“Böyük dövlətlər bu məsələni ortaya qoyub yenə ermənilərdən alət kimi yararlana bilər...”
Ekskluziv
2804
07 Mar 2024 | 11:24

“Böyük dövlətlər bu məsələni ortaya qoyub yenə ermənilərdən alət kimi yararlana bilər...”

“Əlbəttə, nəticəmiz göz önündədir, Azərbaycan üçün son 30-32 ildə xəyala gələ bilməyən hədəflərə çatdıq. Ərazilərimiz işğaldan azad olundu, erməni əhali də Qarabağdan könüllü çıxıb getdi. Bu hər cəhətdən yüksək qiymətləndirilməlidir...”
 
Son 4 il ərzində 30 il boyu düyünə düşmüş Qarabağ məsələsi ətrafında gözlənilməz və sürətli  proseslər getdi. Məlum 8 kənd istisna olmaqla Azərbaycan Respublikası çapında ərazi bütövlüyümüz  bərpa edildi. XIX əsrin əvvəllərindən bəri Rusiya imperiyası tərəfindən kütləvi şəkildə Qarabağa köçürülmüş ermənilər üçün də çox gözlənilməz olaylar baş verdi; həmin Rusiyanın “susqunluğu” fonunda və  “sülhməramlı” adlanan hərbi birləşməsinin gözü qarşısında Azərbaycanın ölkə vətəndaşlığını qəbul etmələri təklifini rədd edən hayların, demək olar ki, hamısı Qarabağı tərk edib Ermənistana köçdü. Bəs Görəsən, bununla Azərbaycan üçün Qarabağ məsələsinin tam bitdiyini hesab etmək olarmı? Bir yüzillikdən çox Türkiyənin başında qondarma “erməni soyqırımı” asıldığı kimi, bu “120 minlik” erməni köçü də saxta “etnik təmizləmə” adı altında uzun müddət Azərbaycanın başı üzərində “Domokl” qılıncı təki asılmayacaq ki?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında 22 il Qarabağ Azadlıq Təşkilatına rəhbərlik etmiş və 2022-ci ildən  həmin qurumun bazasında yaradılmış Azad Vətən partiyasının sədri olan  Akif Nağı bu fikirləri dilə gətirib:
 
“Əlbəttə, nəticəmiz göz önündədir, Azərbaycan üçün son 30-32 ildə xəyala gələ bilməyən hədəflərə çatdıq. Ərazilərimiz işğaldan azad olundu, erməni əhali də Qarabağdan könüllü çıxıb getdi. Bu hər cəhətdən yüksək qiymətləndirilməlidir. Dediyiniz təhlükə mümkün variantlardan biridir.  Fəqət unutmayaq ki, ermənilər heç vaxt öz istəkləri və maraqlarına uyğun hərəkət etməyiblər. Qondarma "soyqırımı" məsələsi də özlərinin təşəbbüsü deyildi, müəyyən dövlətlər, məsələn, əvvəlcə SSRİ, sonralar isə Qərb bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi yararlanmaq məqsədi güdürdülər. Bunun üçün ermənilərdən alət, maşa kimi istifadə edirdilər. İndi böyük dövlətlərdən hansısa Azərbaycana təzyiq etmək fikrinə düşsə, "120 min" məsələsini ortalıga qoyub yenidən ermənilərdən alət kimi istifadə edə bilərlər...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər