2287
02 Mar 2024 | 11:55

"İsrail Müdafiə Ordusu Qəzza bölgəsindən qeyd-şərtsiz çıxmalıdır..."

 
"Görüş iştirakçıları İsrailin Fələstin xalqına qarşı təcavüzünə, fələstinlilərin öz doğma torpaqlarından zorla sıxışdırılması cəhdlərinə müqavimət göstərilməsi üçün birgə fəaliyyət haqqında razılığa gəlib..."
 
Fələstin fraksiyaları Moskvada İsraili Qəzzadan çıxarılmasına vadar etmək barədə bəyan edib
 
Fələstinin aparıcı fraksiyaları Moskvada İsrailin öz qoşunlarını Qəzza bölgəsindən çıxarmağa vadar etmək barədə razılığa gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə Qəzza bölgəsində nizamlanma üzrə Fələsinlə bağlı görüşün nəticələrinə dair birgə bəyanatda deyilir. Məlumatı "iz.ru" nəşri yayıb.
 
Görüş iştirakçıları öz başlıca vəzifələrinə, o cümlədən Qəzza bölgəsində, İudeya və Samariyada İsrail təcavüzünə, habelə fələstinlilərin öz torpaqlarından zorla çıxarılması cəhdlərinə müqavimət göstərilməsinə nail olmaq üçün birgə fəaliyyət haqqında bəyan edib.
 
Onlar ilk növbədə Fələstin işinə dəstək verdiyi üçün Rusiyaya minnətdarlıq edib. Bu barədə HƏMAS-ın rəsmi "Teleqram-kanal"ında görüşün yekunlarına dair dərc edilən bəyanatında deyilir.
 
Bəyanatda həmçinin Fələstin xalqının yeganə legitim nümayəndəsi kimi Fələstin Azadlıq Hərəkatının tərkibində "bütün Fələstin qüvvələri və fraksiyalarını əhatə edən hərtərəfli milli birliyə nail olunması" məqsədilə dialoqun davam etdirilməsinə hazırlıq ifadə edilib.
 
"Fraksiyalar Fələstin xalqı qarşısında duran təxirəsalınmaz vəzifələr və onlara nail olunması üçün birgə fəaliyyət  göstərilməsi ilə bağlı razılığını təsdiq edib, - HƏMAS-ın bəyanatında deyilir.
 
Bu başlıca vəzifələr arasında "Qəzza bölgəsində, İordan çayının Qərb sahilində və Qüdsdə Fələstin xalqına qarşı İsrail təcavüzünə ABŞ-ın yardımı və iştirakı ilə həyata keçirilən müqavimət göstərilməsi"  vəzifələridir.
 
Həmçinin qeyd edilir ki, bütün fraksiyalar "fələstinlilərin öz doğma torpaqlarından sıxışdırılması cəhdlərinə mane olmaq və yəhudi məskənləri şəbəkəsinin qanunsuz salınması və genişləndirilməsinə müqavimət göstərmək" niyyətindədir.
 
Fələstin fraksiyaları həmçinin BMT-nin    Fələstin qaçqınlarına yardım və işlərin təşkili üçün Yaxın Şərq Agentliyinin fəaliyyətinə
dəstək verilməsi və müdafiəsi haqqında bəyan edib.
 
Birgə bəyanatda "bu təşkilatın Fələstin qaçqınlarınlm vətənlərinə dönənədək zəruri tələbatlarının təmin edilməsində həyatı vacib rol oynadığı" vurğulanır.
 
Moskvadakı görüşdə dəfələrlə "Qəzza bölgəsinin blokadasına son qoyulması, İsrail Müdafiə Ordusunun oradan çıxarılması, heç bir şərt və məhdudiyyət olmadan oraya humanitar və tibbi yardımın çatdırılmasının zəruriliyi" ifadə edilib. 
 
Nümayəndələr həmçinin "İsrail hakimiyyəti tərəfindən Qüdsün "Əl-Əqsa" məscidi, Qüdsdə İslam və xristian müqəddəs yerləri ilə bağlı davam edən pozuntulara" qarşı çıxıb.
 
Nəhayət, onlar "Fələstin xalqına dəstəyə və İsrailə qarşı işğal və soyqırıma görə Beynəlxalq Məhkəmədə iddia qaldırılmasında əsaslı roluna görə" Cənubi Afrika Respublikasını alqışladığını ifadə edib.
 
Xatırladaq ki, fevralın 29-da Moskvada müxtəlif Fələstin hərəkatı və təşkilatları nümayəndələri daxili parçalanmanın aradan qaldırılması üçün üç günlük məsləhətləşmələr aparıb. 
 
FAT, HƏMAS və "İslami-cihad" təşkilatları nümayəndələrinin görüşü üçün meydan Rusiya təyəfindən təqdim edilib. Danışıqlarda bütövlükdə 10-dan artıq təşkilatın nümayəndələri iştirak edib.
Link kopyalandı!
Son xəbərlər