"Siyasətçilərin hələ də planetimizə təhlükə törədən qlobal istiləşməyə marağı azalıb..."
"G20 ölkələri dünya tullantılarının 80 faizinə görə məsuliyyət daşıyır və ilk növbədə onlar öz səylərini artırmalıdır..."
İqlim dəyişikliklərinin ən pis nəticələrindən yan keçmək üçün hökumətlər, korporasiyalar və banklar rəhbərlərinin cəmi iki ili qalıb.
Moderator.az xəbər verir ki, bu barədə BMT Çərçivə Konvensiyasının israçı katibi Saymon Still bəyan edib. Məlumatı "israelinfo.co.il" nəşri yayıb.
Çıxışının əvvəlində məruzəçi siyasətçilərin hələ də planetimizə təhlükə törədən qlobal istiləşməyə marağının azaldığını qeyd edib.
O, əlavə edib ki, onun məruzəsinin mövzusunun "dramatik" və ya hətta "melodramatik" görsənə biləcəyini anlayır.
Lakin yaxın iki ildə istixana qazlarının atmosferə tullantılarının azaldılması üzrə ciddi tədbirlərin görülməsi bütün Yer planeti sakinləri üçün həyatı əhəmiyyət kəsb edir.
O, ekoloqların məlumatına istinadən qeyd edib ki, 2030-cu ilədək iqlim üçün zərərli istixana qazları tullantılarının iki dəfə azaldılması hərarətin Selsi üzrə 1, 5 dərəcədən artıq yüksəlməsinin qarşısının alınması üçün həlledici əhəmiyyətə malikdir. Bu yüksəlmə ekstremal hava şəraitini pisləşdirə bilər.
"Bizim hələ də yeni nəsil milli iqlim planlarının köməyilə istixana qazlar tullantılarının aşağı salınması şansımız var. Lakin bu cür daha qətiyyətli fəaliyyətlər bizə indi lazımdır", - Still vurğulayıb.
O, qeyd edib ki, G20 ölkələri dünya tullantılarının 80 faizinə görə məsuliyyət daşıyır və ilk növbədə ilk növbədə öz səylərini artırmalıdır.
"Beləliklə, "Böyük iyirmilik" birliyinin liderliyi böyük maliyyə böhranı zamanı olduğu kimi avanqard olmalıdır. Məhz o zaman "Böyük iyirmilik" iri inkişaf etmiş iqtisadiyyatların qlobal iqtisadi fəlakətlərin qarısının alınması üçün birgə işləməyi bacardığını nümayiş etdirib", - BMT məmuru deyib.
ABŞ hökumətinin hesablamalarına görə, ötən il karbon qazı və metanın havada miqdarı rekord yüksək həddə çatıb.
Mütəxəssislər hesablayıb ki, dünyada karbon qazı tullantıları 1, 1 faiz artıb. Hərarətin qlobal monitorinq mərkəzlərinin məlumatlarına görə, ötən il müşahidələrin bütün tarixi boyu ən isti ili olub.
Still vurğulayıb ki, əgər kömür, neft və təbii qazın yandırılması nəticəsində karbon qazı və metan tullantıları artmaqda davam edərsə və ya kəskin şəkildə azalmazsa, bu, iqlim dəyişikliyi səbəbindən dünyanın ən zəngin və ən yoxsul ölkə və birlikləri arasınfa böyük bərabərsizliyi bir qədər də pisləşdirəcək".
"Bu qlobal bərabərsizlik "metastazlarının" müalicəsinə başlamaq üçün biz bütün ölkələrin insanları müdafiə edən, iş yerlərinin sayını artıran və inklüziv iqtisadi artıma kömək edən yeni cəsarətli milli iqlim planlarını işləyib hazırlamalıyıq. Və bu planlar bizə növbəti ilin əvvəlinə lazımdır", - o, qeyd edib.
Bununla bağlı Still iqlim problemlərinin həllinə, kasıb ölkələrin azağı faizlə maliyyələşdirilməsinə və, məsələn, gəmiçilik tullantılarına vergilərin tətbiqi, habelə Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondunda islahatların aparılması kimi yeni beynəlxalq maliyyələşdirmə mənbələrinin axtarılmasına çağırış edib.
"Beynəlxalq təsisatlar arasında daha sıx əməkdaşlıq indi həmişəkindən daha vacibdir. Mən iqlim dəyişiklikləri ilə bağlı daha sürətli nəticələrə nail olmağa kömək edən bütün qurumlara-Beynəlxalq Banka və Beynəlxalq Valyuta Fonduna, "Böyük yeddilik", "Böyük iyirmilik" və onların maliyyə nazirlərinə BMT-nin tərəfdaşlığını təklif edirəm. Biz birlikdə qlobal vəzifəni həll edə biləcəyik", - Saymon Still vurğulayıb.