3635
11 Apr 2024 | 20:41

"Putinin belini necə qırmalı?" - Zelenskidən "resept"

"Vladimir Putinlə müharibənin dondurulması və razılaşmalardan danışmaq məqsəduyğun deyil, belələri Putini sonadək anlamır..."
 
"Rusiya ilə müharibəni uduzmaq əraziləri və insanları, dövləti itirmək deməkdir..."
 
"Putinin belini qırmaq üçün tərəfdaşlarımızdan silah və siyasi addımlar gərəkdir".
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Delfi İqtisadi Forumunda videoəlaqə ilə çıxışı zamanı bəyan edib. Məlumatı "unian.net" nəşri yayıb.
 
O, qeyd edib ki, diktatorla müharibənin dondurulması və razılaşmalar barədə danışmaq məqsədəuyğun deyil.
 
Zelenski deyib ki, əgər bəzi liderlər sanksiyalardan necə yan keçmək, Rusiyanı müharibə səbəbindən dondurulmuş iqtisadi layihələrə necə cəlb etmək barədə düşünəcəklərsə, o zaman tərəfdaşların birliyi olmayacaq. 
 
"Bu birlik olmadan biz ərazilərimizi itirəcəyik. Əsaslı hərbi yardım olmadan Ukrayna geri çəkilə bilər", - Zelenski vurğulayıb.
 
Onun sözlərinə görə, Rusiya ilə müharibəni uduzmaq əraziləri və insanları, dövləti itirmək deməkdir.
 
"Kimsə münaqişənin haradasa Ukraynanın ortalarında dondurulmasından və Putinlə razılaşmalardan danışırsa, bu, sadəcə, uydurmadır, belələri Putini sonadək anlamır", - Ukrayna prezidenti deyib. 
 
O, xatırladıb ki, Putin daha öz məqsədini gizlətmir, açıq şəkildə bəyan edir ki, Ukrayna, Ukrayna milləti mövcud deyil, guya, ukraynalıları kimsə uydurub. "Bu onu göstərir ki, Putin bizi tamamilə məhv etmək istəyir", - prezident vurğulayıb.
 
Zelenski əlavə edib ki, bu gün Ukrayna cəbhədə geri çəkilmir. "Dövlətimizin şərqində, ən qaynar döyüş əməliyyatlarının getdiyi yerdə vəziyyət sabitləşib", - o, qeyd edib. 
 
Onun sözlərinə görə, Ukrayna dron hücumlarında uğurlar qazanıb, cənubda dəniz dəhlizi uğurla işləyir.
 
"Çox da nikbin olmağa gərək yoxdur, çünki bu, savaşdır və qarşımızda ciddi düşmən dayanıb, lakin gəlin bədbin deyil,  realist olaq, bu gün vəziyyət sabitləşib. Tərəfdaşlarımızdan konkret silah, konkret siyasi addımlar olarsa, biz Putinin belini qıracağıq", - Zelenski vurğulayıb.
 
Bu zaman o, əlavə edib ki, əgər tərəfdaşlar Putinin dünyanı üçüncü dünya savaşına sürükləməsini istəmirsə, o zaman anlamalıdır ki, bacardıqları qədər Ukraynaya yardım etmək son dərəcə azdır.
 
***
 
Xəbər verildiyi kimi, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Ukrayna çox da artığını xahiş etmir, bizə şəhərlərimizi Rusiya terrorundan müdafiə etmək üçün HHM sistemləri və döyüş təyyarələri lazımdır.
 
Onun sözlərinə görə, onlarla belə sistem və kifayət qədər müasir qırıcılar olarsa, o zaman Rusiya aviasiyası və Ukraynanın yaşayış məntəqələri üçün bombalar problemi ümumiyyətlə olmayacaq.
 
Ukraynaya düşməni qovmaq və Rusiyanın işğal etdiyi torpaqlarda normal həyatı bərpa etmək üçün artilleriya gərəkdir.
 
Bu zaman prezident əlavə edib ki, həmçinin Rusiyaya təzyiq etmək lazımdır ki, onun hərbi potensialını artırmağa imkanı olmasın.
 
Bunlara sanksiyaların artırılması, Putin aktivlərinin müsadirəsi və Rusiya dezinformasiyasına sıfır tolerantlıq daxildir.
Link kopyalandı!
Son xəbərlər