Ermənilərin donu açılacaq, yoxsa aysberqə dönəcək?
Oxunub: 2693
03 Mar 2024 | 21:27
Ermənilərin donu açılacaq, yoxsa aysberqə dönəcək?
Yeddi aydan çox müddətdə Azərbaycan və Ermənistan arasında danışıqlar delimitasiya komissiyasının iki dəfə keçirdiyi görüş istisna olmaqla yalnız onlayn formatda baş verdi və demək olar ki, nəticəsi də olmadı. Keçən iki həftə ərzində isə beynəlxalq müstəvidə iki ölkə arasında danışıqlar dövlət başçıları, XİN rəhbərləri səviyyəsində Münhendən başlayaraq, Berlin və Antaliyada davam etmiş, konkret nəticələr olmasa da, tərəflər arasında diplomatik yumşalmanın yarandığını və bunun özünün də bir nəticə olduğunu qeyd etmək olar. Əlbəttə, 44 günlük müharibədən sonra da bir sıra yumşalmalar, yaxınlaşmalar olsa da, sülh sənədinin imzalanması üçün real addım atılmadığını irad kimi bildirib, yenə də eyni mənzərənin yaranacağını söyləmək olar və burada haqlı məqamların olduğu inkaredilməzdir. Amma, hazırda Azərbaycan və Ermənistan münasibətlərindən çox, Rusiya və Ermənistan arasında mövcud gərginliyin daha da artdığı açıq şəkildə ortadadır və Antaliya diplomatik forumunda da RF XİN başçısının Ermənistanın yürütdüyü siyasətlə bağlı səsləndirdiyi fikirlərdə hiss olunan sətiraltı eyhamlarını perspektivdə mümkün sərt hərəkətə keçəcəyin anonsu kimi də dəyərləndirmək olar. Belə olduğu halda, Rusiya-Ermənistan münasibətlərinin gərginliyi Azərbaycana necə təsir edə bilər?
 
Buna aydınlıq gətirməyə çalışaq və Sergey Lavrovun Nikol Paşinyanın siyasəti ilə bağlı dediklərinin bu hissəsinə diqqət edək:”.. hamımız gözləyirik ki, Ermənistanın yekun qərarının nə olacağını bizə rəsmən təsdiq etsinlər. Sonra da bizə deyirlər: “Ancaq burada biz de-fakto olaraq KTMT-də donub qalacağıq və istəsək, de-yure də donduracağıq. Amma, Avrasiya İqtisadi İttifaqı bizim üçün hələ də maraqlıdır, çünki biz oradan nəsə alırıq”. Nəticədə ortaya çıxan mənzərə çox cəlbedici deyil. Ona görə də biz çox istərdik ki, erməni həmkarlarımız, erməni tərəfdaşlarımız yaşamağa necə davam etmək istədiklərinə və bizi müxtəlif inteqrasiya strukturlarında (o cümlədən KTMT) bağlayan razılaşmaları qarşılıqlı əsasda necə həyata keçirmək istədiklərinə özləri qərar versinlər. ", - deyə Lavrov yekunlaşdırıb. Təcrübəli diplomat bir neçə cümlədə ermənilər üçün gələcəkdə yaranacaq ağır vəziyyətin yaranmasında bütün günahların Ermənistan rəhbərliyində olduğunu vurğulayıb, qarşı tərəfə düşünmək üçün az bir zaman qaldığına eyham vurmuş oldu. Burada “ yaşamağa necə davam edəcəklər” ifadəsinə xüsusi diqqət yetirsək, görərik ki, bu siyasi yaşama yox, məhz Rusiyadan çox asılı olan erməni əhalisinin hansı çətinliklərlə üzləşəcəyinə işarədir. 
 
Ümumiyyətlə isə, hələ ki, Rusiya da, Ermənistan da bir-birilərinə qarşı söz deyir, ittiham edir, irad bildirir, yəni ritorika mübarizəsi gedir, amma hər iki tərəfdən əməl, hərəkət yoxdur. Ermənistan KTMT -də fəaliyyətini dondurduğunu desə də, təşkilatdan çıxmaq üçün müraciət etmir, çünki Lavrovun dediyi kimi, o zaman Ermənistanı iqtisadi baxımdan asılı olduğu Avrasiya İqtisadi İttifaqından da çıxarılmasını Paşinyan dərk edir və Qərbin tezliklə Rusiyanı əvəz etməyəcəyini də bilir. Lavrov buna “ özləri qərar versinlər” deməklə, günahın məhz Ermənistanda olduğunu erməni cəmiyyətinə mesaj vermiş oldu və Rusiyanın məsuliyyət daşımadığını anons etdi. 
