Bizi sosial şəbəkələrdən izləyin:
“Lakin bütün hallarda onun yenidən prezident seçilməsi, ümumiyyətlə, Birləşmiş Ştatlar və onun dövlətçiliyi, dövlət aparatı üçün bir təhlükə mənbəyidir. Çünki artıq o ilk prezidentliik dövründə Ağ Evdə, Konqresdə gördüyü müəyyən işlərlə dövlət strukturunu zədələyib...”
“Baydenin prezidentliyə namizədlikdən geri çəkilməsi ilə bağlı söz-söhbətlər, əlbəttə, var. Bu ehtimal da əsasən onun yaşı, səhhəti, sağlıq problemləri ilə bağlıdır. Lakin əgər onun sağlığında ciddi problem olmasa və ya hansısa fövqəladə olay baş verməsə, geru çəkiləcəyini düşünmürəm. Və nəticədə Bayden demokratların namizədi olaraq seçkilərdə iştirak edəcək”.
Bunu Moderator.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı payızda Birləşmiş Ştatlarda gözlənilən seçkilərdən danışarkən dilə gətirib.
“Onu da deyim ki, bəzi məlumatlara görə, Baydenin ABŞ-dakı reytinqində artım var və qalib gəlmək şansı da çoxdur. Trampın isə məhkəmələri davam edir. Bildiyimə görə, təxminən 500 min dollarlıq cərimə cəzaları kəsilib- onları ödəməlidir. Amma Tramp da bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi – ABŞ-nin Ukraynaya yardımını dəstəklədi. Lakin bütün hallarda onun yenidən prezident seçilməsi, ümumiyyətlə, Birləşmiş Ştatlar və onun dövlətçiliyi, dövlət aparatı üçün bir təhlükə mənbəyidir. Çünki artıq o ilk prezidentliik dövründə Ağ Evdə, Konqresdə gördüyü müəyyən işlərlə dövlət strukturunu zədələyib. Ona görə də mən ABŞ-dəki seçkilərdə daha çox demokratların qalib gəlmə şansını görürəm. Düzdü, deyirlər, guya Tramp ermənilərin əleyhinə olan bəzi Türkiyəpərəst fikirlər ifadə edir. Onsuz da respublikaçılar da, demokratlar isə digər ölkələrlə bağlı nələri söyləsələr də, hakimiyyət başında olanda Birləşmiş Ştatların milli maraqlarına uyğun siyasət aparırlar. Hər şeyi zaman göstərəcək”, -deyə davamında siyasi şərhçi vurğulayıb.
Sultan Laçın