Ekskluziv
2346
06 Mar 2024 | 21:22

"Fələstinin Türkiyə və türk xalqının qəlbində müstəsna yeri var" - Ərdoğan

"151 gündür ki, biz əsrin ən böyük barbarlıqlarından birinin şahidləriyik..."
 
"Fələstin məsələsinin ədalətli həlli olmadan Yaxın Şərqdə sülh bərqərar ola bilməz..."
 
Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbas Türkiyəyə üçgünlük səfərə gəlib. 
 
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
 
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Fələstin nümayəndə heyətini qəbul edərkən bəyan edib ki, "Türkiyə və türk xalqı həmişə Fələstinin işinə dəstək verib və verəcək, Fələstinin onların qəlbində müstəsna yeri var".
 
"Bizim fələstinli qardaş-bacılarımız öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayır. 151 gündür ki, biz əsrin ən böyük barbarlıqlarından birinin şahidləriyik.
 
Qərb dövlətlərinin qeyri-məhdud dəstəyi ilə Netanyahu və onun çarəsiz administrasiyası Fələstin xalqına qarşı misli görünməyən soyqırım törədir", - Ərdoğan vurğulayıb.
 
İsrailin qəddar təcavüzünə qarşı mübarizə vasitələri müzakirə edilən danışıqlardan sonra tərəflər birgə mətbuat konfransı keçirib.
 
"Beynəlxalq aləmdə və beynəlxalq forumlarda da təcacüzə son qoyulması, Fələstin xalqının beynəlxalq birlik tərəfindən müdafiəsi və Fələstin Dövlətinin BMT-nin tam hüquqlu üzvlüyündən başlanan siyasi qərarın axtarışı üzrə səylər müzakirə edilib", - Mahmud Abbas deyib.
 
O, "Fələstin xalqının Qəzza bölgəsindən və ya İordan çayının Qərb sahili və Qüdsdən sıxışdırılmasının" qəbuledilməz olduğunu, "İsrail qüvvələrinin Qəzza bölgəsindən tamamilə çıxarılmasının zəruriliyini" qeyd edib və özünün türkiyəli həmkarına və qardaş türk xalqına dəyişməz mövqeyinə görə minnətdarlığını bildirib.
 
Öz növbəsində Ərdoğan vurğulayıb ki, "möhkəm sülhə aparan yol paytaxtı Şərqi Qüds olmaqla  suveren, coğrafi cəhətdən qonşu Fələstin dövlətinin yaradılmasıdır".
 
"Son hadisələr fonunda aydın olub ki, Fələstin məsələsinin ədalətli həlli olmadan Yaxın Şərqdə sülh bərqərar ola bilməz", - Türkiyə prezidenti bəyan edib.
 
O, həmçinin məlumat verib ki, Türkiyə "fələstinlilərin mübarizəsini ən qəti şəkildə müdafiə etməkdə və Fələstin xalqının təhlükəsizliyi və rifah halının yüksədilməsinə yönələn səylərə dəstək verməkdə davam edəcək".
Link kopyalandı!
Son xəbərlər