Paris Bakıya hərb və siyasət meydanında uduzub,  elə mənəviyyat sahəsində də...
2744
10 Apr 2024 | 14:46

Paris Bakıya hərb və siyasət meydanında uduzub,  elə mənəviyyat sahəsində də...

Fransanın Ermənistandakı səfiri Olivye Dekottini sosial şəbəkədəki hesabında ölkəsinin Ermənistana göstərilən hərbi yardımla bağlı yeni məlumatlar paylaşıb. Səfir qeyd edib ki, İrəvan Fransanın dəstəyi sayəsində “başqalarının əldə edə bilməyəcəyi” silah sistemləri əldə edib. Fransız səfir Ermənistana Fransa istehsalı olan “GM-200” radar sistemlərinin də verildiyini bildirib.

 

Xatırladaq ki, Fransa bundan öncə də Ermənistana açıq şəkildə hərbi yardımlar göstərmiş, terrorçu dövləti zirehli maşınlar və müxtəlif texnikalarla silahlandırmışdı.

 

Parisin İrəvana göstərdiyi hərbi-siyasi yardımın arxasında Fransanın regionda möhkəmlənmək niyyətinin dayandığı şübhəsizdir və bu, erməni politoloqları tərəfindən də inkar edilmir. Lakin Fransanın getdikcə güclənən antiAzərbaycan siyasətinin arxasında həm də öz şəxsi məğlubiyyətindən doğan qəzəb və özünütəsdiq istəyi dayanır.

 

Fransanın hərbi qüdrəti ordumuz, siyasi qüdrəti isə Prezidentimiz tərəfindən dəfn olunub

 

Fransanın Ermənistana hərbi-siyasi və maliyyə dəstəyinin Birinci Qarabağ müharibəsi və atəşkəs dönəminə dayandığı məlumdur. Bu da sirr deyil ki, rəsmi Paris 44 günlük Vətən müharibəsi dönəmində də Ermənistaan açıq dəstək sərgiləmiş, Azərbaycana qarşı diplomatik və informasiya müstəvisində əsl cəbhə açmışdır. Lakin Franda və digər ermənipərəst dövlətlərin İrəvana göstərdiyi bütün yardımlara rəğmən, Azərbaycan erməni faşizmini 44 gün içində darmadağın etdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun simasında həm də Fransa və digər ermənipərəst dövlətləri hərb meydanında məğlubiyyətə uğratdı.

 

Fransanın beynəlxalq hüquqa zidd siyasəti isə Müzəffər Ali baş Komandan İlham Əliyev tərəfindən elə müharibənin gedişindəcə ifşa edildi. Prezident İlham Əliyev müharibə dövründə dünyanın nüfuzlu televiziyalarına və media orqanlarına verdiyi müsahibələrdə Makron rejiminin antibəşəri və antidemokratik mahiyyətini dəmir siyasi məntiqi ilə ortaya qoydu.

 

Bu gün əminliklə demək olar ki, Fransanın hərbi qüdrəti ordumuz, siyasi qüdrəti isə Prezidentimiz tərəfindən dəfn olunub. Və bu tarixi reallığı heç bir siyasi hay-həşir, heç bir diplomatik bəyanatla inkar etmək, pərdələmək mükün deyil.

 

Parisin özünütəsdiq istəyi və revanş arzusu...

 

Bu gün balaca Ermənistanı özü böyüklüyündə hərbi bazaya çevirmək üçün maksimum qüvvə sərf edən Fransa, bununla sadəcə İrəvana yardım etmək deyil, həm də özünü, dəfn edilmiş hərbi-siyasi nüfuzunu sübut etməyə çalışır. Bölgədə yeni bir qarşıdurmanı tətikləmək və bu dəfə Ermənistanın hərbi uğurunu təmin etməyə çalışan Fransa, bununla içindəki qəzəb və nifrət zəhərini qusmağı, bu yolla rahatlığa qovuşmağı planlaşdırır. Lakin rəsmi Paris unudur ki, Azərbaycan Fransaya sadəcə hərb və siyasət meydanında deyil, həm də mənəviyyat sferasında qalib gəlib. Buna sübut kimi sadəcə bir fakta diqqət çəkmək kifayətdir.

 

Azərbaycan vaxtiylə Heydər Əliyev Fondunun vasitəsilə Fransadakı bir neçə kilsə və mədəni abidənin, eləcə də 2009-cu ildə Notr-Dam kilsəsinin  təmirini həyata keçirmiş, bununla da bəşəri, mədəni və mənəvi dəyərlərə sevgi və ehtiramını ortaya qoymuşdur. Fransa isə buna cavab olaraq Bakıya öz təşəkkürünü məscid və mədəni abidələrimizi raket zərbələri ilə külə döndərən Ermənistanı silahlandırmaqla cavab vermişdir. Hansı ki, bu siyasətini bu gün də davam etdirməkdədir. Hər iki ölkənin eyni dəyərlərə olan fərqli münasibəti “mədəni” Fransanın əxlaq və mənəviyyat məsələsində ölkəmizdən müqayisəolunmaz dərəcədə geridə qaldığını göstərir.

 

Bəli, Fransa artıq bir dəfə ölkəmizə hərbi, siyasi və mənəviyyat sahəsində uduzub və bu məğlubiyyət bütün dünyanın gözü önündə baş verib. Lakin Paris Ermənistana hərbi dəstəyini dayandırmasa, o zaman bu məğlubiyyətin Fransa üçün yenidən təkrarlanacağı şəksizdir.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər