2117
19 Mar 2024 | 12:23

"Biz sülh istəyiriksə, müharibəyə hazırlaşmalıyıq" - Şarl Mişel

 
"Biz Rusiyanı dayandırmaq üçün Ukraynaya kifayət qədər dəstək verməsək, növbəti qurban biz olacağıq..."
 
"Biz başqalarına daha bel bağlaya bilmərik, öz təhlükəsizliyimiz üçün məsuliyyəti öz üzərimizə götürməliyik..."
 
"Avropa demokratik dünyanı müdafiə etmək qabiliyyətini möhkəmləndirməlidir..."
 
Rusiya Ukraynada dayanmayacaq və bu təhlükəyə müqavimət göstərmək üçün Avropaya yeni təhlükəsizlik və müdafiə ruhu gərəkdir.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel "Der Spiegel" nəşrindəki məqaləsində deyilir.
 
O, qeyd edir ki, Ukraynada müharibənin başlanmasından ötən iki ildən sonra aydın olub ki, Rusiya on il öncə Krımda dayanmadığı kimi, Ukraynada da dayanmayacaq. Rusiya Moldovada, Gürcüstanda, Cənubi Qafqazda, Qərbi Balkanlarda, hətta daha irəliyə gedərək Afrika qitəsində də özünün sabitliyi pozmaq taktikasını davam etdirir.
 
"Rusiya bizim Avropa qitəmiz və qlobal təhlükəsizlik üçün ciddi hərbi təhlükə törədir. Əgər biz Avropa İttifaqı olaraq düzgün cavab tapa bilməsək və Ukraynaya Rusiyanı dayandırmaq üçün kifayət qədər dəstək verməsək, növbəti qurban biz olacağıq.
 
Ona görə də biz müdafiəyə hazır olmalı və hərbi iqtisadiyyata keçməliyik. Bizim öz təhlükəsizliyimiz üçün məsuliyyəti öz üzərimizə götürməyimizin zamanı yetişib. Biz başqalarına daha bel bağlaya və ya ABŞ-da və ya digər ölkələrdəki seçki dönəmlərinin əsarətində qala bilmərik", - o, yazıb.
 
Onun sözlərinə görə, Avropa demokratik dünyanı müdafiə etmək qabiliyyətini möhkəmləndirməlidir.
 
"Daha güclü Avropa həmçinin NATO Alyansının möhkəmləndirilməsi və bizim kollektiv müdafiəmizi gücləndiriməsinə kömək edəcək. Biz əldə etdiklərimizə görə qürur duya bilərik, lakin bundan daha çoxunu etməliyik", -h Mişel yazıb.
 
Siyasətçi iddia edir ki, Avropa ikinci dünya savaşı dönəmindən bəri öz təhlükəsizliyinə ən ciddi çağırışla üz-üzədir və o, öz müdafiə qabiliyyətini inkişaf etdirməlidir.
 
"Bu, bizim düşüncə tərzimizin təhlükəsizliyimizin strateji düşüncəsinə tərəf dəyişilməsinə gətirib çıxaracaq.
 
Biz Ukraynaya üstünlük verməliyik, bizim xərclərimiz daha çox, daha ağıllı və daha az fraqmentli olmalıdır. Özümüzün müdafiə qabiliyyətimizi möhkəmləndirməklə biz Ukraynanı döyüş meydanında bütün zəruri olanlarla təmin etməliyik.
 
Ukrayna əsgərlərinə təcili olaraq güllə və raketlər, həmçinin hava məkanına nəzarət etmək üçün hava hücumundan müdafiə sistemləri gərəkdir.
 
Biz Avropa büdcəsini Ukrayna üçün hərbi texnikanın alınmasına yönəltməliyik. Gəlin, Rusiya aktivlərinin dondurulmasından əldə edilən gəlirdən Ukrayna üçün silahların alınmasına  istifadə edək", - o, çağırış edib.
 
"Bu, bizim şirkətlərə planlaşdırmada daha çox əminlik yaradacaq. Çoxillik müqavilələr onlar üçün həmçinin istehsal gücünün artırılmasına stimul verəcək.
 
Bu, bizim müdafiə sənayemizi möhkəmləndirəcək, müdafiəyə hazırlığımızı yüksəldəcək, həmçinin iş yerləri yaradacaq və bütün Avropa İttifaqında artımı təmin edəcək. 
 
Müdafiəyə qoyulan investisiyalar bahadır, lakin bunsuz biz müdafiə istehsalımızı artıra bilmərik. Biz dövlət və özəl maliyyələşməyə sənayeçilərin çıxışını yüngülləşdirən yollar açmalıyıq", - o, əlavə edib.
 
Rusiyanın Avropaya mümkün hücumu
 
Almaniya xüsusi xidmət orqanlarının təhlilinə görə, Moskva növbəti beş il ərzində öz hərbi gücünü iki dəfə artıra və artıq yaxın zamanlarda NATO ölkələrinə hücum edə bilər.
 
"Business İnsider" nəşrinin yazdığına görə, Almaniya kəşfiyyatının açıqlanan hesabatında iddia edilir ki, Moskva Qərblə əsaslı münaqişəyə hazırlaşır, bunu ordunun strukturunun yenidən qurulması, qoşunların yerdəyişməsi və raketlərin ölkənin qərbində yerləşdirilməsi sübut edir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər