![İrəvanın mina terroru erməni hərbçilərini “yeyir”](https://moderator.az/cphoto/670x420/2024/06/06/1717686626_17071276145017653894_1200x630.jpg)
Özgəsi üçün quyu qazanın aqibəti...
İrəvanın uzun illərdir ki, Azərbaycana qarşı tətbiq etdiyi mina terroru bu gün də davam edir.
Müharibənin başa çatmasından 4 il keçməsinə baxmayaraq, İrəvan nəinki dəqiq mina xəritələrini Azərbaycana vermir, əksinə, yeni-yeni minalar basdırmaqla Cənubi Qafqazı ölüm zonasına çevirməyə çalışır. 2023-cüi ilin 19-20 sentyabr tarixlərində lokal antiterror tədbirlərindən sonra ortaya çıxan faktlar buna nüminədir. Xatırladaq ki, antiterror tədbirlərindən sorna separatçıladan təmizlənən yaşayış məntəqələrində 2020-ci ildən sonra Ermənistanda istehsal olunan yüzlərlə mina aşkarlanıb ki, bu da İrəvanın 44 günlük müharibədən sonra da mina terrorunu davam etdirdiyini göstərir.
Məlumat üçün qeyd edək ki, 44 günlük Vətən müahribəsinin başa çatmasından bugünə qədər çoxu mülki şəxs olmaqla 361 vətəndaşımız mina qurbanı olub. Onlardan 68-i həlak olub, 293 nəfər isə ağır şəkildə yaralanıb. Bütövlükdə, Birinci Qarabağ müharibəsindən bugünə qədər 3400-dən çox vətəndaşımız minalardan zərər görüb. Onlardan 358 nəfər uşaq, 38 nəfər qadındır. Bütün bu rəqəmlər Ermənistanın mina terrorunun miqyas və nəticələrini göstərir.
Lakin görünən budur ki, İrəvanın mina terroru yalnız Azərbaycana zərər vermir. Bu terror Ermənistanın özünə də əhəmiyyətli miqyasda zərər verir. Bugünə qədər Ermənistanın bir neçə hərbçisi, o cümlədən mülki vətəndaşı Ermənistan tərəfindən basdırılan minalara düşərək ölüb, yaxud şikəst olub. Buna nümunə olaraq bu gün – 6 iyun 2024-cü il tarixində Ermənistan sərhədçisinin Voskepardakı (Aşağı Əskipara) kilsə yaxınlığında minaya düşməsi faktını göstərmək olar. Bu fakt bir daha sübut edir ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü mina terroru siyasəti bu ölkənin özü üçün də ağır nəticələrə səbəb olmaqda, öz vətəndaşlarının məhvi ilə nəticələnməkdədir. Bu isə İrəvanın mina terrorundna imtina etməsinin nə qədər vacib olduğunu göstərir.
Erməni əsgərlərinin özləri tərəfindən basdırılan minalara düşməsi gerçəkliyi Azərbaycanın mina tertroruna qarşı apardığı mübarizənin ümumbəşəri maraqlara xidmət etdiyindən xəbər verir. Azərbaycan İrəvanın mina terroruna qarşı apardığ mübarizə ilə yalnız öz vətəndaşlarını deyil, həm də regiondakı bütün xalqların, o cümlədən Ermənistan vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışır. Ancaq bu siyasətin daha effektiv olması üçün bütün region dövlətlərinin, eləcə də Ermənistan ictimaiyyətinin Azərbaycana dəstək verməsi, mina terroruna “yox” deməsi vacibdir. Nə qədər ki, bu baş verməyib, İrəvan erməni minasının məhv etdiyi erməni hərbçilərinin tabutlarını qarşılamaqda, özgəsi üçün quyu qazanın aqibətini yaşamaqda davam edəcək.
Seymur ƏLİYEV
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)