“Dağıstanda baş verənlər “FSB” direktoru Bortnikovu uzaqlaşdırmaq cəhdidir...”-General
Ekskluziv
4019
25 Jun 2024 | 07:12

“Dağıstanda baş verənlər “FSB” direktoru Bortnikovu uzaqlaşdırmaq cəhdidir...”-General

Dağıstanda baş verən atışmalar Rusiya FTX(“FSB”) rəhbəri Aleksandr Bortnikovun tutduğu vəzifədən uzaqlaşdırılması cəhdidir. 
 
Moderator.az “UNİAN”-a istinadla xəbər verir ki, bu ehtimalla "Kiyev24" telekanalının efirində Təhlükəsizlik Sektorunun İslahatları Agentliyinin direktoru, milli təhlükəsizlik məsələləri üzrə ekspert, Ukrayna Təhlükəsizlik Xidmətinin ehtiyatda olan general-mayoru Viktor Yaqun çıxış edib.
 
Onun fikrincə, “bu, davamıdır və doğrudan da, müəyyən generalların birinci dairəyə çıxmaq cəhdidir”.
 
“Yaxşı, bəlkə də Bortnikov istefa verəcək, çünki biz  gördük ki, artıq “beşinci xidmət” adlanan qurumun rəhbərini dəyişdilər və oraya əks-kəşfiyyatdan yeni biri gəldi. Mən hesab edirəm ki, bu, regional səviyyədə mümkün iğtişaşlarla nəticələnə bilər ”, - ekspert qeyd edib.
 
Yaqunun fikrincə, Rusiya Federasiyasının bütün problemi “onların hakimiyyətində qanqster anlayışlarına uyğun yaşayan bir bandanın olmasıdır”.
 
"Onlar heç kimi oradan elə-belə atmırlar, ya uyğunlaşması üçün yer tapırlar, ya da Priqojin kimi  "əyləncəli və gözəl" şəkildə çıxıb gedir" deyə ekspert yekunlaşdırıb.
 
Link kopyalandı!
Son xəbərlər