![Paşinyandan tarixi etiraf: “Ermənistan işğalçıdır!”](https://moderator.az/cphoto/670x420/2024/05/28/1716915924_pasinyan-3.jpg)
Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında Azərbaycana qaytarılan kəndlərlə bağlı maraqlı etiraflar səsləndirib. Ermənistanın baş naziri bildirib ki, bu kəndlər əslində heç vaxt Ermənistanın olmayıb:
“Ermənistanla Gürcüstan arasında delimitasiya prosesi 20 ilə yaxındır ki, davam edir. Ancaq Azərbaycanla bu, sürətləndirilməlidir. Bu prosesin olmaması yeni konfliktlərə gətirib çıxaracaq. Azərbaycana qaytarılan 4 kənd heç vaxt bizim olmayıb. Bu kəndlər Sovet Azərbaycanının tərkibində idilər”.
Sitatdan da məlum olduğu kimi, Azərbaycana qaytarılan 4 kəndin tarixən xalqımıza məxsusluğu Ermənistanın birinci şəxsi tərəfindən açıq şəkildə etiraf olunmaqdadır. Hansı ki, bu etiraf Azərbaycan diplomatiyasının sadəcə 4 kəndlə məhdudlaşan epizodik deyil, uzunmüddətli gərgin mübarizənin nəticəsi - strateji qələbəsi kimi qiymətləndirilməlidir. Çünki Paşinyanın 30 ildən çoxdur ki, işğalda saxladıqları bu 4 kəndlə bağlı məlum açıqlamasının doğruduğu digər mühüm bir məna da var ki, bu da “Ermənistan işğalçıdır!” məntiqidir.
Paşinyan sözügedən açıqlaması ilə bütün dünyaya bəyan edir ki, Azərbaycan uzun illər ərzində Ermənistanı “işğalçı” adlandırmaqda haqlı olub. Habelə, Azərbaycan haqlı olaraq 2020-ci ildə öz maraqlarını müharibə yolu ilə təmin edib, özünə məxsus torpaqları geri qaytarıb.
Paşinyanın bu məsələdə Azərbaycanı tam şəkildə haqlı elan etməsi sadəcə Ermənistandakı revanşist qüvvələrə deyil, eyni zamanda xaricdəki ermənipərəst dairələrə, erməni diasporuna da böyük zərbədir. Bu açıqlama ermənidən daha çox erməni olmağa can atan Fransa və bu qəbildən olan qüvvələri oyundankənar vəziyyətə salır, onların anti-Azərbaycan mövqeyinin qərəzdən başqa bir şey olmadığını göstərir.
Bu baxımdan, Paşinyan tərəfindən səsləndirilən məlum açılama Azərbaycanın diplomatik müstəvidəki ciddi və ardıcıl uğurlarının davamı hesab edilə bilər. Və bu uğur siyasi baxımdan olduğu qədər tarixi baxımdan da böyük əhəmiyyətə malikdir. Paşinyanın məlum etirafı əsrlər sonra belə Azərbaycana Ermənistan arasındakı bu tarixi qarşıdurmanın mənbəyinə üz tutan, kimin haqlı, kimin haqsız olduğunu öyrənməyə çalışan şəxslər üçün tarixi mayak rolunu oynayacaq, erməni faşizminin erməni siyasi elitasının dili ilə ifşasını təmin edəcək. Bu mənada Paşinyanın məlum etirafının ömrünün Paşinyandan qat-qat uzun olacağı birmənalıdır!
Seymur ƏLİYEV
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)