![Fransanın jurnalistimizlə bağlı bu addımı əslində BMT-yə qarşı təxribatdır](https://moderator.az/cphoto/670x420/2024/06/13/1718303206_l-0x0wh-2048x1193z-0.3839.jpeg)
Fransa AZƏRTAC-ın jurnalistinin Şengen ərazisinə girişini bloklaması son günlərin ən çox müzakirə olnan məsələlərindən biridir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı media və diplomatiya platformasında ardıcıl olaraq təxribat xarakterli addımlar atan Fransa, bu kəs sadə vətəndaşlara, mülki şəxslərə qarşı qeyri-qanuni və qeyri-əxlaqi addımlar atmaqdadır. Beynəlxalq tədbirə qatılan jurnalistin heç bir əsas olmadan Şengen bölgəsinə girişini yasaqlamaq cəhdi Parisin xırda hislər, kiçik hesablar dalınca qaçdığını göstərir.
Bütün bunlarla yanaşı, Fransanın jurnalistimizə qarşı məlum addımı rəsmi Parisin öz qisas arzusunu təmin etmək naminə BMT-nin timsalında dünyanın ən böyük beynəlxalq təşkilatının fəaliyyətinə əngəl yaratmadan çəkinmədiyini göstərir. Bu fakt sübut edir ki, Fransa jurnalistimizin fəaliyyətinə maneə yaratmaqla, sadəcə ölkəmizə olan nifrətini ortaya qoymayıb, həm də beynəlxalq təşkilata qarşı təxribat törədib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) Katibliyinin təşkilatçılığı ilə keçirilən seminarın gedişatını pozmağa, qlobal problemin müzakirəsi və həllinə həsr edilən təşəbbüsü pozmağa çalışıb. Parisin jrunalistimizlə bağlı addımına bu aspektdən yanaşmaq, onu bu şəkildə dəyərləndirmək daha doğudur.
Fransanın nəticə və mahiyyət etibarilə BMT-ni hədəf alan bu təxribatı adıçəkilən beynəlxalq təşkilat tərəfindən də qətiyyətlə pislənməli, tənqid edilməlidir. BMT və digər nəhəng beynəlxalq təşkilatlar öz sərt və prinsipial addımları ilə rəsmi Parisə başa salmalıdırlar ki, dünya yalnız Fransa və onun cılız istəklərindən ibarət deyil. Bu dünyada daha mühüm və ümumbəşəri əhəmiyyətə malik məsələlər var. Əgər Fransa planetimizin gələcək inkişafına hansısa şəkildə töhfə vermək əzmindən uzaqdırsa, heç deyilsə bu prosesə maneçilik törətməməli, cığal uşaq ədasından əl çəkməlidir. İndiki halda Fransanın təxribatlarını dayandırması Parisin bu məsələdə sivil dünyaya edə biləcəyi böyük köməklik olar.
Seymur ƏLİYEV
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)