Bizi sosial şəbəkələrdən izləyin:
Economic intelligence unit (EIU) qlobal inflyasiya və yüksək faizlərin yüksəkliyi, ABŞ və qlobal iqtisadiyyata onların təsiri barəsində veb konfrans keçirdi. Bu beynəlxalq tədbirdə iştirak etdim. Problem Azərbaycan üçün olduqca vacibdir. Ölkənin xüsusi ehtiyyatları qlobal inflyasiya vasitəsi ilə yeyilir, daxildə təhlükəli həddə qədər investisiya qıtlığı yaranmiş, çox yüksək faizlər, pul coğrafiyasında ölkədən kənar yerləşmənin xeyrinə kəskin disbalans formalasmışdir, iqtisadiyyat on ildir ki, "DURGUNLUQ" mərhələsinə daxil olmuşdur.
Dünya yeni bir monetar tənzimləmə mərhələsinə keçid elan etmişdir, qlobal pul tədavülü də dövlətlərin inhisarından çıxarılır və özəl pulların rəqabət hegemonluğu artıq özünü büruzə verir, amma mərkəzi banklar milli valyutaların rəqəmsallaşmasını daha üstün texnologiya ilə təmin edə bilmirlər. Özəl kriptovalyutaların həcmi dövriyyəyə olan ABŞ dollarının həcmini ötüb (2,7 trilyon USD) (özəl kriptovalyutaların sayı 23 minə yaxındır, ölkəmizdə bir dənə də yoxdur. Azcoinin yalnız adı var). Belə olan halda yaxın gələcəkdə də inflyasiyanın genişlənməsi, CBDC-lərin (Central bank digital currency - Mərkəz blanklarının rəqəmsal valyutaları, məsələn rəqəmsal manat, rəqəmsal dollar və s.) özəl kriptovalyutaların müqayisədə rəqabətdə ciddi üstünlük qazanması, dövlət valyutalarının zəifləməsi qaçınılmazdır. Dünyanın əksəriyyət ölkələri monetar keçidin bu ağrılı hissələrinin qarşısının alınması üçün çox geniş tədbirlər görür, yeni texnologiyalar axtarır, blokceyn, DLT kimi super texnologiyaları təkmilləşdirmə istiqamətində gərgin elmi araşdırmalar aparır. Təəssüf ki, ölkəmizdə sanki bu təlatumdən, inqilabı dəyişikliklərdən tam xəbərsizik hökm sürür, hər hansı bir plan, proqram görünmür. Yenə də təəssüf ki, qlobal problemlərə qarşı bu qədər biganəlik ölkənin iqtisadiyyatı üçün çox böyük itkilərə səbəb olur.
Saleh Məmmədov,
sabiq maliyyə naziri, professor