“Katolokos özgəsi üçün qazdığı quyuya özü düşdü...” 
1797
29 May 2024 | 06:47

“Katolokos özgəsi üçün qazdığı quyuya özü düşdü...” 

“Din xadimi, yoxsa dünyəvi şəxs olması belə bəlli olmayan bir din xadiminin rəhbərlik etdiyi qondarma hərəkat bir qruplaşmanın anlaşılmaz özfəaliyyətinə çevrilib”. 
 
Moderator.az xəbər verir ki, politoloq Edqar Arakelyan Ermənistanın “ Haykakan Jamanak” qəzetinə açıqlamasında belə deyib.
 
“Oxşar hərəkətləri ilə ictimaiyyətin diqqətini cəlb etməyə, prosesin getdiyini göstərməyə çalışırlar. Bu, əslində məqsədsizliyin, aydın olmayan gündəmin və müəyyən təxribatlara getmək cəhdinin təzahürüdür. Ermənistan hakimiyyətinin bu təxribatlara boyun əyməməsi xoşdur”, - deyə Arakelyan əlavə edib. 
 
Sardarapat  memorial kompleksində “bütün ermənilərin katolikosu” adlanan II Qareginlə bağlı baş verən hadisə haqda danışan politoloq  deyib ki, o, yavaş-yavaş katolikosdan sıravi fəala çevrilir.
 
“Məncə, Qaregini dövlət belə bir mərasimə dəvət etməyib və əslində o bütün prosesə kölgə salmağa çalışıb. O, katolikosdan bir növ orta səviyyəli fəala və təxribatçıya çevrilib, çünki baş verənlər təxribatın aşkar təzahürüdür. Belə bir deyim var: nə əkərsən, onu da biçərsən. Qaregin öz arxiyepiskopu ilə(keşiş Baqrat nəzərdə tutulur-S.L.) Ermənistan hökumətinin Sardarapata girişini bağlamağa çalışdı, lakin buna nail ola bilmədi. Bu həm də simvolikdir ki, kilsənin başlatdığı bu cür proseslər artıq geniş kütlələr arasında dəstək və müdafiə tapmır. Qaregin başqası üçün qazdığı çuxura özü düşdü”, - deyə erməni şərhçi vurğulayıb.
 
Xatırladılır ki, dünən mayın 28-də Respublika günü ilə bağlı mərasim zamanı Ermənistan polisi bütün ermənilərin katolikosu II Qareginin Sardarapat memorial kompleksinə daxil olmasına maneçilk törədib. Polis zəncir şəklində düzülüb və II Qaregini  kompleksə buraxmayıb. Buna səbəb həmin vaxt Pşainyanın başçılığıyla hökumət tədbrinin keçirilməsi olub... 
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər