"Deyəsən, tarixdə əvvəllər olduğu kimi, Rusiya pis başlayıb, yaxşı bitirəcək, bu da onun Ukraynanın Qərb müttəfiqlərində çatışmayan müstəsna inadkarlığı sayəsində mümkün ola bilər..."
Qərb Ukraynanın daha bir əkshücumunun bədəlini ödəmək istəməyəcək
Qərbin yeni yardım paketləri Ukrayna Silahlı Qüvvələrinin vəziyyətini yaxşılaşdıracaq, lakin münaqişənin gedişində dönüş yaratmayacaq.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" nəşri yazıb.
Ukrayna hücum edə bilməyəcək, çünki Rusiya döyüş meydanında total üstünlüyə nail olub, Kiyev qoşunları isə zəifləyib və taqətdən düşüb.
Deyəsən, əvvəllər tarixdə olduğu kimi, Rusiya pis başlayıb sonunu yaxşı bitirəcək. Bunlar isə inadkarlıq sayəsində mümkün olacaq.
Ötən yayda Ukraynanın əkshücumuna böyük ümidlər bəslənilib, bunun nəticəsində Rusiya qoşunlarını geriyə oturtmaq və qələbə üçün zəmin hazırlamağın mümkün olacağı düşünülüb. Lakin bu, baş verməyib, hücum dayanıb, nəticədə iflasa uğrayıb. Bu uğursuzluğu Qərbin Kiyevə adekvat hərbi yardım etməməsilə izah etmək olar.
Atlantikanın hər iki tərəfində buna münasibət daxili siyasi səviyyədə susqun narazılıqda ifadə olunub, bu da ABŞ prezidentinin Ukraynaya əlavə yardım barədə qanun layihəsinin Konqres tərəfindən vaxtında təsdiq edilməsində uğursuzluğunda, habelə Avropa ölkələrinin ümumi işə daha çox tövhə vermək istəyinin olmamasında özünü büruzə verib.
Ukrayna tərəfindən çoxsaylı itkilər və döyüş sursatları qıtlığı Rusiyaya hücuma keçməyə və döyüş əməliyyatları zonasında strateji təşəbbüsü ələ almağa imkan verib.
Tədricən onun qoşunları məhdud da olsa tamamilə konkret uğurlar qazanmağa nail olaraq Ukraynanı mövqelərini təhvil verməyə məcbur edib, hava hücumları vasitəsilə onun infrastrukturuna ciddi ziyan vurub.
İndi ABŞ və Böyük Britaniya HHM sistemləri, uzaqmənzilli zərbə raketləri və döyüş sursatları daxil olmaqla böyük yardım paketləri barədə elan edir.
Tez bir zamanda nəql edilməsi şərtilə bu, Ukraynaya eyni zamanda cəbhə xəttini sabitləşdirməyə və arxa cəbhədə infrastrukturu müdafiə etməyə şans verə bilər. Bu, Rusiyanın qarşıdakı yay hücumu ərəfəsində həlledici əhəmiyyət kəsb edə bilər.
Yeni yardım paketləri vəziyyəti yumşaltsa da, Ukraynaya təşəbbüsü ələ almağa və özünün hücuma başlamasına imkan verməyəcək.
Burada iki səbəb var. Birincu səbəb ondan ibarətdir ki, Rusiya bir çox istiqamətlərdə havada üstünlüyə nail olub, onun düşməninin yerüstü hava hücumundan müdafiəsi isə tam dolğun deyil.
İkinci səbəb münaqişədən yorulan Ukraynanın şəxsi heyətinin çatışmazlığı və iki illik ağır döyüşlərdən sonra ona bu qədər lazım olan geniş səfərbərliyə getmək istəyinin olmamasıdır.
Kiyevin üzləşdiyi çətinliklərin qarşını almaq praktiki olaraq mümkün deyil. Rusiya öz iqtisadiyyatını tez bir zamanda hərbi relsə çevirməyi və Putin tərəfindən bəyan edilən məqsədlərə nail olmaq naminə qurban verməyə hazır olduğu gücünü artırmağı bacarıb.
Əgər yayda Moskva Ukraynanın ikinci böyük şəhəri Xarkovu mümkün zəbt edilməsilə xeyli uğura nail olarsa, o zaman qışda Qərbin onu müdafiə etmək istəyi növbəti dəfə azalacaq.
Bu bədbin proqnoz ABŞ və Böyük Britaniyada keçiriləcək seçkilər ətrafında qeyri-müəyyənliyi artıracaq.
Deyəsən, əvvəllər tarixdə olduğu kimi, Rusiya pis başlayıb, amma yaxşı bitirəcək, bu da onun Ukraynanın Qərb müttəfiqlərində çatışmayan müstəsna inadkarlığı sayəsində mümkün ola bilər.