Bizi sosial şəbəkələrdən izləyin:
“Diqqətinizə görə təşəkkürümü bildirirəm. Doğum günü mənim üçün adi günlərdən seçilmir, sadəcə bir az mənə qarşı diqqət olduğu üçün çox sevinirəm. Ətrafımda olan insanlar məni təbrik edir. Bu təbriklərin sayı o qədər uzun olur ki. 5 martda anadan olmuşam, ayın 3-dən məni təbrik edirlər, düz 8 marta qədər. Bu da mənim üçün çox xoşdur. Açığını deyim ki, xoşuma gəlir. İnsanlar var ki, onlara fərq etmir, amma mən sevinirəm. Çünki insanların yaddaşında yaxşı qalanda, onlardan xoş sözlər eşidəndə əlbəttə ki, bu mənə də yaxşı təsir bağışlayır. Bütün tamaşaçılarıma, məni istəyənlərə, sevənlərə öz təşəkkürümü bildirirəm”
Bunu Moderator.az-a özəl açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, xalq artisti Səidə Quliyeva deyib.
O daha sonra əlavə edib.
“46 ildir ki, sənətimlə tamaşaçıların görüşünə gəlirəm. Bu mənim üçün dünyada ən böyük xoşbəxtlikdir. Ən gözəli də budur ki, anam yanımdadır. Mən sizinlə danışa-danışa üzümə baxır. Bu çox böyük xoşbəxtlikdir ki, bu yaşda anam yanımdadır. Düzdür, bir az sağlamlığında problem var, yaşı da çoxdur. Sənət mənim üçün çox böyük zirvədir. Əgər zərrə qədər də olsa mənim tamaşaçıların ürəyində yerim varsa, nə bəxtəvər mənə. Sənət mənim həyatımdır. Dövlətim tərəfindən bütün fəxri adlara layiq görülmüşəm. Buna görə xalqıma da, dövlət rəhbərlərimə təşəkkür edirəm ki, məni bu dərəcədə xalqıma sevdirə biliblər. Arzularım çoxdur. O qədərdir ki... Amma mən gerçək arzuları arzulayıram. Sənətdə də arzularım çoxdur, yeni rollar oynamaq. Ən vacibi də can sağlığıdır” deyə xalq artisti bildirib.