“Rusiya Qabil, Ukrayna Habildir: Qabil Habili öldürdü...”-Kuçmadan mükəmməl müqayisə...
Ekskluziv
3314
08 Apr 2024 | 17:55

“Rusiya Qabil, Ukrayna Habildir: Qabil Habili öldürdü...”-Kuçmadan mükəmməl müqayisə...

“...Ukraynanın artıq qardaşı yoxdur. Rusiya Qabildir... Qardaşın düşmən olması xəyanətdən də betərdir...”
 
Rusiya və Ukrayna bir-birinə yaxın xalqlar idi, lakin indi onlar düşmən olublar və bu, Moskvanın günahı ucbatından baş verib.
 
Moderator.az xəbər verir ki, bu fikri Ukraynanın keçmiş prezidenti (1994-2005) Leonid Kuçma Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində ifadə edib.
 
Jurnalist siyasətçi ilə söhbətində qeyd edib ki, ruslar və ukraynalılar qardaş xalqlar hesab olunur. Kuçma xristian olduğu üçün “qardaşlar arasında düşmənçilik və hətta nifrət olduğunu” bildiyini qeyd edib və buna misal olaraq Bibliyada - “Əhdi-Ətiq”dəki “Qabil və Habil” hekayəsini göstərib.
 
“Qabil Habili öldürdü... Ukraynanın artıq qardaşı yoxdur. Rusiya Qabildir” deyən sabiq dövlət başçısı “qardaşın düşmən olması xəyanətdən də betərdir”,-deyə vurğulayıb.
 
Kuçma iki ölkə arasındakı münasibətlərin pozulmasına görə Rusiya prezidenti Vladimir Putini günahlandırıb. Keçmiş prezidentin sözlərinə görə, Kiyev həmişə Moskva ilə bərabərhüquqlu və mehriban münasibətlər qurmaq istəyib, “baxmayaraq ki, indi bu, absurd görünür”, Rusiya isə “hamını düşmən və vassallara bölür”...
 
S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər