![“Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından tez tərk etməsi ciddi nailiyyətdir”](https://moderator.az/cphoto/670x420/2024/04/17/1713370494_661fdd6206e4b661fdd6206e4c1713364322661fdd6206e49661fdd6206e4a.jpg)
Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının azərbaycanı tərk etməsi prosesinə start verilib. Bununla bağlı Moderator.az-a açıqlama verən siyasi şərhçi Azər Allahverənov baş verənləri dövlətimizin növbəti uğuru kimi dəyərləndirib:
“Dünəndən etibarən sosial şəbəkələrdə Rusiya sülhməramlılarına məxsus kalonun Qarabağ iqtisadi rayonundan çıxarılmasına dair video görüntülər yayımağa başladı. Bu görüntülərdən də bəlli olurdu ki, Rusiya sülhməramlıları bölgəni tərk edir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri hörmətli Hikmət Hacıyev də öz açıqlamasında bildirdi ki, Rusiya sülhməramlılarının bölgədən vaxtından tez çıxarılması ilə bağlı iki dövlət arasında razılıq əldə edilib və proses başlayıb. Rusiya tərəfi də bu məlumatı təsdiq etdi.
Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlılarının Qarabağ iqtisadi rayonunda 5 il ərzində xidmət göstərməsi nəzərdə tutulurdu. Lakin hadisə və proseslərin gedişatı onların vaxtından daha tez bölgəni tərk etməsini şərtləndirdi.
Bu gün Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi cənab Prezidentin “nəyi nə zaman etmək lazım gəldiyini mən bilirəm” fikrini yada salır. Baş verənlər bir daha sübut edir ki, proseslər dövlətimizin, onun rəhbərliyinin nəzarəti altındadır və onlar tərəfindən idarə olunur.
O vaxt Rusiya sülhməramlılarının bölgəyə gəlişinə bəzi şəxslər şübhə və narazılıqla yanaşır, gələcəklə bağlı bədbin proqnozlar verirdilər. Ancaq onların verdiyi bütün pessimist proqnozlara rəğmən, proseslər dövlətimizin müəyyənləşdirdiyi şəkildə cərəyan etdi. 2023-cü ildə lokal antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonundakı qanunsuz erməni silahlı birləşmələri zərərsizləşdirildi. Ermənistan ikinci dəfə kapitulyasiyaya vadar edildi.
Azərbaycanın öz suverenliyini tam şəkildə bərpa etməsi, Qarabağ iqtsiadi rayonundakı qanunsuz erməni silahlı birləşmələrini neytrallaşdırması bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda Rusiya sülhməramlılarının bölgədə mövcudluğuna ehtiyac qalmadığı məlum oldu. Bu, heç şübhəsiz Prezidentimizin siyasi uzaqgörənliyinin, peşəkarlığının nəticisidir. Bu, dövlətimiz adına ciddi nailiyyətdir.
Bu gün bizim qarşımızda Ermənistanın işğalı altındakı kəndlərimizi geri almaq, sülh müqaviləsinin imzalanmasına nail olmaq dayanır. İnanıram ki, bütün hədəflərinə uğrula nail olan dövlətimiz, onun Prezidenti cənab İlham Əliyev bu missiyanın da öhdəsindən uğurla gələcək, xalqımızı yeni tarixi nailiyyətlərlə sevindirməkdə davam edəcək”.
