"Rusiyadakı son teraktlar daha çox “FSB” daxilindəki mövqe mübarizəsinin nəticəsidir...”
Ekskluziv
Oxunub: 4313
24 Jun 2024 | 14:03
“Rusiya təbliğatı bunların arxasında Ukrayna və NATO-nun dayandığını iddia edir. Amma bu, absurddur. Yəni iki ay öncə “Krokus Siti”də törədilmiş terror aktı haqda da belə iddialar səsləndirilirdi. Özü də ən yüksək səviyyələrdə... Həmin keçmiş təhlükəsizlik şurası katibi Patruşev də, Narışkin də, Bortnikov da bunu  təkidlə iddia edirdilər. Ancaq hələ ki ortalığa ciddi bir sübut-dəlil qoyulmayıbdır...”
 
"Ona görə ki, “FSB”-yə kim nəzarət edəcəksə, o da faktiki Rusiyaya nəzarət edəcək, ölkənin siyasətini yönəldəcək və idarə edəcək..."
 
“Bu ölkədə çox ciddi daxili dava gedir. Hətta bu qarşıdurma sui-qəsdlərlə, çevrilişlərlə davam etsə, təəccüblənmərəm...”
 
“Dünən Dağıstanda baş vermiş terror aktı ilə yanaşı, belə bir məlumat da sızdı ki, guya Rusiya-“Abxaziya” sərhədində də posta silahlı hücum olub. Əlbəttə, əslində söhbət Rusiya-Gürcüstan sərhədindən gedir. Çünki Rusiya mənbələrində “Abxaziya” Moskva tərəfindən tanınmış “müstəqil dövlət” kimi göstərilir. Təbii ki, əsas diqqətçəkən Dağıstanın iki əsas şəhərində: Mahaçqala və Dərbənddə baş vermiş terror aktlarıdır. Rusiya rəsmi mənbələrində göstərilir ki, həmin hücumları həyata keçirənlər sələfilərə aid silahlı terrorçu dəstələrdir. Bəs bu son terror aktları nədən xəbər verir? Həmin teraktlarla bağlı bir neçə versiya irəli sürmək mümkündür. Birinci versiya ondan ibarət ola bilər ki, bunlar sadəcə terrorçular tərəfindən həyata keçirilmiş terror aktlarıdır. Son 3 ayda Rusiyada müxtəlif reaksiyalar doğuran 3 terakt baş verib. Bu, üçüncü idi. Birinci terakt Moskvada “Krokus Siti”dəki məlum terakt idi, ikincisi Rostov vilayətində həbsxanada terror aktı kimi dəyərləndirilmiş qaçış cəhdi oldu”. 
 
Bunu Moderator.az-a açıqlamasında dünən – iyunun 23-də Dağıstanda baş vermiş son terror aktlarına şərh verən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
 
“Diqqətçəkən məqamlardan biri də odur ki, terror aktivliyinin bu qədər yüksəlməsi Rusiyada hakimiyyətdaxili yerdəyişmələrlə paralel gedir. Putin öz prezidentlik müddətini uzatdıqdan sonra uzun illər güc strukturlarında kök atmış kadrlardan, tərəfdaşlarından məsafələşməyə başlayıb. O cümlədən Rusiya Müdafiə Nazirliyində aparılan əməliyyatlar, ilk növbədə Sergey Şoyqunun nazir vəzifəsindən kənarlaşdırılaraq simvolik bir posta gətirilməsi, onun bir neçə müavininin həbsə atılması, digər tərəfdən, Şoyqunun gətirildiyi postu tutmuş təhlükəsizlik şurasının keçmiş katibinin formal, daha formal prezidentin köməkçisi vəzifəsinə keçirilməsi... Və son günlər Rusiya mediasında və telegram-kanallarında belə bir məlumat səsləndirildi ki,  “FSB”-də, yəni Federal Təhlükəsizlik Xidmətində əsaslı dəyişikliklər olacaq. Bildiyimiz kimi, bu gün Rusiyanı idarə edən komanda Putinin özü başda olmaqla “KQB”-“FSB” mənşəli komandadır”, - davamında bunları dilə gətirən analitik hesab edir ki, şimal qonşumuzun ərazisindəki son teraktlar daha çox “FSB” daxilində gedən qarşıdurmalarla əlaqədardır. 
 
