Bakıda metrosunda “Wİ-Fİ
Ekskluziv
2661
28 Mar 2024 | 14:15

Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?

Uzun müddətdir ki, metroda “Wİ-Fİ" -ın quraşdırılması ilə bağlı söz-söhbətlər gəzir. Sosial şəbəkə istifadəçiləri metroda pulsuz “Wİ-Fİ” -ın çəkiləcəyi ilə bağlı paylaşımlar edir. Bəs görəsən bu nə qədər realdır? 
 
Mövzu ilə bağlı "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Moderator.az-a danışdı. Bildirdi ki, belə bir tələb yoxdur:
“Biz "Bakı Metropoliteni” olaraq dünya metropolitenlərində, ümumən ictimai nəqliyyat sektoru da daxil olmaqla müxtəlif tətbiqi istiqamətləri daim öyrənir, diqqətdə saxlayırıq. Müntəzəm olaraq da monitorinqlər aparırıq. Bakı Metropolitenində “Wİ-Fİ” tətbiqini qurşadırmaq o qədər də aktual deyil. Belə ki, mobil operatorlar tunellərdə internetə çıxışı təmin edə bilirlər. Bu sistemlər də get- gedə təkmilləşir. Əgər "Wİ-Fİ”-ın çəkilməsi məsələsi belə bir zamanda aktual, effektiv olarsa o zaman  "Bakı Metropoliteni” tətbiq üzərində düşünə bilər”.
 
Moderator.az
Link kopyalandı!
Son xəbərlər