: 2142
01 Jul 2024 | 12:32
Övladlığa götürmə hansı qaydada həyata keçirilir? – Hakimdən açıqlama  
 
Moderator.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimi Vahid Sadıqov övladlığa götürmə mövzusu barədə danışıb.
 
Hakim qeyd edib ki, övladlığa götürmənin iki qaydası mövcüddur:
 
• Müvafiq icra hakimiyyəti orqanında uçota alınmaqla həmin orqan vasitəsilə övladlığa götürmə;
 
• Uşağın qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), ögey ata, ögey ana tərəfindən (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) və onu 3 aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürülməsi.
 
Birinci halda övladlığa götürmə üç mərhələdə həyata keçirilir:
 
• övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
 
• övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
 
• övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
 
Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması Ailə Məcəlləsinin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir. Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu elektron formada aparır. 
 
 
Vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır:
 
• valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar;
 
• valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar;
 
• valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar;
 
• əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar;
 
• övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
 
• övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar;
 
• övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar;
 
• övladlığa götürmək istəyən şəxsin əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar.
 
Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yuxarıda qeyd olunan məlumatları bilavasitə və yaxud akkreditə edilmiş orqan vasitəsilə kağız və ya elektron daşıyıcılarda müvafiq icra hakimiyyəti orqanına təqdim etdikdən sonra uçota alınırlar.
 
Qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları), eləcə də ögey ata (ögey ana) tərəfindən övladlığa götürmə zamanı vahid informasiya bazasında övladlığa götürən şəxslərə dair yalnız onların məhkumluğu və sağlamlıq vəziyyəti haqqında məlumatlar əks olunur. 
 
Göstərilən məlumatlar müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sisteminə inteqrasiya olunan dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların mütəmadi yenilənməsi təmin edilir. Bu mümkün olmadıqda isə onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
 
Göstərilən məlumatlar övladlığa götürmək istəyən şəxs tərəfindən təqdim edildiyi halda həmin məlumatlar 6 ay müddətində etibarlıdır.
 
Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) barələrində təqdim etdikləri məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Bilə-bilə təhrif olunmuş və ya düzgün olmayan məlumat təqdim etmiş övladlığa götürmək istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 il müddətində övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsindən kənarlaşdırılırlar.
 
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 
 
Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir (118 m):
 
• övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;
 
• övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; 
 
• övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; 
 
• övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
 
• övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
 
Müsahibə aparılması: Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsini aparır.
 
Təlimlərə cəlb etmə: Öz ölkələrində övladlığa götürmə ilə bağlı təlim keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, müsahibədən keçmiş övladlığa götürmək istəyən şəxs (şəxslər) müvafiq icra hakimiyyəti orqanı tərəfindən övladlığa götürmə ilə bağlı 30 (otuz) gündən çox olmayan müddətdə təlimlərə cəlb edilir. Öz ölkəsində övladlığa götürmə ilə bağlı təlim keçməsi barədə təsdiqedici sənəd (sertifikat) təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təlimlərə cəlb edilmirlər.
 
Təlimin nəticələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətləndirilir.
 
Uyğun uşağın və uyğun övladlığa götürmək istəyən şəxsin seçilməsi və onların görüşünün təşkil edilməsi: Təlimin nəticələri müsbət qiymətləndirildikdə, müvafiq icra hakimiyyəti orqanı, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyini nəzərə almaqla, övladlığa götürülən uşağa uyğun valideyn və övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşaq seçir və uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşünü (görüşlərini) təşkil edir.
 
Uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi: Görüşün (görüşlərin) nəticəsinə dair sosial işçinin hesabatı nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddəti ilə yerləşdirilib-yerləşdirilməməsi barədə qərar qəbul edir. Uşaq övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində müvafiq icra hakimiyyəti orqanı və övladlığa götürmək istəyən şəxs (şəxslər) arasında bağlanmış müqavilə əsasında yerləşdirilir. 
 
Uşaq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan övladlığa götürmək istəyən şəxsin (şəxslərin), o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ailəsində sınaq müddətində həmin şəxslərin Azərbaycan Respublikasında mülkiyyətində yaşayış sahəsi olduğu hallarda həmin yaşayış sahəsində, əks halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğun olaraq olduqları yer üzrə qeydiyyata alındıqdan sonra həmin yerlərdə yerləşdirilir.
 
Sosial işçi uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin monitorinqini aparır. Monitorinqin nəticəsi mənfi olduqda uşaq sosial xidmət müəssisəsinə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən reabilitasiya tədbirləri görülür.
 
Müvafiq icra hakimiyyəti orqanı uşağın övladlığa götürmək istəyən şəxsin (şəxslərin) ailəsində sınaq müddətində yerləşdirilməsinin nəticələrinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu barədə rəy verir.
 
Rəy müsbət olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) həmin rəylə birlikdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmənin müvafiq qərarı qəbul edilənədək, habelə məhkəmə tərəfindən uşağın övladlığa verilməsi barədə müsbət qərar qəbul edildikdə, sınaq müddəti həmin qərarın qanuni qüvvəyə mindiyi günədək uzadılır. Rəy mənfi olduqda və ya məhkəmə uşağın övladlığa verilməsindən imtina olunması barədə qərar qəbul etdikdə uşaq yerləşdiyi müəssisəyə qaytarılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən reabilitasiya tədbirləri görülür.
 
Müvafiq icra hakimiyyəti orqanının övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyi mənfi olduqda, uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) yuxarıda qeyd olunan prosedurları təkrar keçməlidirlər.
 
İstisnalar: 
 
• Uşaq ögey ata, ögey ana tərəfindən övladlığa götürüldükdə (hər iki valideynin vəfat etdiyi hallar istisna olmaqla) yuxarıda qeyd olunan tələblər (övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi, övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi, övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili və övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi) onlara şamil olunmur;
 
• Uşaq qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürüldükdə, göstərilən tələblər (övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması istisna olmaqla) tələbləri həmin şəxslərə şamil edilmir;
 
• Uşaq onu 3 aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürüldükdə, göstərilən tələblər (övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi istisna olmaqla) həmin şəxslərə də şamil olunmur. 
 
Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.
 
Müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi mərhələsində Ailə Məcəlləsinin 119.2-ci maddəsində göstərilən, yəni yuxarıda sadaladığımız məlumatların monitorinqini aparmaq hüququna malikdir.
 
Vahid informasiya bazasında uçota alınmış valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqlar aşağıdakı hallarda uçotdan çıxarılırlar:
 
• vəfat etdikdə;
 
• 18 yaşına çatdıqda;
 
• “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunmadıqda.
 
Uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçotdan çıxarılır:
 
• vəfat etdikdə;
 
• bu Məcəllənin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə;
 
• sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə;
 
• valideyn vəzifələrini həyata keçirməsinə imkan verməyən xəstəliyə tutulduqda;
 
• barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində.
 
Uçotdan çıxarılan şəxslər, 1 ildən sonra təkrar uçota alınırlar. 
 
Oxşar xəbərlər
11:55, Bu gün
ADU və Üsküdar Universiteti arasında əməkdaşlıq genişləndirilir - FOTO
11:50, Bu gün
Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək - FOTO
11:45, Bu gün
"Hazırda Rusiyada yaşayanlar ya qorxub susanlar, ya da rejimin gerçək qullarıdır" - Aleksandr Nevzorov
11:40, Bu gün
Rəsulzadənin nəvəsi parlament seçkilərinə qatılır?
11:40, Bu gün
Merih Demiral Avstriya ilə oyunda iki rekorda imza atdı
11:35, Bu gün
Ali Məhkəmənin adı ilə dələduzluqda şübhəli bilinən şəxslərə cinayət işi açılıb
11:30, Bu gün
BMT Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini dəstəkləməkdə davam edəcək
11:26, Bu gün
“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38 %-dən çox artıb
11:22, Bu gün
Gürcüstan futbolçuları ölkə prezidenti tərəfindən "Şərəf" ordeni ilə təltif olunublar
11:18, Bu gün
İlham Əliyev Lukaşenkonu təbrik etdi
11:15, Bu gün
"BTS"in üzvü məşəl daşıyacaq
11:15, Bu gün
YAP İdarə Heyətinin iclası başladı: Yeni meyarlar müəyyənləşəcək – Üç dəfə deputat olanlar...
11:10, Bu gün
Qərar qüvvəyə mindi - narazı çox, razılar isə...
11:05, Bu gün
Qazaxıstan Bakıda keçiriləcək COP29-da bütün rolunu oynayacaq - BMT-nin baş katibi
10:58, Bu gün
Ədliyyə Nazirliyində YENİ TƏYİNATLAR
10:55, Bu gün
Kolumbiya millisi məğlubiyyətsizlik seriyasını 26 oyuna çatdırıb
10:50, Bu gün
BDU-da Türkiyənin Ankara Sosial Elmlər Universitetinin nümayəndələri ilə görüş
10:47, Bu gün
Geni dəyişdirilmiş daha bir qidaya icazə verildi
10:45, Bu gün
Dədə Qorqudlu dünyamız...
10:43, Bu gün
Qonşu Respublikada  niqab qadağan olundu
10:40, Bu gün
Nazirə yeni müşavir təyin edildi
10:36, Bu gün
“Əlçatan metro” layihəsi istifadəçilərinin sayı 38 %-dən çox artıb
10:32, Bu gün
Nazir Cəmil Kamillini rəis təyin etdi
10:24, Bu gün
Baş nazirdən taksi sürücüsü olmaq istəyənlər barədə QƏRAR 
10:23, Bu gün
“Yükdaşıma qaydalarını pozan sürücülər 40 manat cərimə oluna bilərlər”-ARAŞDIRMA+ÖZƏL
10:18, Bu gün
"Pulları Cəsarət Valehovun tapşırığı ilə almışam" - Rahil Nəcəfovun cinayət işi (FOTO)
10:09, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ: Saat 10-dan...
10:07, Bu gün
“Köhnə deputatlardan neçə faizi yerində qalacaq?..”- Analitik şərh edir...
10:06, Bu gün
DİQQƏTLİ OLUN! Bu əlamətlər varsa TELEFONUNUZ İZLƏNİLİR
09:59, Bu gün
Mənzil bazarında kəskin bahalaşma-100 000 manata köhnə tikililər indi... VİDEO
09:57, Bu gün
Hotel binalarında fantastik qiymətə mənzil alanların sayı artıb
09:49, Bu gün
Südlü çay içmək ziyandır?
09:38, Bu gün
Azərbaycan neftinin qiyməti 91 dollara yaxınlaşır
09:33, Bu gün
Dəmiryol nəqliyyatında DƏYİŞİKLİK 
09:31, Bu gün
Əli Əsədov qərar imzaladı
09:29, Bu gün
Rəqabət Məcəlləsi qüvvəyə mindi - sonra?..
09:29, Bu gün
ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev bəyanatla çıxış edib
09:21, Bu gün
Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun
09:16, Bu gün
Dondurulmuş meyvələr nə üçün daha xeyirlidir?
09:08, Bu gün
"BakıKart"dan istifadə edənlərə XƏBƏRDARLIQ
09:00, Bu gün
Qarpızın yaxşısını süni intellektin köməyi ilə seçdi: maraqlı GÖRÜNTÜLƏR
08:44, Bu gün
Nazirlik "Norm"u məhkəməyə verdi
08:42, Bu gün
Azərbaycan mobil internetə qoşulma üzrə Gürcüstan hətta viran qoyulmuş Ukraynadan da geridədir... 
08:28, Bu gün
Avtobus dayanacaqlarındakı lövhələr sakinlərdə çaşqınlıq yaradır - VİDEO
08:17, Bu gün
"Oskar"lı rejissor vəfat etdi
08:10, Bu gün
İyulda bürclər üçün ən xoşbəxt gün hansı olacaq? - PROQNOZ
08:00, Bu gün
Paltar yuyulanda niyə duz tökülür? – Evdar qadınların çoxu bilmir
07:55, Bu gün
Bu gün hava necə olacaq? - PROQNOZ
07:44, Bu gün
Ərdoğan: Türkiyə münasibətləri normallaşdırmaq üçün Suriya ilə dialoqa hazırdır
07:32, Bu gün
Beyləqanda yol qəzasında iki nəfər ölüb, beş nəfər xəsarət alıb
07:21, Bu gün
Şəhəri bir-birinə qatan xanım sürücü: "Day-dayım var"
07:11, Bu gün
"Ukrayna Afrika və Suriyada da Rusiyaya qarşı döyüşür..."- "The Hill”-VİDEO
07:11, Bu gün
Məktəblər noyabrda 1 aylıq tətil edəcək? - AÇIQLAMA
07:00, Bu gün
Ağ saçdan qurtulmaq istəyənlərin diqqətinə: pomidor...
06:51, Bu gün
Fişəng şouları təşkil edənlərin NƏZƏRİNƏ: cərimələnə bilərsiniz - VİDEO
06:50, Bu gün
Tramp prezident olsa, Ukraynanın bir hissəsini Putinə təhvil verəcək...-"POLİTİCO"
06:42, Bu gün
Səni niyə sevirlər? - Psixoloji TEST
06:36, Bu gün
Valideynlər narkomaniyaya düçar olan övladını NECƏ TANISIN?-VİDEO
06:27, Bu gün
Ərdoğan Türkiyə millisini BELƏ TƏBRİK ETDİ
06:19, Bu gün
“Telegram”-da problemlər yarandı
00:54, Bu gün
AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - YENİLƏNİB - 6
00:11, Bu gün
Bakıda güclü yanğın: Bir-birinə bitişik obyektlər külə döndülər
02 Jul 2024 | 23:59
Gəmiqayırma zavodunda YANĞIN
02 Jul 2024 | 23:55
Azərbaycanlı güləşçi Avropa üçüncüsü oldu
02 Jul 2024 | 23:44
ABŞ-ın ən yaşlı sakini uzunömürlülüyün sirlərini açıqladı
02 Jul 2024 | 23:17
AVRO-2024: Türkiyə Avstriya qarşısında 1-ci dəqiqədə hesabı açıb - YENİLƏNİB
02 Jul 2024 | 22:50
Ronaldo şansını qaçıran oyunçuların siyahısına başçılıq edir
02 Jul 2024 | 22:35
Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra ÖLDÜ
02 Jul 2024 | 22:33
Niderland Rumıniyanı məğlub edərək ¼ final mərhələsinə çıxdı
02 Jul 2024 | 22:32
Salyanda yol qəzası olub, bir ailənin dörd üzvü xəsarət alıb
02 Jul 2024 | 22:31
Almaniyanın xarici işlər naziri öz partiyasının qadağasını pozdu
02 Jul 2024 | 21:46
"Azərbaycan polisi peşəkarlığına görə Avropanın bir sıra aparıcı ölkələrinin təhlükəsizlik orqanlarını da üstələyir"
02 Jul 2024 | 21:42
Zelenskinin ofisi: Ukrayna Orbanın atəşkəs təklifini qəbul etməyib
02 Jul 2024 | 21:35
"İsrail "Hizbullah" ilə müharibəyə başlaya bilər, dəqiq tarix müəyyən edilib" - "Bild"
02 Jul 2024 | 21:32
Rusiyaya nüvə zərbəsi endirməyə çağıran senator Ermənistana gedir
02 Jul 2024 | 21:31
Argentina prezidenti braziliyalı həmkarını təhqir etdi
02 Jul 2024 | 21:20
Tibb Universitetinin professoru VƏFAT ETDİ
02 Jul 2024 | 21:14
“Bundan sonrakı hədəflərimizə tanklarlmızla deyil, nüfuzumuzla nail olacağıq”
02 Jul 2024 | 21:13
Qadını 40 yaşdan sonra qoca göstərən rənglər açıqlandı - Onlardan imtina edin
02 Jul 2024 | 20:46
Çimərlik ərazisinə girib yük maşınlarını dənizdə sürdülər - VİDEO
02 Jul 2024 | 20:43
Füzuli və Xocavəndə mediatur: Böyük layihələr necə icra olunur?
02 Jul 2024 | 20:39
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
02 Jul 2024 | 20:36
Təyyarədə internetdən istifadə edənlərə XƏBƏRDARLIQ
02 Jul 2024 | 20:26
Hər gün bir ovuc zirinc yeyənlərin orqanizmində görün nələr baş verir?
02 Jul 2024 | 20:15
“Zəngilan” tankerinin ölkə üçün ƏHƏMİYYƏTİ- EKSPERT AÇIQLADI
02 Jul 2024 | 20:06
"ABŞ Ukraynanın gələcəyini necə görür?" - Blinken
02 Jul 2024 | 20:05
Sadəcə şokolad yeməklə necə arıqlamaq olar?
02 Jul 2024 | 19:55
Nəvələrə baxan nənə və babalara pul veriləcək
02 Jul 2024 | 19:50
“Şərur MTK” binasında lift “terroru”nun qurbanları danışdı – Şərurlu İsfəndiyara ŞOK ittihamlar