 Bəs, bu söz atışmalarından sonra Rusiya və ya Ermənistan tərəfindən hansısa konkret addımlar atıla bilərmi və hər iki tərəfin addımında hədəfin Azərbaycanın olması mümkündürmü? Burada iki istiqamətin mümkünlüyü başqa versiyaları arxa plana çəkir. Birincisi, Ermənistan Rusiyanın üzərinə çox gedir ki, Kreml Azərbaycana təzyiqini artırsın və yenidən ermənilərin simpatiyasını qazansın. Qarabağ ermənilərinin geri dönməsi ilə bağlı RF XİN müavini M.Qaluzinin səsləndirdiyi mövqeni bu istiqamətdə atılan bir cəhd kimi dəyərləndirmək olardı. Amma, bu gediş heç də ermənilərin istəyinə tam cavab vermədi. Rusiya isə, Qarabağda hərbi kontingenti hələ də saxlamaqla Qarabağ ermənilərini geri qaytarmaq üçün “onların ən yaxşı vasitə” olduğunu bəyan edib Azərbaycanı bir müddət təzyiq altında saxladığını nümayiş etdirir. 
 
İkinci istiqamət daha inandırıcı təsir bağışlayır. Ermənistan qərbyönümlü siyasətini davam etdirərək, Qərbin siyasi, hərbi, iqtisadi köməyilə Rusiyanı Ermənistandan uzaqlaşdırmaq siyasətini davam etdirir və bu məqsədlə də Qərbin Azərbaycana qarşı təzyiqlər etməsini istəyir. Rusiya da bunu bilir və hələlik səbrlə, yalnız sözlə əks münasibətini ortaya qoyur, amma Lavrovun da Antaliyadakı çıxışından sonra hiss olunur ki, Paşinyan hakimiyyətini devirmək üçün iqtisadi təzyiq vasitələrini tezliklə işə sala bilər. Rusiya mövqeyini bəzən ictimailəşdirmədən də Paşinyana çatdıra bilir. Zelenskinin Ermənistana səfərinə açıq etiraz etməyən Kreml, başqa yolla İrəvana çatdırdı ki, səfər baş tutduğu halda onları nələr gözləyir və..nəticədə Paşinyan Zelenskinin səfərindən imtina etdi. 
 
Prezident seçkilərindən sonra, Rusiyanın ritorikadan hərəkətə keçəcəyi və Ermənistanı qarışdaracağı istisna olunmur. Ermənistan isə ya “dondurmuşuq” siyasətinə son verib Rusiya ilə müttəfiqliyini davam etdirəcək və ya daha da donaraq Qərbin hərtərəfli dəstəyi ilə şimal ayısı qarşısına aysberq kimi çıxacaq. Şimal isə aysberqlərə alışıqdır. 
 
Bütün variantlarda bizim siyasətimizin əsas hədəfi başqalarının qarşıdurmasından maksimum istifadə edərək maraqlarımızı sonadək qorumaq və hədəfə gəlməməkdir. Bölgəyə qlobal güclərin təzyiqinə son vermək üçün sülh müqaviləsinin imzalanamsı istiqamətində diplomatik addımlarımız daha təsirli olmalı, qardaş Türkiyə ilə koordinasiyalı siyasətimiz davam etməlidir. Bu günə qədər aparılan düzgün siyasətin nəticəsində qazandığımız böyük uğurların davamının şahidi olacağımız zaman uzaqda deyil.
 
İlham İsmayıl
Oxşar xəbərlər
00:29, Bu gün
Smartfonunu əlinizdə necə saxlayırsınız? - Bu, sizin xarakterinizdən xəbər verə bilər...
14 Apr 2024 | 23:58
“Bayer” stadiona gedən yola Xabi Alonsonun adını verib - FOTO
14 Apr 2024 | 23:56
İsrail ordusu İranın atdığı mərmilərin sayını açıqlayıb
14 Apr 2024 | 23:33
Bayden İordaniya kralı ilə İranın İsrailə hücumunu müzakirə edib
14 Apr 2024 | 23:04
Netanyahunun İran doktrinası bir gecəyə çökdü, bəs sonra?..
