![“Ermənistan istənilən üçüncü qüvvəni inkar etməklə sülh müqaviləsi imzalamalıdır”](https://moderator.az/cphoto/670x420/2024/04/21/1713679373_0266c0e7-3996-3c52-b7d2-be1df5376d14_850.jpg)
Qazaxın 4 kəndinin sülh yolu ilə geri qaytarılması Azərbaycanla Ermənistana arasında sülh müqaviləsinin imzalanacağına olan ümidləri artırmaqdadır.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev sülhün mümkün olduğunu, ancaq bunun üçün Ermənistanın üçüncü qüvvələri prosesə cəlb etməkdən imtina etməsi gərəkdiyini vurğulayıb:
“Rusiyalı sülhməramlıların Qarabağdan çıxarılması, heç şübhəsiz, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətin, diplimatiyamızın qələbəsidir. Eyni zamanda Qazax rayonunun 4 kəndinin qaytarılması barədə razılığın əldə olunması onu göstərir ki, qoşunlar çıxandan sonra da bölgədə vəziyyət müsbət istiqamətə dəyişəcəkdir.
Ümumiyyətlə götürdükdə isə, ötən ilin sentyabrında Ordumuzun keçirdiyi 23 saatlıq anti-terror tədbirlərindən sonra rus qoşunlarının bölgədə qalmasının mənası qalmamışdı. Yəni Azərbaycanın yaratdığı reallıqlar və müəyyən mənada bəzi geosiyasi gerçəkliklər sülhməramlıların fəaliyyətini sıfırlamışdı. Ona görə də, onların bölgədən çıxarılması gözlənilirdi. Bütün bunlara rəğmən, bir daha vurğulamaq istərdim ki, qoşunların vaxtından əvvəl çıxarılmasında, Azərbaycan və Rusiya rəhbərləri arasındakı dostluq, qarşılıqlı hörmət əsasında formalaşmış münasibətlər, əsas rol oynamışdır.
Ermənistana hansısa mesajların verilməsinə gəldikdə isə, düşünürəm ki, burada hansısa əlaqə, bağlılıq yoxdur. Hazırda Rusiya ilə Ermənistan arasında münasibətlər kifayət qədər gərgindir. Uzun illər ərzində Ermənistan bu ölkənin forpostu rolunu oynamış, siyasi, iqtisadi əlaqələri həddindən artıq dərinə işləmişdir. Eyni təhlükəsiz sisteminə malikdirlər. Paşinyanın Qərbyönümlü siyasəti nəticəsində Ermənistan növbəti dəfə ağasını dəyişdirmək istəyir. Bu da, iki ölkə arasında çoxsaylı problemlər yaratmaqdadır. Tarixi şərait yetişib.
Ermənistan üçün ən düzgün seçim, şəraiti düzgün qiymətləndirmək, istənilən üçüncü qüvvələri inkar etməklə, Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Barışığa aparan yeganə yol budur”.
Seymur ƏLİYEV
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722070326_16.jpg)