02 Jul 2024 | 19:41
Evlilik seçimini necə etməli? - Qeyri-adi nəzəriyyə
02 Jul 2024 | 19:25
Qarabağ Universitetində prorektor olmaq istəyənlərin NƏZƏRİNƏ
02 Jul 2024 | 19:18
Bakı funikulyorunda da gediş haqqı artıb? - Rəsmi AÇIQLAMA
02 Jul 2024 | 19:13
53 yaşlı kişi özünü öldürdü
02 Jul 2024 | 19:05
Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq
02 Jul 2024 | 18:53
Xorvatiya millisinin sabiq futbolçusu yığmanın baş məşqçisi təyin olunub
02 Jul 2024 | 18:45
Göbələklər insanlığın sonunu gətirəcək
02 Jul 2024 | 18:32
İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?
02 Jul 2024 | 18:28
YAP İdarə Heyəti sabah toplanır - Seçkilərlə bağlı qərarlar veriləcək
02 Jul 2024 | 18:25
UEFA Türkiyə və Gürcüstanı cərimələdi
02 Jul 2024 | 18:23
Bakıda Rinoloqlarının II Beynəlxalq Konqresi
GÜNLÜK
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
02 Jul 2024 | 14:15
İyul ayında bu bürclər sevincdən göylərə uçacaq - Evlilik, toy, sevgi...
02 Jul 2024 | 15:37
Azərbaycanlı model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi - VİDEO
02 Jul 2024 | 16:31
“Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...”
02 Jul 2024 | 13:10
Azərbaycanda 15 yaşlı oğlan bıçaqla dəhşət saçdı: İki yaralı var - VİDEO
02 Jul 2024 | 14:04
Tanınmış aparıcı ərini döyüb? - “Bir də gördüm divara dəyib, yerə yapışdı...”
02 Jul 2024 | 15:10
Azərbaycanda bu bank əmanət faizlərini azaltdı
02 Jul 2024 | 12:19
Valideynlərin NƏZƏRİNƏ: Gələn həftədən məktəbəhazırlıq qruplarına qəbul başlayır
02 Jul 2024 | 18:32
İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?
HƏFTƏLİK
01 Jul 2024 | 11:44
“Əminik ki, Azərbaycan dövləti, nəhayət, Zakir Fərəcova və əlaltılarına ciddi dərs verəcək...”
28 Jun 2024 | 07:44
İyul bu bürclərə elə bir sarsıntı verəcək ki, onlar yalnız sentyabrda sağalacaqlar- Qız, Şir, Əkizlər...
29 Jun 2024 | 10:16
“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO
30 Jun 2024 | 20:14
Azərbaycanda benzinin qiyməti DƏYİŞDİRİLDİ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
26 Jun 2024 | 15:33
İyulun 1-dən bu şüşəli eyvanlara QADAĞA QOYULACAQ
26 Jun 2024 | 13:55
“Ermənistanın guya Azərbaycana hücuma hazırlaşması haqda deyilənlər absurddur...”- General-mayor
27 Jun 2024 | 20:50
İyulun 1-dən etibarən-Yayda qış havası... 
30 Jun 2024 | 11:36
Zəng edib insanları aldadırlar: Yeni dələduzluq növü yayılıb - XƏBƏRDARLIQ
30 Jun 2024 | 07:40
Bakıda əmək haqqı 40 manat artdı- orta aylıq əmək haqqı 1 282 manat...
AYLIQ
02 Jul 2024 | 12:32
Avtobus və metroda bu şəxslərə güzəşt edilə bilər: İki kateqoriya müəyyənləşir...
02 Jul 2024 | 16:50
“Evdə uşaqlarımla türkcə danışmışıq, farscaya icazə verməmişəm” - VİDEO
02 Jul 2024 | 14:15
İyul ayında bu bürclər sevincdən göylərə uçacaq - Evlilik, toy, sevgi...
02 Jul 2024 | 15:37
Azərbaycanlı model özündən 45 yaş böyük Dubay şeyxi ilə evləndi - VİDEO
02 Jul 2024 | 16:31
“Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...”
02 Jul 2024 | 13:10
Azərbaycanda 15 yaşlı oğlan bıçaqla dəhşət saçdı: İki yaralı var - VİDEO
02 Jul 2024 | 14:04
Tanınmış aparıcı ərini döyüb? - “Bir də gördüm divara dəyib, yerə yapışdı...”
02 Jul 2024 | 15:10
Azərbaycanda bu bank əmanət faizlərini azaltdı
02 Jul 2024 | 12:19
Valideynlərin NƏZƏRİNƏ: Gələn həftədən məktəbəhazırlıq qruplarına qəbul başlayır
02 Jul 2024 | 18:32
İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?