Slovakiyada Putinin qatı tərəfdarı prezident seçkilərində qalib gəlib
2964
07 Apr 2024 | 17:31

Slovakiyada Putinin qatı tərəfdarı prezident seçkilərində qalib gəlib

"Pelleqrini seçki kampaniyası zamanı Macarıstan baş naziri Orbanın 2022-ci ildə seçkilərdə tətbiq etdiyi taktikanı təkrarlayıb..."
 
"Pelleqrininin qələbəsilə Slovakiya baş nazirinin Avropa İttifaqında mövqeləri daha da möhkəmlənəcək..."
 
Slovakiya seçiciləri Ukraynaya hərbi və maliyyə yardımının əleyhinə çıxan namizədin qələbəsinə səs verməklə Mərkəzi Avropada siyasi qüvvələrin Rusiya ilə dostcasına mövqelərini möhkəmləndirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
 
Səslərin 99 faizinin hesablanmasının nəticələrinə görə, baş nazir Robert Fitsonun müttəfiqi Peter Pelleqrini Slovakiyanın yeni prezidenti olacaq.
 
Pelleqrini prezident seçkilərinin şənbə günü keçirilən ikinci turunda 53 faiz səslə qalib gəlib. Sabiq xarici işlər naziri İvan Korçak 47 faiz səs toplayıb. Seçici fəallığı 61 faiz təşkil edib.
 
Slovakiyada prezidentin səlahiyyətlərinin məhdud olmasına rəğmən, bu seçkilərə Rusiyaya münasibətdə baxışların xeyli dərəcədə fərqləndiyi siyasi düşərgələr arasında möhkəmliyin sınağı kimi baxılıb, qəzet qeyd edir.
 
Prezident seçkilərində məğlub olan sabiq xarici işlər naziri İvan Korçak Ukraynanın qatı tərəfdarı və Fitsonun tənqidçisidir. Bəlli olduğu kimi, baş nazir Robert Fitso Macarıstan baş naziri Viktor Orbanla birgə Ukraynaya yardım göstərilməsinin əleyhinə çıxış edir.
 
Pelleqrini Fitsonun dəstəyinə söykənərək artıq qələbəsini elan edib. O, bu bəyanatla Korçak öz məğlubiyyətini etiraf edəndən sonra çıxış edib.
 
Şərhçilər qeyd edir ki, ikinci turdan öncə Pelleqrini hakim sol millətçi koalisiya seçicilərini səfərbər etməyi bacarıb. Seçki kampaniyası zamanı o, Macarıstan baş naziri Orbanın 2022-ci ildə seçkilərdə tətbiq etdiyi taktikanı təkrarlayıb.
 
"O zaman hakim partiya yalandan iddia edib ki, əsas müxalif lider macar əsgərlərini Ukraynanın Rusiyaya qarşı müharibəsinə göndərmək istəyib.
 
Pelleqrini də belə böhtandan Korçaka qarşı tətbiq edib, onu müharibənin qızışdırıcısı adlandırıb və Slovakiya qoşunlarını Ukraynaya göndərmək niyyətində olduğunu göstərib. 
 
Korçak özünü müdafiə edərək belə planlarının olmadığına təkid edib. Həm də Slovakiyada prezident vəzifəsi belə hərəkətlər üçün səlahiyyət vermir", - qəzet yazıb.
 
Seçkilərin ikinci turu ərəfəsində bütün Slovakiya boyunca Pelleqrinin portretləri və "Slovakiya Ukraynaya bircə əsgər belə göndərməyəcək" sözləri olan reklam lövhələri yerləşdirilib.
 
Hazırda Slovakiya parlamentinin rəhbəri postunu tutan Pelleqrini  iyun ayında prezident vəzifəsini tutacaq. O, ikinci müddətə öz namizədliyini irəli sürməyən Zuzana Çaputovanı əvəzləyəcək.
 
Korçakın seçkilərdə məğlubiyyəti Fitso üçün böyük impuls olub. İndi Slovakiya baş naziri prezidentin müdaxiləsi olmadan öz gündəliyini müdafiə edə biləcək.
 
Bu isə Qərb liberalı olaraq özünün məhdud səlahiyyətlərindən Fitsonun Rusiya tərəfə "dreyf" etməsinə qarşı istifadə edən Zuzana Çaputovanın gedişindən sonra əhəmiyyətli dəyişikliklərə gətirib çıxaracaq, nəşr yazıb.
 
Pelleqrininin seçilməsi həmçinin Macarıstanın Slovakiyaya sərgilədyi qarşıdurma yanaşmasının daha da kəskinləşməsinə gətirib çıxara bilər, qəzet qeyd edir.
 
Slovakiya parlament respublikasıdır, lakin prezidentin bir sıra mühüm səlahiyyətləri var. O, qəbul edilən qanun lahiyələrinə veto qoya bilər, Konstitusiyaya görə baş naziri təyin edir və Ali Baş Komandandır.
 
Pelleqrini Fitsoya nisbətən öz bəyanatlarında daha ehtiyatlıdır, lakin o, əvvəllər də Ukraynaya o cümlədən ərazi itkiləri hesabına sülh danışıqlarına çağırış edib, həmçinin Kiyevə dəstəkdə "ehtiyatlı olmaqdan" danışıb.
 
Slovakiya və qonşu Çexiyadakı şərhçilər qeyd edir ki, Pelleqrininin qələbəsilə Slovakiya baş nazirinin o cümlədən Avropa İttifaqnda mövqeləri daha da möhkəmlənəcək, orada Slovakiya və Macarıstan faktiki olaraq Ukraynaya dəstək məsələsində blok təşkil edir.
Link kopyalandı!
Son xəbərlər