14 Apr 2024 | 22:54
“Bayer” ilk dəfə Almaniya çempionu oldu - Fotolar + Video
14 Apr 2024 | 22:26
İsrail İranın PUA və raketlərini belə vurdu – KƏŞFİYYAT ÇƏKİLİŞİ
14 Apr 2024 | 22:20
Lavrov iranlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
14 Apr 2024 | 21:51
Musleranın "Qalatasaray"da yeni maaşı bəlli oldu
14 Apr 2024 | 21:49
SON DƏQİQƏ: İsrail bu gecə İrana hücum edə bilər
14 Apr 2024 | 21:47
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
14 Apr 2024 | 21:30
Hakan Fidan Entoni Blinkenlə telefon danışığı aparıb
14 Apr 2024 | 21:10
İsrail prezidenti İranın zərbələrini müharibə elanı adlandırıb
14 Apr 2024 | 20:37
Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın ABŞ-li həmkarı ilə danışıqlar aparıb
14 Apr 2024 | 20:35
3 rayonun təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq - SƏBƏB
14 Apr 2024 | 19:53
Paytaxtda geniş yayılmış "kirayə ev" biznesi: Qanunlar niyə unudulub?
14 Apr 2024 | 19:29
Qantz: İsrail zamanı gələndə İrana cavab verəcək
14 Apr 2024 | 19:24
İsrailə hücumdan əvvəl İran və ABŞ Türkiyə vasitəsi ilə qarşılıqlı mesajlarını çatdırıb
14 Apr 2024 | 19:22
Netanyahunu İrana hücum planını təxirə salmağa kim razı salıb? - The New York Times açıqladı
14 Apr 2024 | 19:20
Azərbaycan boksçusu Avropa çempionu olub - FOTO
14 Apr 2024 | 19:19
Paytaxtda mənzildə meyit aşkarlanıb
14 Apr 2024 | 18:58
Bu mahnılar stress səviyyəsini azaldır
14 Apr 2024 | 18:40
İordaniya, İraq və Livan hava məkanlarını açıblar
14 Apr 2024 | 18:34
ƏHALİYƏ XƏBƏRDARLIQ! - aprelin 15-də...
14 Apr 2024 | 18:28
İranın bütün əsas aeroportları uçuşlara bağladıldı – RƏSMİ
14 Apr 2024 | 18:19
"İran Qüdsdəki bütün müqəddəs məbədləri raket atəşinə tutub"
14 Apr 2024 | 18:15
TƏBİB-dən 2 məktəblinin faciəvi ölümü ilə bağlı AÇIQLAMA - YENİLƏNDİ
14 Apr 2024 | 18:11
İordaniya Kralı COP29-a dəvət olunub
14 Apr 2024 | 18:11
Bu illərdə doğulanların xərçəngə tutulmaq riski daha yüksəkdir
14 Apr 2024 | 18:09
Türkiyə Qəzza bölgəsinə yeni azadlıq flotiliyası göndərir
14 Apr 2024 | 18:06
KİV: İsrail İrana cavab zərbəsi endirməyəcək
14 Apr 2024 | 18:04
Sağlam qalmaq üçün hər gün yeməli olduğunuz 8 qida
14 Apr 2024 | 17:58
Ukrayna  İsrail-İran müharibəsi meydanına çevrilir?
14 Apr 2024 | 17:49
Dünya liderlərinin İranın İsrailə misli görünməmiş hücumuna münasibəti- Qəti şəkildə
14 Apr 2024 | 17:43
Azərbaycan idman tarixində ilk
14 Apr 2024 | 17:39
Bakıda yaşayanlara ŞAD XƏBƏR
14 Apr 2024 | 17:31
Bu qadınlardan uzaq durun - Saman altından su yeridən bürclər
14 Apr 2024 | 17:25
SON DƏQİQƏ! Fransa öz vətəndaşlarını İrandan TƏCİLİ çıxmağa çağırdı
14 Apr 2024 | 17:19
11 nəfər imtahandan qovuldu
14 Apr 2024 | 17:11
Abdullahian AÇIQLADI - Hücumdan 72 saat əvvəl... 
14 Apr 2024 | 16:59
Rusiya yay hücumuna hazırlaşır- YENİ PLAN 
14 Apr 2024 | 16:50
"ABŞ bu səbəbdən dünyada təcrid olunmasından narahatdır" - NBS
14 Apr 2024 | 16:36
Türkan estetik əməliyyatdan sonra - FOTOLAR
14 Apr 2024 | 16:32
Dilarə Əliyeva bunu İLK dəfə edəcək
14 Apr 2024 | 16:27
İnsanı erkən və qəfil ölümdən bu xilas edir - Hər gün 7000...
14 Apr 2024 | 15:55
Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı
14 Apr 2024 | 15:52
İsrail ordusu Livanda "Hizbullah"ın hərbi obyektinə zərbə endirib
14 Apr 2024 | 15:50
DSX-nin Xüsusi Məktəbinə imtahan keçirilib
14 Apr 2024 | 15:47
Metroda ərini başqası ilə görən qadın GÖRÜN NƏ ETDİ - VİDEO
14 Apr 2024 | 15:41
DİM dövlət qulluğu vəzifələri üzrə imtahan keçirdi
14 Apr 2024 | 15:33
Zakir Həsənov İordaniya Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb
14 Apr 2024 | 14:54
Tramp: “Üçüncü dünya müharibəsinin qarşısını ancaq mən ala bilərəm”
14 Apr 2024 | 14:51
Britaniya, Fransa və Almaniya səfirləri İran XİN-ə çağırılıb
14 Apr 2024 | 14:40
Tanınmış aparıcıdan İrana: “Ya vur, ya da sus”
14 Apr 2024 | 14:35
Sabah üç rayonun bəzi yerlərində qaz olmayacaq
14 Apr 2024 | 14:22
XİN: Azərbaycan İranla İsrail arasında artan gərginlikdən dərin narahatdır
14 Apr 2024 | 14:15
Azərbaycan və İordaniya arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14 Apr 2024 | 14:10
İranın İsrailə hücumu nəticəsində 7 yaşlı uşaq ölməyib - YENİLƏNİB
14 Apr 2024 | 14:07
Gürcüstanda yol qəzalarının sayı rekord həddə çatıb
14 Apr 2024 | 13:47
ABŞ və İsrail İrana cavab versə, neft neçə dollara qalxa bilər?
14 Apr 2024 | 13:42
XİN: Rusiya Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır
14 Apr 2024 | 13:42
İranın İsrailə müəmmalı hücumu - Böyük savaşda kimlər maraqlıdır?
14 Apr 2024 | 13:32
“4 dəqiqəyə 7 min qazanıram” – VİDEO
14 Apr 2024 | 13:30
İsveçdə Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil edilib
14 Apr 2024 | 13:14
Kürdə suyun səviyyəsi artıb
14 Apr 2024 | 13:01
İddiaçılar Turniri: Nicat Abasov bu gün növbəti sınağına çıxır
14 Apr 2024 | 13:00
“Sədərək”də gənc parklanma ərazisindəki maşınların üzərində atılıb-düşdü - VİDEO
14 Apr 2024 | 12:58
Dilan Polata qarşı daha bir iddia: 7 il həbsi tələb edilir
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 12:52
ETSN dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
14 Apr 2024 | 12:50
Azərbaycan dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri - VİDEO
14 Apr 2024 | 12:45
Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq - HAVA PROQNOZU
14 Apr 2024 | 12:42
Azərbaycanlı gənc “Forbes” siyahısında
14 Apr 2024 | 12:33
İran-İsrail savaşı Azərbaycana hansı təhlükə yarada bilər?
14 Apr 2024 | 12:30
Banklara kiber hücumlar əsasən nə ilə bağlı olur?
14 Apr 2024 | 12:28
Orban Macarıstan Müdafiə Şurasını çağırıb
14 Apr 2024 | 12:25
Şahmat üzrə Azərbaycan çempionatında III turun görüşləri keçirilib
14 Apr 2024 | 12:16
İran ABŞ-a xəbərdarlıq edib
14 Apr 2024 | 12:15
Şəmkir kartofu bazarlarda niyə baha satılır? – VİDEO
14 Apr 2024 | 12:13
Süni ət təbii ətdən daha sağlamdır?
14 Apr 2024 | 12:12
Gəncədə bazarda yanğın olub
14 Apr 2024 | 12:10
"Beşiktaş" Santuşa nə qədər təzminat ödəyəcək?
14 Apr 2024 | 11:59
Dünyanın ən qəzəbli BÜRCLƏRİ! Kobud və zəhlətökəndirlər
14 Apr 2024 | 11:57
İsrail ordusu İran raket və PUA-larının 99%-ni vurub
14 Apr 2024 | 11:56
Azərbaycanın daha 4 idmançısı Avropa Kuboku turnirində mübarizəyə qoşulacaq
14 Apr 2024 | 11:46
Babası, atası və oğlu şəhid olan Arif İsmayılov vəfat etdi - FOTO/VİDEO
14 Apr 2024 | 11:43
SOSİOLOQDAN ETİRAZ: Valideynlər qızlarını  pul müqabilində...
