3228
25 May 2024 | 20:01

"Vəziyyət dəyişsə, dərhal "rusun bayrağı"nın altına keçməyə hazır olanlar  kifayət qədərdir...”

“Özü də belələrinin çoxu yuxarı eşelonda, hökm sahiblərinin yan-yörəsindədirlər. Onlar lazımi anda lazımlı yerdə olmağı bacarırlar. Onlara "uyğunlaşanlar" da deyirlər...”
 
“Hesab edirəm ki, indi bizdə elə qüvvələr yox dərəcəsindədir. Başa düşürlər ki, Azərbacanın müstəqilliyi dönməz xarakter alıb. Ona görə də sükanı idarə edənlərin yan-yörəsində olub yararlanmağa çalışırlar”.
Bunu Moderator.az-a açıqlamasında Azad Vətən partiyasının sədri Akif Nağı “Necə düşünürsüz, hazırda Azərbaycan daxilində ölkəmizin müstəqilliyinə xor baxan, onu yenidən Rusiyanın birbaşa idarəçiliyinə yönəltmək istəyən qüvvələr varmı?” sualını cavablandırarkən söyləyib.
 
“Amma, Allah eləməsin, vəziyyət dəyişsə, dərhal "rusun bayrağı"nın altına keçməyə hazır olanlar  kifayət qədərdir. Özü də belələrinin çoxu yuxarı eşelonda, hökm sahiblərinin yan-yörəsindədirlər. Onlar lazımi anda lazımlı yerdə olmağı bacarırlar. Onlara "uyğunlaşanlar" da deyirlər.  Şükürlər olsun ki, dövlətimizin dayaqları möhkəmdir, müstəqilliyimizin aşiqləri isə daha çox, milyonlarladır”, - deyə davamında siyasətçi vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər