![Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”](https://moderator.az/cphoto/670x420/2024/05/17/1715943940_6.jpg)
“Fransa daxili işlər nazirinin, Yeni Kaledoniyada baş verən etirazlara görə Azərbaycanı ittiham etməsi, absurddur. Hiss olunur ki, Azərbaycanı, ölkəsinin daxili işlərinə qarışmaqda günahlandıran nazirin yaddaşında ciddi problemlər var. Düşünürəm ki, bəzi faktları ona xatırlatmaq yerinə düşər”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Yeni Kaledoniyada baş verənlər Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinin məntiqi nəticəsidir:
“44 günlük müharibədən sonra Qarabağda separatçılığı dəstəkləyən, qondarma ,,arsax respublikasının müstəqilliyinin,, milli assambleyada və senatda tanınması, Azərbaycanın daxili işlərinə qarışmaq deyil, bəs nədir. Ermənistanı Azərbaycan əleyhinə silahlandıran, yeni müharibəyə təhrik edən, beynəlxalq təşkilatlarda təbliğat aparan Fransa, əkdiklərini biçir.
Yeni Kaledoniya və Sakit okeanda yerləşən digər arxipelaqlarda Fransanın törətdiyi vəhşiliklər, Konstitusiya dəyişiklikləri adı altında aborigen xalqların hüquqlarlnın kobud şəkildə pozulması, bu ölkənin 21-ci əsrdə də müstəmləkəçilik siyasətini davam etdirməsini göstərir. Yeni Kaledoniya Fransadan 17 min km uzaqlıqda yerləşir. Yerli kanak xalqının, fransızlarla heç bir mədəni, etnik bağlılığı yoxdur. Fransanın məqsədi, konstitusiya dəyişikliyi etməklə, süni şəkildə ora yerləşdirmiş fransızların sayının artırılmasına və səsvermə hüququna nail olmaqdır.
1998-ci ildə Fransa və Yeni Kaledoniya arasında imzalanmış razılaşmaya rəğmən, fransızların hüquqa zidd davranışları, təbii olaraq, yerli əhalinin kəskin narazılığına səbəb olmuşdur.
Azərbaycan hökumətinin bu məsələyə münasibəti, beynəkxalq hüquqa və ədalət prinsiplərinə söykənir. Biz, Qoşulmama Hərəkatlnln fəal üzvü olaraq, əzilmiş, hüquqları tapdanmış xalqların yanında olmalı, 21-ci əsrdə müstəmləkə təfəkküründən xilas ola bilməyən imperialist qüvvələrə qarşı onlara mənəvi dəstək verməliyik. Son illərin hadisələri göstərdi ki, Makron Fransasının təcavüzkar siyasəti Afrikada, Yaxın Şərqdə, Cənubi Qafqazda iflasa uğradı. Belə davam edərsə, yaxın zamanlarda Yeni Kaledoniya ilə yanaşı, digər fransız koloniyalarında da etirazlar qaçılmazdır.
Müasir, texnologiyanın inkişaf etdiyi zamanda, nəyisə gizlətmək çətindir. Yalanlarla heç kimi inandıra bilməzsən. Fransanın, BMT Təhlükəsizlik Şurasında, bir neçə dəfə Azərbaycan əleyhinə qətnamənin qəbul olunmasına cəhd etməsi buna sübutdur. Necə deyərlər, “əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”. Günahı özündə axtarmalısan".
Seymur ƏLİYEV
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)