3611
03 Jun 2024 | 17:57

"Rusiya Federasiyasını SSRİ kimi çökdürmək lazımdır" - Almaniyanın sabiq vitse-kansleri

 
"Bu münaqişə təkcə Ukrayna ilə məhdudlaşmır, ona görə də Avropa buna tamamilə başqa cür münasibət sərgiləməlidir..."
 
Ziqmar Qabriel Putin Rusiyası ilə bağlı açıq bəyanat verib
 
Almanyanın sabiq vitse-kansleri və sabiq xarici işlər naziri Ziqmar Qabriel "Rusiyanı nə zamansa Sovet İttifaqı  kimi çökdürməyə" çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.
 
Məlumata görə, siyasətçi bu fikri televiziyada çıxışı zamanı səsləndirib. O, həmçinin NATO üzrə müttəfiqlərinin Ukraynaya silah verilməsi və ondan istifadə etmək imkanlarını nədən müxtəlif cür dəyərləndirməsi barədə danışıb.
 
"Bir tərəfdən Makron, digər tərəfdən Şoltsla amerikalıların bir hissəsi arasında fərq var. Bu fərq bu müharibəyə baxışdadır", - alman siyasətçisi deyib.
 
"Bu müharibənin eskalasıyasından və nəticədə 1941-ci ildə olduğu kimi böyük müharibə vəziyyətinə düşməkdən ehtiyat etməliyikmi? Yoxsa, bu, ehtimal ki, 1938-ci ilin vəziyyəti olacaq? Məncə, Makron belə düşünür", - Qabriel deyib.
 
O, əlavə edib ki, əgər Putin, fərq etməz, döyüş meydanında və ya danışıqlar masası arxasında qalib gələrsə, bu, onun iştahasını artıracaq və o, davam edəcək.
 
"Makron haqlıdır, biz artıq indi görürük ki, Rusiya bir çox digər regionlarda Qərbə qarşı durmağa cəhd göstərir. Mən hesab edirəm ki, bu münaqişə Ukraynadan xeyli böyükdür.
 
Ona görə də biz buna təkcə hərbi yolla deyil, tamamilə başqa cür münasibət sərgiləməliyik. Biz rusiyalıları vaxtilə Sovet İttifaqı kimi çökdürməliyik. Yəni bunu həm texnoloji, həm də siyasi cəhətdən etməliyik", - Qabriel vurğulayıb.
 
Qərb müttəfiqləri və Ukrayna
 
Mayın 31-də xarici KİV-lər bəyan edib ki, ABŞ prezidenti Co Bayden Ukraynaya Amerika silahından Xarkovun məhdud müdafiəsi məqsədilə Rusiya ərazisinə zərbələr endirmək üçün icazə verib. Sonradan ABŞ Dövlət katibi Entoni Blinken bunu təsdiq edib.
 
Mayın 28-də "Bild" nəşri məlumat verib ki, ABŞ və Almaniya Ukraynanı onların raketlərilə Rusiya ərazisinə zərbələr üçün istifadə edəcəyi təqdirdə onların tədarükünün kəsiləcəyi ilə təhdid edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər