Ukrayna ordusu Rusiya sərhədi yaxınlığındakı 3 kənd üzərində bayraq qaldırdı...-VİDEO
Ekskluziv
2966
30 Mar 2024 | 18:39

Ukrayna ordusu Rusiya sərhədi yaxınlığındakı 3 kənd üzərində bayraq qaldırdı...-VİDEO

“Polad Kordon” qvardiya hücum briqadasının sərhədçiləri Şabelnoye, Pesçanoye və Deqtyarnoye yaşayış məntəqələri üzərində Ukrayna dövlət bayrağını qaldırıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti telegram-kanalda informasiya yayıb. Departamentin məlumatına görə, söhbət Rusiya sərhədi yaxınlığındakı “boz zona”dan gedir.
 
“Xarkov vilayətindəki bu yaşayış məntəqələri Rusiya Federasiyası ilə dövlət sərhədinin yaxınlığında, “boz zona” adlanan ərazidə yerləşir”, - məlumatda belə deyilir.
 
O da qeyd olunur ki, dağıdılmış kəndlərin ərazisi sıx minalanmışdır və düşmənin davamlı atəşinə məruz qaldığından yaşayış üçün yararsızdır.
 
Sərhədçilər qeyd edirlər ki, onlar əraziyə nəzarət edirlər və bununla da düşmənə buranın Ukrayna torpağı olduğunu və onun bura aid olmadığını xatırladırlar.
 
Video  burada:
 
S.Laçın
 
 
 
Link kopyalandı!
Son xəbərlər