Ekskluziv
7164
27 May 2024 | 21:17

"Azərbaycanın bu rayonunun başçısı Andronikin abidəsini sökdürdüyünə görə işdən çıxarıldı..."

“Mikoyanın o çıxışından sonra Ermənistanda, digər respublikalarda Andronik haqqında çoxlu əsərlər yazıldı, ona heykəllər qoyuldu...”
 
Azərbaycanın müstəqilliyinin bərpası dönəmində aktiv fəaliyyət göstərmiş tanınmış ictimai-siyasi xadim, oxucularımıza maraqlı müsahibə, açıqlama və yazılarıyla tanış olan sabiq deputat, rəhmətlik Maksim Musayevin atası, sovet dövründə 10 il Ermənistan Ali Soveti sədrinin birinci müavini kimi çalışmış, görkəmli sovet – Azərbaycan dövlət xadimi Talıb Musayev özünün 2008-ci ildə nəşr edilən  “Ermənilər və faciələrimiz” kitabında hiyləgərliklə, həm də elə Kremlin dəstəyi sayə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədr müavini, həmçinin SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifələrinədək yüksələ bilmiş qatı türk, Azərbaycan düşməni daşnak Anastas Mikoyanın İrəvandakı rəsmi tədbirlərdən birində Qarabağ və Naxçıvanın Ermənistana birləşdirilməsi, eləcə də tayqulaq erməni generalı, cəllad, qaniçən Andronik Uzunyan haqda danışmasının şahidi olmasından bəhs edir.
Aktuallığını nəzərə alaraq sözügedən kitabdan həmin məqamı əks etdirən epizodu
oxucularının nəzərinə çatdırırıq:
 
(Əvvəli burada: )
“Mikoyan son sözündə şəxsən Andronikin adını çəkmədən dedi: “Hər bir kəs, hər bir erməni öz xalqına sədaqətlə xidmət edərək öz millətinin, milli mədəniyyətinin, onun tarixinin qorunub saxlanması, inkişaf etdirilməsi işində canını, əməyini əsirgəməməlidir. Necə ki, adlarını çəkdiyimiz bir neçə oğlumuz bu sahələrdə can qoymuş, öz xalqının yadında qalmış, öz xalqının varlığını, mədəniyyətini, tarixini inkişaf etdirmişdir. Bundan sonra da həmin ənənəyə sadiq olmaq gərəkdir. Sağ olun, sizin təklifinizə etiraz etmirəm. Mən bu bakalı qaldırıram o yazıçı, o ziyalıların sağlığına ki, öz xalqının qəhrəman oğul və qızlarını unutmur, onların xatirəsini əbədiləşdirirlər...”
 
Hamı “urra” deyib ayağa qalxdı və “Yaşasın xalqımızın qəhrəman oğlu Anastas İvanoviç Mikoyan”, -deyərək stəkanları şaqqıldadıb dalbadal doldurub içdilər...
Mikoyanın o çıxışından sonra Ermənistanda, digər respublikalarda Andronik haqqında çoxlu əsərlər yazıldı, ona heykəllər qoyuldu. Çox təəssüf ki, Andronikin bir abidəsi də Azərbaycanın Daşkəsən rayonunda ermənilərin məskunlaşdığı Bayan kəndində qoyuldu. Bunu bilən Daşkəsən rayon partiya komitəsinin 1-ci katibi(təəssüf ki, ad-soyadını unutmuşam) Andronikin büstünün boynuna bir it zənciri saldıraraq traktorla sürdürüb, daşlara vurdurub parçalatmışdı. Çox təəssüf ki, ermənilərin tələbi və təzyiqi ilə  bu qeyrətli Azərbaycan oğlu o vaxt işdən kənarlaşdırıldı...
 
Əvvəlki yazılarımda qeyd etdiyim kimi, Andronik Qarabağda böyük müqavimətə rast gəlib, Zəngəzurdan qovulub 1919-cu ilin əvvəllində Naxçıvana qayıtsa da, yerli əhalinin və Abbasqulu bəy Şadlinskinin silahlı hücum və təzyiqləri nəticəsində oradan da qaçıb həmin ilin aprelində Eçmiədzinə gəldi.  O, sonra xarici ölkələrə qaçıb İmgiltərədə, ABŞ-də bir qədər qaldıqdan sonra meyiti Fransaya gətirildi...”
 
Təqdim etdi: 
 
Sultan Laçın 
 
Link kopyalandı!
Son xəbərlər