“Heç kəsdən də sirr deyil ki,  Rusiyanın idarə olunmasında və ümumiiyyətlə, ölkədəki daxili vəziyyətə, proseslərə nəzarət edilməsində ən mühüm dövlət qurumu “FSB”-dir. Və dediyimiz məlumatın ardınca- iyunun 22-də rəsmi bir məlumat da yayıldı ki, “FSB”-nin 5-ci xidmətinin rəhbəri general-polkovnik Sergey Beseda vəzifəsindən azad edilib.  Formal baxımdan onun vəzifədən azad edilməsinin səbəbi kimi 70 yaşının tamam olması göstərilsə də,  bir çox mənbələr iddia edir ki, əslində bu, onun müharibədən öncə Ukrayna ilə bağlı topladığı və dövlət rəhbərliyinə təqdim etdiyi məlumatların yanlış çıxması və Rusiyanın Ukraynada ağır itkilərlə müşayiət olunan savaşa  cəlb edilməsi olub.  Xatırladım ki, “FSB”-nin 5-ci xidmətinin vəzifəsi həm Rusiya daxilində, həm də MDB məkanında məlumatlar toplamaqdan ibarətdir.  Buradan isə belə qənaətə gəlmək olur ki, həmin 5-ci xidmət həm də MDB ölkələrində Rusiyaya loyal xüsusi xidmət orqanlarını nəzarətdə saxlayan bir qurumdur. Bu öz fəaliyyət sahəsinə və dairəsinə görə “FSB”-də bəlkə də ən güclü qurumlardan biridir. Digəri isə “K” xidmətidir ki, bu da ölkənin konstitusiya quruluşunun mühafizəsi və daxili təhlükəsizliyinə cavabdehdir.  Bundan əlavə, son günlər yayılan məlumatlarda bildirilirdi ki, hətta “FSB”-də əsaslı yerdəyişmələrdən biri də qurumun direktoru 72 yaşlı Aleksandr Bortnikovun istefası olacaq. Bortnikov isə Putinin “KQB”-“FSB” komandasında kök atmış şəxslərdən biridir. Və həmin komandadan sonuncu da xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkindir. İstisna etmirəm ki, son terror aktı “FSB”-dəki deyilən və qarşıdan gələn yerdəyişmələrlə əlaqədardır. Ona görə ki, “FSB”-yə kim nəzarət edəcəksə, o da faktiki Rusiyaya nəzarət edəcək, ölkənin siyasətini yönəldəcək və idarə edəcək. Sadaladığımız rəsmi və qeyri-rəsmi və ya yarımrəsmi informasiyalardan da bəlli olur ki, hazırda “FSB” daxilində mövqelər uğrunda çox ciddi mübarizə gedir. Və onu da istisna etmirəm ki, Dağıstandakı son terror aktının səbəblərindən biri də məhz həmin daxili mübarizədir. Əgər bu, belədirsə, Rusiyada digər diqqətçəkən hadisələr də olacaqdır. Maraqlı bir də orasıdır ki, Rusiyada sadaladığımız təhlükəsizliyi təhdid edən üç qanlı olay haqda məlumat eyni zamanda yayıldı. Yəni söhbət həmin qeyd etdiyimiz guya “Abxaziya” ilə sərhəddə  olan hücum, və bir-birindən xeyli məsafədə yerləşən Mahaçqala ilə Dərbənddəki eyni vaxtda baş vermiş teraktlardan gedir. Bu bir mesaj xarakteri də daşıya bilər. Bununla müəyyən güclər göstərmək istəyirlər ki, Putinin yerdəyişmə planlarına müəyyən müqavimət ola bilər və bu müqavimətin Rusiya daxilində sistemli şəkildə terror olaylarıyla özünü büruzə verməsi mümkündür. Diqqət çəkən məqamlardan biri də odur ki, Dağıstandakı terrorda iştirak edənlərdən üç nəfərin respublikanın rayonlarından birinin başçısının oğulları və bacısı oğlu olması da ortalığa çıxdı. Bax, bu da çox maraqlı faktdır. Əslində bu məlumat Rusiya informasiya mənbələri tərəfindən yayılıb və təkzib də olunmayıb. Düşünürəm ki, bu mənada son terror aktlarının törədilməsində daxili çəkişmələrin rolu kifayət qədər önəmlidir. Və istisna deyil ki, bu ya yeni təyinatlara təsir göstərəcək, beləliklə də yeni teraktların qarşısı alınacaq. Və yaxud Putin o reallıqla hesablaşmayacaqsa, terror aktları davam edə bilər. Bu özündə təxminən 1999-cu ildə Rusiyanın müxtəlif şəhərlərində yaşayış binalarının partladılması əmıəliyyatlarının əlamətlərini daşıyır. Və mümkündür ki,  bu, davam etsin”, -deyə şərhçi diqqətə çatdırıb.
 
“Rusiyadakı son terror aktlarının tərədilməsində xarici amillərin rolu nə dərəcədədir?” sualını isə ekspert belə cavablandırıb:
 
“Son terror aktlarında xarici amillərin roluna gəlincə, təbii ki, Rusiya təbliğatı bunların arxasında Ukrayna və NATO-nun dayandığını iddia edir. Amma bu, absurddur. Yəni iki ay öncə “Krokus Siti”də törədilmiş terror aktı haqda da belə iddialar səsləndirilirdi. Özü də ən yüksək səviyyələrdə... Həmin keçmiş təhlükəsizlik şurası katibi Patruşev də, Narışkin də, Bortnikov da bunu təkidlə iddia edirdilər. Ancaq hələ ki, ortalığa ciddi bir sübut-dəlil qoyulmayıbdır. Bu dəfə də, dediyim kimi, son olaylar Ukrayna ilə əlaqələndirilir. Lakin bu da absurddur. Ukraynanın belə bir terror törətməyə ehtiyacı yoxdur. Və düşünmürəm ki, heç həmin ölkənin bunun üçün gücü və imkanları var. Bu daha çox Rusiyanın daxili məsələsidir. Yeri gəlmişkən, Dağıstanda terror  hədəfinə alınanların digər etiqadlara məxsus ibadətgahların olması, yəni rus pravoslav kilsəsi və onun qətlə yetirilən keşişi, digər tərəfdən isə sinaqoqun yandırılması göstərir ki, hadisələr planlaşdırılan və törədilərkən onların beynəlxalq effekt doğurması da nəzərə alınıb. Və bu da hansısa vəhabi qruplarının ağlının  məhsulu deyil, ola da bilməz...
Sonda təhlillərdən belə nəticəyə gəlmək olur ki, Rusiyadakı son terror aktları  çox böyük ehtimalla ölkənin siyasi elitasındakı daxili davanın nəticəsidir. Bu artıq açıq-aydın görünür. Bilirsiz, bu Ukrayna mövzusunu o qədər istismar etdilər ki, artıq Rusiyanın özündə də insanlar bunlara inanmır. Öncə dediyim kimi, “Krokus”dakı terrordan sonra da həmin teraktı ən yüksək səviyyələrdə Ukrayna ilə bağlamağa çalışsalar da, heç bir effekti olmadı. Çünki hamısı yalandır, ağ yalandır... Bir sözlə, Rusiyada daxilıi dava gedir, özü də çox ciddi dava gedir. Hətta bu qarşıdurma sui-qəsdlərlə, çevrilişlərlə davam etsə, təəccüblənmərəm...” 
 
