Artıq Ermənistanın əsas investoru Rusiya deyil, bu müsəlman ölkəsidir…- RƏSMİ
Ekskluziv
2282
02 Mar 2024 | 08:45

Artıq Ermənistanın əsas investoru Rusiya deyil, bu müsəlman ölkəsidir…- RƏSMİ

“2023-cü ilin ilk 9 ayında Ermənistanın aparıcı investoru təxminən 250 milyon dollarla Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) oldu, 2-ci Rusiya deyil, Lüksemburq, üçüncüsü 50 milyon dollardan az olan Rusiya oldu”. 
 
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində bildirib.
 
O qeyd edib ki,  Ermənistan təhlükəsizlik sistemindən əlavə öz iqtisadiyyatını da diversifikasiya edir.
 
“Rusiya Ermənistana investisiya qoymamaq qərarına gəlib və ya Ermənistan dünyaya açılıb, böyük imkanlar yaradılıb. Ötən il BƏƏ ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən 350% artaraq 2,8 milyard dollara çatıb”, - deyə Qriqoryan əlavə edib.
 
Qriqoryan Ermənistandan ixracın şaxələndirilmədiyi, əksinə, Rusiyaya ixracın həcminin artdığı barədə irada da cavab verib. O bildirib ki,  hazırda yeni bazarlar tapmağa çalışırlar.
 
"Biz Avropa Birliyi ilə birlikdə iqtisadiyyatımızı elə qaydalara çatdırmaq üçün işləyirik ki, məhsullarımız Avropa bazarında rəqabətədavamlı olsun və AB standartlarına cavab versin, eyni zamanda başqa bazarlar da axtarırıq", - deyə Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
 
 S.Laçın
 
Link kopyalandı!
Son xəbərlər