14 Apr 2024 | 11:41
Bayden: İranın İsrailə hücumu uğursuz oldu
14 Apr 2024 | 11:40
Rusiyalı ekspert: İran simasını xilas etmək üçün İsrailə hücum edib
14 Apr 2024 | 11:39
Azərbaycan Ordusunda gender bərabərliyi ilə bağlı seminarlar keçirilib
14 Apr 2024 | 11:35
İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib
14 Apr 2024 | 11:28
Telefonlarımızı və kompüterlərimizi viruslardan necə qoruyaq?
14 Apr 2024 | 11:23
Hava ilə bağlı xəbərdarlıq edildi: Daşqın, sel olacaq...
14 Apr 2024 | 11:18
Karfagen dağıdılmayacaq: Rusiyanın xeyrinə olan “dron şousu” İranın nəyinə lazım idi?
14 Apr 2024 | 11:03
May tətillərinin vaxtı dəyişdirildi
14 Apr 2024 | 10:54
“III Dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm”
14 Apr 2024 | 10:49
Qazaxıstanda daşqınlar nəticəsində 4,8 mindən çox ev su altında qalıb
14 Apr 2024 | 10:40
İran İsrailə hücumu “qanuni və haqlı özünümüdafiə aktı” hesab edib
14 Apr 2024 | 10:29
Millət vəkili: "Zərifə Əliyeva xalqımızın yaddaşında heç zaman silinməyəcək"
14 Apr 2024 | 10:23
Anasının dilənərək yığdığı 100 min manatı oğurlayıb qaçdı - FOTO
GÜNLÜK
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:17
Böyük müharibə başladı: Amerikalılar və ingilislər də daxil oldu
14 Apr 2024 | 08:55
İranın İsrailə atdığı raket və dronların sayı haqda son məlumat açıqlandı...-"ABC NEWS"
14 Apr 2024 | 08:52
Baydendən ABŞ-ın İrana qarşı əməliyyatlarına reaksiya: Bizlik deyil 
14 Apr 2024 | 12:33
İran-İsrail savaşı Azərbaycana hansı təhlükə yarada bilər?
14 Apr 2024 | 13:32
“4 dəqiqəyə 7 min qazanıram” – VİDEO
14 Apr 2024 | 07:50
İrandan İsrailə:  Səhvlərini təkrarlama YOXSA...
14 Apr 2024 | 09:49
Bu bürclərin qarşıdakı üç gündə bəxti gətirəcək: bəzilərinin pulu göydən düşəcək, digərlərinin isə..
14 Apr 2024 | 12:13
Süni ət təbii ətdən daha sağlamdır?
HƏFTƏLİK
08 Apr 2024 | 12:24
Bu şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək
08 Apr 2024 | 07:29
Səhərlər bu 3 əlamət onkologiyanı göstərə bilir - DİQQƏT
09 Apr 2024 | 10:44
ƏDV çekləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – VİDEO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
09 Apr 2024 | 13:44
Pensiya alanların DİQQƏTİNƏ: "Yaxın günlərdə..." - RƏSMİ
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
09 Apr 2024 | 15:13
“Ceyhun Mirzəyevin qızını axtarırıq, onu aldadıb, əlindən pulunu alıblar”-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
09 Apr 2024 | 00:36
Bayramın ən şanslı üç bürcü məlum olub
AYLIQ
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:17
Böyük müharibə başladı: Amerikalılar və ingilislər də daxil oldu
14 Apr 2024 | 08:55
İranın İsrailə atdığı raket və dronların sayı haqda son məlumat açıqlandı...-"ABC NEWS"
14 Apr 2024 | 08:52
Baydendən ABŞ-ın İrana qarşı əməliyyatlarına reaksiya: Bizlik deyil 
14 Apr 2024 | 12:33
İran-İsrail savaşı Azərbaycana hansı təhlükə yarada bilər?
14 Apr 2024 | 13:32
“4 dəqiqəyə 7 min qazanıram” – VİDEO
14 Apr 2024 | 07:50
İrandan İsrailə:  Səhvlərini təkrarlama YOXSA...
14 Apr 2024 | 09:49
Bu bürclərin qarşıdakı üç gündə bəxti gətirəcək: bəzilərinin pulu göydən düşəcək, digərlərinin isə..
14 Apr 2024 | 12:13
Süni ət təbii ətdən daha sağlamdır?