Paşinyan
Ekskluziv
2775
23 Apr 2024 | 06:56

Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...

Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalması ilə bağlı suala cavabı olmadığını deyib.
 
Moderator.az xəbər verir ki, "İnterfaks"ın yaydığı məlumata görə, Paşinyan bu haqda  Britaniya mətbuatına müsahibəsində danışıb.
 
Ermənistan hökumət başçısı KTMT-nin 2021 və 2022-ci illərdə sərhədlərin delimitasiya olunmadığını bildirərək Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın sərhədlərinin pozulması(guya-S.L.) zamanı cavab mexanizmlərindən istifadə etmədiyini qeyd edib.
 
"Bu o deməkdir ki, onlar KTMT-nin mövcud olmadığını deyirlər. Çünki məsələn,  deyək ki, Rusiya ilə Yaponiya arasında sərhəd delimitasiya olunmayıb. Məsələn, hər hansı ölkənin qoşunları delimitasiya olunmamış sərhədlərdən Rusiya ərazisinə daxil olarsa, bu o deməkdir ki, KTMT buna heç cür reaksiya verməyəcək?”, - deyə Paşinyan sual edib.
 
O qeyd edib ki, KTMT həmin quruma üzv ölkələrin: Rusiya, Ermənistan və digərlərinin ümid edə biləcəyi mexanizm kimi mövcud deyil.
 
“Bu, KTMT-nin reaksiyası və bəzi üzv ölkələrin bəyanatları ilə əsaslandırılır. Bizim cəmiyyət isə bizə deyir ki, niyə KTMT üzvü olmaqda davam edirsiz. Açığı, bu suala mənim cavabım yoxdur",- Paşinyan belə deyib.
 
Eyni zamanda o, Rusiyanın Cənubi Qafqaz regionunda mühüm və ciddi rol oynadığını bəyan edib.
 
Paşinyandan Patrik Vintur (The Guardian), Kim Senqupta (The Independent), Giles Freyser (UnHerd), Muckle Mosbker (The Telegraph/The Critic), Louis Baston (The Guardian/The Critic) və James Price (Adam Smith Institute) müsahibə götürüblər. ).
 
S.Laçın
Link kopyalandı!
Son xəbərlər