Sultan Laçın
 
Oxşar xəbərlər
20:37, Bu gün
18 yaşlı oğlandan inanılmaz əməl: Qadınla əlbir olub 700 min pulu... - VİDEO
20:32, Bu gün
“Mən danışsam, siz biabır olub, susacaqsınız” - FOTOLAR
20:29, Bu gün
İran prezidenti: ABŞ Nəsrullahın qətlinin əmri ABŞ-dan verilib
20:24, Bu gün
Kök pəhrizi ilə arıqlayın
20:16, Bu gün
Ərdoğan İsrailin Livana hücumunu pisləyib
20:08, Bu gün
50 mindən çox Livan sakini bu ölkəyə qaçdı
20:00, Bu gün
“Azərbaycan Atabəyləri” filmindən ilk görüntülər - VİDEO
19:52, Bu gün
Onun bu fikirləri əsassızdır - Rəsmi Bakı
19:48, Bu gün
Arzu Niftalıyeva vəfat etdi
19:30, Bu gün
Bakıda piyada səkisi parklanma üçün zəbt edildi
19:26, Bu gün
Nəsrullahın meyitini bu əşyasına görə tanıdılar - FOTO
19:18, Bu gün
İşə müraciət etmək üçün ən yaxşı gün hansıdır?
19:10, Bu gün
Şərabın ən ucuz olduğu ölkələr
19:03, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
18:55, Bu gün
Həsən Nəsrullahı o əvəz edəcək?
18:50, Bu gün
Premyer Liqa: "Zirə" "Kəpəz"i məğlub edib
18:43, Bu gün
İraqda Nəsrullaha görə 3 günlük mətam elan edildi
18:37, Bu gün
ABŞ qoşunlarını İraqdan çıxarır
18:32, Bu gün
Telefonu gün ərzində neçə dəfə doldurmaq olar?
18:28, Bu gün
Hindistanda dəhşət: Uşaq cadu ritualının qurbanı oldu - FOTO
18:20, Bu gün
Pezeşkian: “Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib
18:19, Bu gün
Anavətənçilər Zəfər Parkını ziyarət etdi
18:16, Bu gün
Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib
18:14, Bu gün
"Google" keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
18:06, Bu gün
“Gənc fotoovçu yaşıl kənddə” adlı layihənin icrasına başlanılıb
18:05, Bu gün
Xərçəng riskini artıran məşhur qidaların adları çəkildi
18:04, Bu gün
DİN bu dələduzluq pramidasını ifşa etdi - VİDEO
17:57, Bu gün
COP29 sədrliyi ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib - FOTO
17:52, Bu gün
Elarizin nəvəsi ilə “dueti” — VİDEO
17:47, Bu gün
“Həsən Nəsrullahın qətlindən sonra İran İsrailə ənənəvi yanaşmasından geri çəkilə bilər...”  
17:43, Bu gün
İcmadan Peter Stanoya ŞİLLƏ KİMİ CAVAB
17:37, Bu gün
İsrail və Azərbaycan müdafiə əlaqələrinin inkişafında yeni addım atıb
17:31, Bu gün
Aerobika gimnastikası üzrə millimiz dünya çempionatının finalına yüksəlib
17:25, Bu gün
"Yaxın Şərqdə sülhə aparan yeganə yol İsrail və Fələstin dövlətlərinin yan-yana yaşamasıdır"
17:19, Bu gün
Suqovuşanın azadlığı uğrunda qəhrəmanlıq göstərən Vətən Müharibəsi Qəhrəmanı
17:12, Bu gün
Nazirlikdə Paralimpiya mükafatçıları ilə görüş keçirilib - FOTO
17:06, Bu gün
Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO
17:00, Bu gün
COP sədrlikləri “Rio Üçlüyü” təşəbbüsünə start verir
16:54, Bu gün
FHN Biləcəridəki yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB + FOTO/VİDEO
16:48, Bu gün
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
16:42, Bu gün
"Çin Rusiyaya Ukrayna savaşı üçün dronlar tədarük edir" - "The Times"
16:36, Bu gün
Mahir Emreli komanda yoldaşı ilə dalaşdı
16:30, Bu gün
Smartfon işlədənlər OXUSUN: Məlumatlarınız və pullarınız belə oğurlanır
16:24, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! - Bu yolda avtobus zolağı ləğv edilib - FOTO
16:18, Bu gün
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişdi
16:06, Bu gün
Bu dövlət orqanları torpağın kateqoriyasının dəyişdirilməsinə rəy verəcək
16:03, Bu gün
“Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca Zəngəzur dəhlizi açıla bilməz...”
16:00, Bu gün
Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqləndi
15:55, Bu gün
"Hizbullah" Nəsrullahın öldürüldüyünü TƏSDİQLƏDİ
15:49, Bu gün
Kərim Vəliyev Azərbaycan Ordusunda aparılan islahatlardan danışdı
15:43, Bu gün
Bu məşhurlar da repçinin əxlaqsız məclisində yer alıbmış - FOTO
15:37, Bu gün
"Yaxın Şərq böyük müharibə həddindədir" - Lavrov
15:31, Bu gün
Mourinyonun əvəzlədiyi türkiyəli baş məşqçi "Qarabağ"ı çalışdırmaq istəyir
15:25, Bu gün
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
15:18, Bu gün
Kamilənin toyu BU TARİXDƏ olacaq
15:12, Bu gün
Astroloqlardan XƏBƏRDARLIQ: Nadir hallarda sevgidə xoşbəxt olan BÜRCLƏR
15:06, Bu gün
Yemək yeyəndə niyə su içmək olmaz?
15:00, Bu gün
Qocalmanı sürətləndirən 5 amil
14:54, Bu gün
Şəhid Vüsal Omarovun xanımından ürəkağrıdan sözlər: "Həm yoldaşımı, həm də atamı itirdim" - VİDEO
14:48, Bu gün
"Qisas çox ağır olacaq və bütün İsraili lərzəyə gətirəcək" - "Hizbullah" 
14:42, Bu gün
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM
14:36, Bu gün
Xüsusi təyinatlılar təlimdə - Gecə şəraitində şərti düşmən obyektinə qəfil basqın - VİDEO
14:30, Bu gün
13 yaşlı qızı qaçıran 20 yaşlı oğlan ölkədən QAÇDI - VİDEO
14:24, Bu gün
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiqləndi
14:18, Bu gün
"Aldığı üzüyü taxmaq qismət olmadı" - 21 yaşlı şəhid Tərlan Quliyevin yarım qalan xəyalları
14:11, Bu gün
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
14:05, Bu gün
Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi müzakirə edilib
13:58, Bu gün
Prezident fərman imzaladı
13:52, Bu gün
"ABŞ Rusiya ərazisinin dərinliyinə zərbələrə icazə versə, Rusiya "ölümcül" zərbələr endirə bilər"
13:46, Bu gün
İlham Əliyev Si Cinpini təbrik etdi
13:41, Bu gün
Onu "Türk dünyasının sevilən qızı" adlandırırdılar
13:35, Bu gün
Bu ərazilərdə havada toz müşahidə olunur
13:29, Bu gün
Türkiyə paytaxtında İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anıldı - VİDEO
13:23, Bu gün
Azərbaycan üç istiqamətdə Ermənistandan təzminat tələb edə bilər - ŞƏRH + FOTO
13:17, Bu gün
Bədii gimnastlarımız Balkan Kubokunda fəxri kürsüyə yüksəliblər
13:11, Bu gün
Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub
13:05, Bu gün
"Onun yoxluğu ilə barışmaq istəmirik" - Qənirə Paşayeva məzarı başında anıldı - FOTOLAR  
12:58, Bu gün
İsrail ordusu təsdiqlədi - Həsən Nəsrullah...
12:52, Bu gün
Rusiyalılar iki dəfə Sumıda xəstəxanaya zərbələr endirib
12:47, Bu gün
Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilir - FOTOLAR
12:41, Bu gün
Nadir Qafarzadə EFİRDƏ ETİRAF ETDİ: "Kiməsə 500 manat versəm..." - VİDEO
12:35, Bu gün
Aparıcı qızının ölümündən DANIŞDI
12:29, Bu gün
Çoxlarının sağlamlığını pozan bütün zamanların ƏN PİS 5 DƏB PƏHRİZİ
12:23, Bu gün
DİN əməliyyat keçirdi - 22 kiloqram narkotik aşkarlandı
12:21, Bu gün
Sabah hava yağmursuz keçəcək - PROQNOZ
12:19, Bu gün
Rusiya və İran XİN başçıları görüşüb
12:15, Bu gün
Niyə daha çox qızları övladlığa götürürlər?
12:09, Bu gün
COP29 Sədrliyimiz beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir – Pərvanə Vəliyeva
12:03, Bu gün
“Revanşist erməni kilsəsinin təmsilçisi kimi danışır” – BƏYANAT
11:57, Bu gün
Saray qəsəbəsində hərbi sursatlar aşkarlandı - VİDEO
11:52, Bu gün
Almaniya Türkiyə ilə deportasiya barədə saziş bağlayıb?
11:50, Bu gün
"Hizbullah" liderinin qızı və xanımı İsrailin hava hücumları nəticəsində həlak olublar
11:45, Bu gün
“Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir” - Kamaləddin Qafarov
11:40, Bu gün
Bu bürclər üçün çətin dövr başlayır - "İşdə münaqişə..."
11:34, Bu gün
Mingəçevirdə 62 yaşlı şəxs həbs olundu
11:28, Bu gün
Zəngəzurdan pay istəyənlərin sayı artır - “Azərbaycan hazır olmalıdır”
11:22, Bu gün
Mahiyyəti yalnız Qeyb Elminə bəlli olan, Allahın insanları kodlaşdırması ilə bağlı - Quranda düşünən insanlara müvafiq işarələr (eyhamlar)
11:16, Bu gün
Lerikdə narkokuryerliyə cəlb olunmuş şəxslər saxlanılıblar
11:13, Bu gün
Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir
11:03, Bu gün
Ölkədə oğlan tələbələrin sayı azalır
GÜNLÜK
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
10:42, Bu gün
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər