“Nə qədər neqativ hallar olsa da, Türkiyə demokratik dövlətdir...”
2792
03 Apr 2024 | 17:09

“Nə qədər neqativ hallar olsa da, Türkiyə demokratik dövlətdir...”

“Nə qədər pozuntular olsa da, bu, seçkilərin ümumi nəticəsinə təsir göstərmir, xalqın iradəsi özünü nümayiş etdirərək ortalıqda rəsmiləşə bilir...”
 
“Əvvəla, Türkiyədə müxalifətin son bələdiyyə seçkilərindəki qələbəsi bir daha göstərdi ki, nə qədər neqativ hallar, əyintilər, hakimyyətdəkilərin vəzifələrindən sui-istifadə etməsi, rüşvət, korrupsiya, monopoliya halları olsa da, Türkiyə demokratik dövlətdir və  ölkədə seçkilər demokratik keçirilir”.
 
Bu fikri Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal partiyasının fəxri lideri, istiqlalçı deputat Etibar Məmmədov “Müxalifətin son bələdiyyə seçkilərindəki qələbəsi, sizcə, Türkiyənin gələcəyi üçün nələr vəd edir?” sualını cavablandırarkən ifadə edib
 
“Və nə qədər pozuntular olsa da, bu, seçkilərin ümumi nəticəsinə təsir göstərmir, xalqın iradəsi özünü nümayiş etdirərək ortalıqda rəsmiləşə bilir.  Yəni bu, Türkiyənin bütün dünyada, xüsusən də müsəlman ölkələri arasında göstərdiyi ən böyük bir nümunədir. Bu mənada da Türkiyənin gələcəyinə heç bir təhlükə yoxdur”- deyə davamında siyasətçi vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər