“Belə olan halda bu “BRİKS” Türkiyəyə nə verə bilər?..- Heç nə verə bilməz...”
Ekskluziv
Oxunub: 2504
11 Jun 2024 | 11:46
“Belə olan halda bu “BRİKS” Türkiyəyə nə verə bilər?..- Heç nə verə bilməz...”
“Türkiyənin uzun illərdir Avropa Birliyinə nəinki üzv, hətta namizəd kimi qəbul olunmaması göstərir ki, burada bir qərəzli münasibət var. Bu baxımdan, görünür, Ərdoğan hökuməti “BRİKS”-ə daxil olmaq məsələsindən bir siyasi manevr kimi istifadə edir. Amma...”
 
“Şərti olaraq “kollektiv Qərb” adlandıra biləcəyimiz ölkələrin ümumi daxili məhsulu  “BRİKS” ölkələrininkindən iki dəfə böyükdür...”
 
"Həm təhlükəsizlik, həm müdafiə siyasəti baxımından, həm ən müasir elm və texnologiyalara çıxış əldə etmək baxımından və həm də iqtisadi baxımdan Türkiyə üçün bu gün, ən azı bu gün aralarında olan bütün ziddiyyətlərə rəğmən hazırkı Qərb partnyorları “BRİKS” ölkələrindən daha əlverişlidir..."
 
“Türkiyənin “BRİKS”-ə qoşulmaq istəyi haqda verilən bəyanatların nə dərəcədə ciddi olduğunu söyləmək çətindir. Ola bilsin ki, bu, Ərdoğan hökumətinin hansısa bir manevridir. Və Ərdoğan bununla Qərbə göstərmək istəyir ki, onun başqa seçim imkanları da var. Bu daha çox siyasi addıma bənzəyir. Məqsəd də odur ki, NATO, Avropa Birliyi və bütövlükdə kollektiv Qərb  Türkiyəni itirmək istəməsin və ona münasibətini dəyişsin. Qərbin istər bütövlükdə, istərsə də Avropa Birliyinin ayrılıqda, istər NATO daxilindəki Qərb ölkələrinin ayrı-ayrılıqda, əlbəttə, Türkiyəyə münasibətləri ögeydir.  Və Türkiyənin uzun illərdir Avropa Birliyinə nəinki üzv, hətta namizəd kimi qəbul olunmaması göstərir ki, burada bir qərəzli münasibət var. Bu baxımdan, görünür, Ərdoğan hökuməti “BRİKS”-ə daxil olmaq məsələsindən bir siyasi manevr kimi istifadə edir. Amma eyni zamanda  istisna deyil ki, Türkiyə gerçəkdən də bu quruma daxil ola bilər”. 
 
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri  Moderator.az-ın "Türkiyə XİN başçısı Hakan Fidanın Çində də, Rusiyada da ölkəsinin “BRİKS”-ə daxil olma arzusunu ifadə etməsi, həmin qurumun Rusiyadakı tədbirində iştirak etməsi, hətta “BRİKS”i “AB-yə alternativ” adlandırması Ərdoğan iqtidarının doğrudanmı Moskvanın aparıcı rol oynadığı quruma üzvlükdə maraqlı olmasını ifadə edir, yoxsa bu, rəsmi Ankaranın növbəti özünəməxsus manevri, gedişidir?” sualını cavablandırarkən dilə gətirib.
 
“Bəs Türkiyə “BRİKS”-ə daxil olacağı halda nə əldə edə bilər? Bu olduqca ciddi bir sualdır. Əvvəla, bu gün Türkiyənin əsas ticari dövriyyəsi hər bir halda Qərb ölkələri ilədir. Yəni Türkiyəyə texnologiyaların idxalı da, ixracı da daha çox Avropa Birliyi ölkələri və qismən də ABŞ-la bağlıdır. Bu ölkənin nə Çinlə, nə Hindistanla iqtisadi əlaqələri, ticari dövriyyələri o qədər də böyük dür. “BRİKS”-də Rusiya var, Rusiya-Türkiyə münasibətləri, iqtisadi əlaqələri həmişə yüksələn xətt üzrə gedib. Amma Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində burada da azalma müşahidə olunur. Mən artıq “BRİKS”-in yaradıcı ölkələrindən biri olan Cənubi Afrika Respublikasını, Braziliyanı demirəm. Həmin ölkələrlə Türkiyənin iqtisadi əlaqələri yetərincə zəifdir”, - deyə davamında analitik bildirib.
 
“Burada hər şey “BRİKS”-in özünün perspektivindən asılı ola bilər. Söhbət yalnız Türkiyənin quruma daxil olacağı halda nə əldə etməsindən yox, ümumiyyətlə, “BRİKS”-in özünün hansı perspektivi ola biləcəyindən gedir. Deyək ki, bu qurum Avropa Birliyini, Qərbi əvəz edə bilərmi? 5 “BRİKS” ölkəsi: Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası və Braziliyanın birlikdə ümumi daxili məhsulu 27 trilyon dollar civarındadır. Avropa Birliyinin ümumi daxili məhsulu 20 trilyon dollara yaxındır. ABŞ isə təkbaşına 25-26 trilyon dollarlıq ümumi daxili məhsula malikdir. Lakin nəzərə alsaq ki, istər ABŞ, istər Avropa Birliyi və onların həm siyasi, həm iqtisadi tərəfdaşlıq əlaqələri olan digər müttəfiqlərini,  Cənubi Koreya və Yaponiyanı da buraya qoşduqda və nəhayət, Avropa Birliyinə aid olmayan Böyük Britaniyanı, eləcə də Avstraliyanı da daxil etdikdə biz görərik ki, şərti olaraq “kollektiv Qərb” adlandıra biləcəyimiz bu ölkələrin ümumi daxili məhsulu 55 triyondan artıqdır. Göründüyü kimi, bu, “BRİKS”-in ÜDM-indən iki dəfə böyükdür. Hələ mən Sinqapur, Malayziya kimi ABŞ-la kifayət qədər yaxın iqtisadi əlaqələrdə olan ölkələri demirəm",- deyə Ərəstun Oruclu diqqətə çatdırıb.
 
Siyasi təhlilçi hesab edir ki, "BRİKS"-ə daxil olan aparıcı ölkələr arasında yetərincə siyasi, geo-siyasi və iqtisadi ziddiyyətlər var.
 
"Bilirsiz, məsələ yalnız iqtisadi göstəricilərdə deyil. “BRİKS” ölkələrinin münasibətlərinə baxsaq, görərik ki, Hindistanla Çin bir neçə parametr üzrə bir-birləri ilə daha çox rəqibdir, nəinki müttəfiq... Məsələn, bu iki qonşu ölkə arasında mübahisəli ərazi var, bazarlar uğrunda rəqabət var.  Və nəhayət, Çinlə Hindistan müxtəlif qlobal layihələrdə bir-birinə diametral zidd maraqlarla çıxış edirlər. Çin “Şərq-Qərb” nəqliyyat-kommunikasiya dəhlizində iştirak edirsə,- bu, onun maraqlarından irəli gəlir, - Hindistan isə iki mümkün dəhlizdən birində iştiraka hazırlaşır. Bunun biri Rusiya ilə birlikdə layihələndirilən “Şimal-Cənub” dəhlizidir. Digəri isə Hindistan- Yaxın Şərq- Aralıq dənizi- Avropa dəhlizidir. Düzdü, Yaxın Şərqdəki gərginlik üzündən hələlik bu layihə ilə bağlı mövzu dondurulub. Ancaq heç kəs onun gələcəkdə aktuallaşa biləcəyini istisna edə bilməz. Bundan başqa Çinlə digər aparıcı “BRİKS” üzvü - Rusiya arasında da yetərincə ziddiyyətlər var. Birincisi, elə həmin dəhliz məsələlərində... Bilirsiz ki, Çin Rusiyanın müəyyən ərazilərinə də iddia edir. Bundan başqa, ərəb monarxiyaları, Yaxın Şərq uğrunda rəqabətdə artıq Çin müstəqil tərəf kimi iştirak edir. Və biz görürük ki, bu kimi məsələlərdə, məsələn, həmin kollektiv Qərbin ortaq maraqları var və olduqca stabil maraqlardır. “BRİKS”-də isə... Mən hələ yalnız bəzi ziddiyyətləri sadaladım.  Həmçinin Braziliya, eləcə də Cənubi Afrika iqtisadiyyatının qalan qurum üzvləri olan ölkələrin iqtisadiyyatına necə inteqrasiya olunacağını söyləmək çox çətindir; Braziliya Amerika materikinin Cənub qütbündə, Cənubi Afrika da Afrikanın cənub hissəsində, digərləri isə Avrasiyada... Ola bilsin, məhz elə həmin səbəbdəndir ki, Braziliyanın Çinə ixracı 100 milyard dollar olduğu halda, həmin ölkədən idxalı təxminən 50-53 milyard dollardır, yəni ixracın yarısı qədərdir.  Bir sözlə, gördüyümüz kimi, “BRİKS” ölkələrinin özləri arasındakı iqtisadi əlaqələr də o qədər güclü deyil. Belə olan halda bu “BRİKS” Türkiyəyə nə verə bilər? Heç nə verə bilməz...
 
