İranın birbaşa hücum edəcəyi halda İsrailin necə cavab verəcəyi açıqlandı...-“Elaf”
Ekskluziv
2661
09 Apr 2024 | 17:45

İranın birbaşa hücum edəcəyi halda İsrailin necə cavab verəcəyi açıqlandı...-“Elaf”

İran iki general və beş “SEPAH” zabitinin ölümü ilə nəticələnən son Dəməşq hücumuna cavab olaraq İsrailə birbaşa hücum edərsə, İsrail İranın nüvə obyektlərinə zərbələr endirəcək. 
 
Moderator.az “9-cu kanal”a istinadla  xəbər verir ki, Londonda nəşr olunan müstəqil ərəbdilli “Elaf” qəzeti bu barədə Qərb təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən “eksklüziv” qeydlə məlumat yayıb.
 
Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri son günlər intensiv məxfi təlimlər keçirir. Bu təlimlərdə israilli aslar(peşəkarlar) İslam Respublikasının ölkənin dərinliklərində yerləşən əsas infrastrukturuna mümkün hücumları məşq edir. Təlimdə uzaq məsafələrə uçmağa və İrandakı strateji hədəflərə, o cümlədən İranın nüvə layihəsində iştirak edən zavodlara zərbələr endirməyə hazırlaşan müxtəlif növ qırıcı təyyarələr iştirak edir.
 
Amerika mediası İran və ABŞ kəşfiyyat mənbələrinə istinadla öz növbəsində İranın ballistik raketlər və kamikadze pilotsuz uçan aparatlardan istifadə etməklə İsraildəki onlarla strateji obyekti, o cümlədən enerji infrastrukturunu vurmağa hazır olduğunu bildirib.
 
Nəşrin yüksək rütbəli mənbəsi etiraf edir ki, bəlkə də İranı ölümcül qərarlar qəbul etməkdən saxlayan İsrailin hətta Qəzzadakı müharibə üsulları ilə bağlı ölkələr arasında son vaxtlar intensivləşən müzakirələrə baxmayaraq, ABŞ-dən açıq və qeyd-şərtsiz hərbi və siyasi dəstəyidir. Aydındır ki, İsrail lazımi dəstəyi, silah və texnikanı alacağına tam əmindir, çünki ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunu dəfələrlə əmin edib ki, Birləşmiş Ştatlar istənilən şəraitdə İsrailin yanında qalacaq.
 
Nəşr məlumatlı mənbələrə istinadla onu da qeyd edir ki, regionun gələcəyi, xüsusən də İran və İsrail arasındakı gərginliklə bağlı hər an ölümcül təhlükə yarana bilər. 
 
“Elaf" vurğulayır ki, İranın yaxın günlərdə İsraildən “qətiyyətlə qisas almaq” təhdidlərini nəzərə alsaq, hücum olacağı halada İsrailin ikiqat sərt cavab verəcəyinə əmin olmaq olar".
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər