Bizi sosial şəbəkələrdən izləyin:
“Mən təslim olmamaq qərarına gəldim”.
Moderator.az xəbər verir ki, “Hraparak”ın yaydığı məlumata görə, bunu Ermənistan Baş naziri Nikol Paşinyan dünən hakim partiya üzvləri ilə görüşdə söyləyib.
“Hamımız insanıq, mən başqa yerdən gəlməmişəm, sizin mühitinizdə doğulmuşam, sizin mühitinizdə böyümüşəm, amma başa düşmək olar, deyilmi, baş verənlərin hamısı psixoloji, insani, mənəvi, siyasi cəhətdən çox ağırdır... Üstəlik, mən də eyni hesablamanı özüm üçün edirəm, deyirəm ki, ölkənin maraqlarına uyğun ola biləcək varianta baxaq, mən və ya biz imtina edək, o halda bu yoldan getməliyik. Amma bütün təhlillərim göstərir ki, yox, o, vətənə xəyanət olardı”, - deyə Paşinyan davamında bildirib.
Xatırladaq ki, dünən aprelin 1-i səhər saatlarında Ermənistanın Baş naziri Nikol Paşinyanın Tavuşda vəziyyəti sakitləşdirmək üçün istefa verəcəyi haqda məlumatlar yayılmışdı.
Məlumata görə, bununla əlaqədar Baş nazir partiyanın təcili iclasını keçirib.
“Azərbaycanın keçmiş anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan bir müddət hakimiyyətdən getməyə qərar verib. Bununla da o, həm özünü, həm də hökumətini “xilas etmək” fikrindədir”, - “Johovurd” qəzeti belə iddia etmişdi.
S.Laçın