Bir sözlə, mən düşünmürəm ki, Türkiyə üçün “BRİKS” ölkələri iqtisadi, elə hətta siyasi baxımdan da Qərblə, ABŞ-la, NATO ilə, Avropa Birliyi ilə əməkdaşlıqdan daha üstün ola bilər. Yəni həm təhlükəsizlik, həm müdafiə siyasəti baxımından, həm ən müasir elm və texnologiyalara çıxış əldə etmək baxımından və həm də iqtisadi baxımdan Türkiyə üçün bu gün, ən azı bu gün aralarında olan bütün ziddiyyətlərə rəğmən hazırkı Qərb partnyorları “BRİKS” ölkələrindən daha əlverişlidir. Üstəlik də, məsələn, deyək ki, Çinin gələcəkdə perspektivi nədən ibarət olacaq, Rusiyanın Ukraynadakı savaşı və digər ziddiyyətli məsələlər hansı təsirlərə gətirib çıxaracaq – bunlar da hələ bəlli deyil.  Bütün bu söylədiklərimizə istinad edərək demək olar ki, Türkiyə, çox güman ki, “BRİKS”-ə daxil olmaq məsələsini bir siyasi manevr olaraq ortalığa atıb.  Və mən belə bir  ciddi niyyətin olduğunu hesab etmirəm. Hər halda belə bir ciddi addım atılsa, Türkiyənin bundan ciddi uğur əldə edəcəyini düşünmürəm”, - deyə ekspert vurğulayıb.
 
Sultan Laçın
 
Oxşar xəbərlər
02:30, Bu gün
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
02:13, Bu gün
Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ
02:01, Bu gün
Kral III Çarlz Muxtar Babayevi qəbul edib
00:38, Bu gün
Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı
00:18, Bu gün
Akif Nağının imzaları təqdim olundu
26 Jul 2024 | 23:45
Qatardan qalan adam - Anarın yeni hekayəsi
26 Jul 2024 | 23:36
Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb
26 Jul 2024 | 23:20
Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO
26 Jul 2024 | 23:16
İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib
26 Jul 2024 | 23:05
Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?
26 Jul 2024 | 22:58
Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı
26 Jul 2024 | 22:50
Əfşar Temuçin vəfat etdi - FOTO
26 Jul 2024 | 22:45
Ad günü məclisində qan düşdü
26 Jul 2024 | 22:43
Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün
26 Jul 2024 | 22:40
Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!
26 Jul 2024 | 22:32
Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR
26 Jul 2024 | 22:25
Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər
26 Jul 2024 | 22:14
"Chrome"da yeni funksiya
26 Jul 2024 | 22:06
Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə
26 Jul 2024 | 21:50
Rusiya Yutubu bloklamaq qərarı verdi
26 Jul 2024 | 21:42
Ən bahalı hamburger: 9 min manata satılıb
26 Jul 2024 | 21:35
Röya rəqsi ilə diqqət çəkdi – VİDEO
26 Jul 2024 | 21:31
Gün ərzində nə qədər şokalad yemək olar?
26 Jul 2024 | 21:28
AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi
26 Jul 2024 | 21:24
Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR
26 Jul 2024 | 21:20
Hərbi Gürcüstan yolu selə görə bağlandı
26 Jul 2024 | 21:19
IV qrupun lideri olan Nuray - FOTO
26 Jul 2024 | 21:14
"Rusiyada doğumla bağlı vəziyyət fəlakətlidir" - Peskov
26 Jul 2024 | 21:12
Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub
26 Jul 2024 | 20:58
Qəbul imtahanlarının nəticələri açıqlandı
26 Jul 2024 | 20:50
İş axtaran zaman diqqət edilməli nüanslar
26 Jul 2024 | 20:49
Ukrayna cəbhəsindən geri dönən keçmiş məhbusların yaratdığı təhlükə...
26 Jul 2024 | 20:45
Büroda vəkilin meyiti tapıldı - başından vurulub
26 Jul 2024 | 20:39
ABŞ-də bir ildə 4 nəfər siçanlardan yayılan virusdan öldü
26 Jul 2024 | 20:31
Çörəyi bir ay kiflənmədən saxlamağın ASAN ÜSULU
26 Jul 2024 | 20:23
Britaniya qırıcılarına görə Rusiya təyyarəsi havaya qaldırılıb
26 Jul 2024 | 20:15
Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı
26 Jul 2024 | 20:10
Zəncəfilli limonadı belə hazırlayın
26 Jul 2024 | 20:03
Afaq Gəncəli Xəzər TV-dən ayrılıb?
26 Jul 2024 | 19:55
Hansı tərəvəzləri çiy yemək olmaz?
26 Jul 2024 | 19:49
Seysmoloqdan XƏBƏRDARLIQ: Bu 4 şəhəri işarə etdi - FOTO
26 Jul 2024 | 19:41
Türkiyə ildə bir milyon ədəd elektromobil istehsal etməyi planlaşdırır
26 Jul 2024 | 19:41
Avropa “qapıdakı” rus tankları ilə mübarizəyə hazırlaşır, həm də ABŞ-sız...
26 Jul 2024 | 19:35
Ermənistan NİYƏ İranla sərhəddə TUNEL TİKİR?
26 Jul 2024 | 19:30
Sumqayıtda yaşayış binasında yanğın 
26 Jul 2024 | 19:25
"Android" istifadəçiləri getdikcə daha çox "iPhone" alırlar
26 Jul 2024 | 19:19
Prezident Administrasiyasında avqust ayında vətəndaşların qəbul CƏDVƏLİ
26 Jul 2024 | 19:18
"Bandotdel"dən böyükmiqyaslı ƏMƏLİYYAT: Çox sayda həbs edilən var - ANBAAN GÖRÜNTÜLƏR
26 Jul 2024 | 19:13
Polisdən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO
26 Jul 2024 | 19:05
Ermənistanın son təxribatlarının məqsədi nədir? - Ekspertdən AÇIQLAMA
26 Jul 2024 | 19:00
Üzməyə getməzdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...
26 Jul 2024 | 18:54
Təsadüfən işə götürülən haker şirkətin sistemini virusa yoluxdurub
26 Jul 2024 | 18:53
Sahibsiz itlərlə qarşılaşdıqda nə edək? - KİNOLOQ İTLƏRLƏ DAVRANIŞ QAYDALARINI AÇIQLADI  
26 Jul 2024 | 18:51
Fədayə Laçın bu səbəbdən toylarda ata və qardaş muğamı oxumur: "Toy yiyəsinə də, sifariş edənə də..."
26 Jul 2024 | 18:50
Tramp FTB-də dindirilə bilər
26 Jul 2024 | 18:45
Diş fırçasını nə vaxt dəyişək?
26 Jul 2024 | 18:40
Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA
26 Jul 2024 | 18:35
Nazirlərin avqust ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
26 Jul 2024 | 18:30
Daha tez inkişaf edən biznes ideyaları - Çərəz dükanları, quru təmizləmə...