Seymur ƏLİYEV
![Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB](https://moderator.az/photo/213x120/2024/07/27/1722031902_c9d782bd-fca2-375b-bb80-7bcbd6848d40_850.jpg)
![Telefonla bizi necə izləyirlər? - Mütəxəssislərdən XƏBƏRDARLIQ](https://moderator.az/photo/213x120/2024/07/27/1722032301_634058b7926fd202210224959.jpg)
![Kral III Çarlz Muxtar Babayevi qəbul edib](https://moderator.az/photo/213x120/2024/07/27/1722031387_bdd6236a-55dc-323a-a346-189fa43d0227_850.jpg)
![Azərbaycanda atadan 14 yaşlı oğluna qarşı ZORAKILIQ: Evin əşyalarını başında qırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722026407_nh0augyfg4kwilalfnwldeatb3fjjxnt6djazalu_1200.webp)
![Akif Nağının imzaları təqdim olundu](https://moderator.az/photo/213x120/2024/07/27/1722025198_350978782_765918401875518_1222997874362918250_n.jpg)
![Qatardan qalan adam - Anarın yeni hekayəsi](https://moderator.az/photo/213x120/2024/07/26/1722023383_2.jpg)
![Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı açıqlanıb](https://moderator.az/photo/213x120/2024/07/26/1722022677_66a3f6920b5c266a3f6920b5c3172202152266a3f6920b5c066a3f6920b5c1.jpg)
![Yazıçı Vaqif Sultanlının yaradıcılığı haqqında “Dənizlə sahil arasında” adlı kitab yayınlandı - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722022685_1.jpg)
![İyulun 14-də keçirilmiş qəbul imtahanında 6 nəfərin nəticəsi ləğv edilib](https://moderator.az/photo/213x120/2024/07/26/1722021579_268705_gvplqhuujd.jpg)
![Tramp prezident seçilərsə, Ukraynaya nə olacaq?](https://moderator.az/photo/213x120/2024/07/26/1722020809_ukrayna-abs.jpg)
![Ermənistandan Rusiyaya ixrac edilən meyvə və tərəvəzlərdə zərərli maddələr aşkarlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722020565_zeherli-madde.jpg)
![Əfşar Temuçin vəfat etdi - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722020037_efsar-temucin.jpg)
![Ad günü məclisində qan düşdü](https://moderator.az/photo/213x120/2024/07/26/1722019641_nwjrhj0qq4fhzdvy4l4huzcsqp8sjjnbtqf2s2to_1200.webp)
![Deputat olmaq istəyənlər üçün bir həftə vaxt qaldı - Sənədlərini DSK-lara təqdim etmək üçün](https://moderator.az/photo/213x120/2024/07/26/1722019591_photo_97099_08-12-2023_13-27-49jpg-1720840772_26-07-2024_17-06-40.jpg)
![Köhnə avtomobili olanlara MÜJDƏ – Pul alacaqlar!](https://moderator.az/photo/213x120/2024/07/26/1722019442_jiquli.jpeg)
![Repçi qəza keçirtdi, onu çəkmək istəyənlər ölümdən döndü - FOTOLAR](https://moderator.az/photo/213x120/2024/07/26/1722019194_repci-qeza-kecirdi.jpg)
![Azərbaycanda vəzifəli şəxsin qətlinin TƏFƏRRÜATI: İşığı kəsib evdən çıxmasını gözləyiblər](https://moderator.az/photo/213x120/2024/07/26/1722018434_qpdn8t4pchko5lnd7ai23bfznv5uuq7i3mviwuuf_1200-1.webp)
![](https://moderator.az/photo/213x120/2024/07/26/1722018560_komputer_notbuk_a3.jpg)
![Təbiətin bizə bəxş etdiyi möcüzəvi meyvə](https://moderator.az/photo/213x120/2024/07/26/1722018328_encir.jpg)
![Rusiya Yutubu bloklamaq qərarı verdi](https://moderator.az/photo/213x120/2024/07/26/1722016647_youtube.jpg)
![Ən bahalı hamburger: 9 min manata satılıb](https://moderator.az/photo/213x120/2024/07/26/1722016454_burger.jpg)
![Röya rəqsi ilə diqqət çəkdi – VİDEO](https://moderator.az/photo/213x120/2024/07/26/1722015771_rya.jpeg)
![Gün ərzində nə qədər şokalad yemək olar?](https://moderator.az/photo/213x120/2024/07/26/1722015372_sokolad.jpg)
![AB Rusiyanın 1,5 milyardını silah üçün Kiyevə verdi](https://moderator.az/photo/213x120/2024/07/26/1722015138_ab.jpg)
![Ən yüksək bal toplayanlar bu məktəblilərin ŞAGİRDLƏRİDİR](https://moderator.az/photo/213x120/2024/07/26/1722014711_1722012922_1504550.jpg)
![Hərbi Gürcüstan yolu selə görə bağlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722014694_herb-gurcustan-yolu.jpg)
![IV qrupun lideri olan Nuray - FOTO](https://moderator.az/photo/213x120/2024/07/26/1722014441_1722013820_424510817_0_62_3071_1789_1920x0_80_0_0_003d2320352b9de786f114dd022d5dba-1.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/26/1722014203_peskov24389.jpg)
![Qəbələdə aramsız yağan yağışlar bir sıra fəsadlara səbəb olub](https://moderator.az/photo/213x120/2024/07/26/1722014186_yagisli_hava_0582.jpg)
![Qəbul imtahanlarının nəticələri açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/26/1722013931_imtahan_1187974.jpg)