26 Jul 2024 | 18:25
Kreditlə bağlı yenilik - Zamin tələbi ləğv olunur?
26 Jul 2024 | 18:23
“İqtisadi müstəqilliyin təmini media üçün ən vacib şərtdir”
26 Jul 2024 | 18:20
1000-ə yaxın miqrant Rusiyadan qovulur
26 Jul 2024 | 18:15
Vidadi İsayev Bərdənin Ərəblər kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
26 Jul 2024 | 18:10
Yaşar Gülər Rəşad Məmmədovla görüşdü
26 Jul 2024 | 18:05
Dünyanın ən hündür tuneli tikiləcək
26 Jul 2024 | 18:03
Kamal Umudlu UEFA Konfrans Liqasının görüşünə təyinat alıb
26 Jul 2024 | 17:57
Qarabağ Universitetinin yeni dekanı KİMDİR...
26 Jul 2024 | 17:51
Mərdəkan yolunda taksidə əxlaqsızlıq - Həbs olunan var
26 Jul 2024 | 17:45
Qarabağ Universitetində YENİ TƏYİNATLAR - FOTO
26 Jul 2024 | 17:40
MSK seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək
26 Jul 2024 | 17:35
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi
26 Jul 2024 | 17:30
Paşinyan Türkiyə ilə sərhədə getdi
26 Jul 2024 | 17:24
XİN Maldivin Müstəqillik Gününü təbrik etdi - FOTO
26 Jul 2024 | 17:18
İrəvana davam edən hərbi yardımlar: Ermənistanı müharibəyə hazırlayırlar -TƏHLİL + FOTO
26 Jul 2024 | 17:12
Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlandı
26 Jul 2024 | 17:06
Keçmiş məmurun oğlu dənizdə batdı - FOTO
26 Jul 2024 | 17:00
"Belə davam edə bilməz": üç ölkə İsrail, İran və HƏMAS-a birgə müraciət ünvanladı
26 Jul 2024 | 16:55
“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Qaxda dəyirmi masa keçirdi - FOTOLAR
26 Jul 2024 | 16:49
Aİ Cənubi Qafqaza yeni xüsusi nümayəndə təyin etdi
26 Jul 2024 | 16:45
Bu ərazilərə yağış yağır - FAKTİKİ HAVA
26 Jul 2024 | 16:40
İlham Əliyevdən iki MÜHÜM FƏRMAN
26 Jul 2024 | 16:36
Kriminal keçmişi olan şəxs MÜHAFİZƏÇİ İŞLƏYƏ BİLƏRMİ? – AÇIQLAMA
26 Jul 2024 | 16:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - İyulun 27-si...
26 Jul 2024 | 16:24
ADP sədri Sərdar Cəlaloğlu seçkidən geri çəkildi
26 Jul 2024 | 16:18
UNEC-in 18 tələbəsi təhsilini Avropanın aparıcı universitetlərində davam etdirəcək
26 Jul 2024 | 16:12
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı LƏĞV OLUNMALIDIR
26 Jul 2024 | 16:07
Fransada xaos hökm sürür: diversiyalar dəmir yollarını iflic edib, "Avropa hava limanı" təxliyə edilib
26 Jul 2024 | 16:02
Ağadadaş Ağayevin vəkilindən SENSASİON MÜSAHİBƏ: "Əvvəllər məhkum olunmuş şəxs öldürülməlidir..."
26 Jul 2024 | 15:56
Balakəndə baş verən BİABIRÇILIQ hər kəsi şok etdi - VİDEO
26 Jul 2024 | 15:50
Flora Kərimova doğum gününü belə keçirdi - VİDEO
26 Jul 2024 | 15:44
Kreditlə bağlı mühüm YENİLİK – Zamin tələbi LƏĞV OLUNUR?
26 Jul 2024 | 15:38
Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşların NƏZƏRİNƏ!
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 15:26
Azərbaycanda yaşamaq üçün müaciət edən əcnəbilərin sayı açıqlandı
26 Jul 2024 | 15:22
Qəbələdə orta məktəb yandı
26 Jul 2024 | 15:18
Beynəlxalq səyyahlardan ibarət heyət Laçına səfər edib
26 Jul 2024 | 15:14
Vitali Arkov: "Qərb Ermənistanı balaca uşaq kimi aldatmaqda davam edir"
26 Jul 2024 | 15:09
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - FOTO
26 Jul 2024 | 15:03
İranın azərbaycanlı prezidenti: “Məni çox tərifləməyin, səhvlərimi deyin!”
26 Jul 2024 | 14:57
"Rusiya və Çin olmadan Ukrayna müharibəsi üzrə sülh danışıqları mümkün deyil" - Çexiya prezidenti
GÜNLÜK
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
21 Jul 2024 | 08:11
Uğur Qapıları açılacaq: 23 İyuldan etibarən həyatlarında ağ zodiak başlayacaq 2 Bürc
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 09:30
Revanşist Baqrat bu dəfə Göyçədə pərt oldu...-Ruhanilər qarşılamadı...-FOTO
25 Jul 2024 | 20:43
Bütün növ pensiyalar artacaq – AÇIQLAMA
21 Jul 2024 | 20:53
Siqaret çəkənlər bu göyərtini süfrədən əskik etməsin!
AYLIQ
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
26 Jul 2024 | 07:47
Macarıstan Çindən “gizli şəkildə” 1 milyard avro kredit aldı...-"POLİTİCO"
26 Jul 2024 | 07:26
Lerik rayonunda zəlzələ olub
26 Jul 2024 | 07:23
Azərbaycanın Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı olub
26 Jul 2024 | 07:37
Gələcəyin su mənbəyi atmosferdir: Havanı içməli suya çevirən cihaz ixtira olundu
26 Jul 2024 | 07:40
Bu ölkə “Meta”nı 220 milyon dollar cərimələdi – Məlumatları oğurlayır
26 Jul 2024 | 09:42
Bu bitkini qoxulayın - Baş ağrısından xilas olun - FOTO
26 Jul 2024 | 10:07
"Niva" həvəskarlarına şad xəbər - FOTO